Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədəvi
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Ahmet Bedevi
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) türk pop, arabesk müğənnisi və aktyorudur. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçu'dur. == Musiqi Kariyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (ingiliscə: "Günaydın mənim sevgilim") albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.
Əbdürrəhman əl-Bədəvi
Əbdürrəhman əl-Bədəvi (1917-2002) - Görkəmli Misir filosofu və ədibdir. == Həyatı == Əbdürrəhman Bədəvi 1917-ci il fevral ayının 17-də Misirdə, paytaxt Qahirədən 95 mil aralıda yerləşən Şərabas kəndində anadan olub. İlk təhsilini Qahirədəki əs-Səidiyyə məktəbində alan Bədəvi paytaxtdakı Misir universitetindən fəlsəfə üzrə I dərəcəli diplomla məzun olmuşdur (1938). Bədəvinin dissertasiyası üzrə təyin edilən elmi rəhbər isə tanınmış rus əsilli fransız filosof Aleksandr Koyre olmuşdur. 1950-1956-cı illərdə Bədəvi ölkənin İbrahim Paşa Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1954-cü ildə Misirin yeni konstitusiya layihəsini hazırlayan komitəyə üzv seçilən filosof dövrün ölkə başçısı Camal Əbdünnasirlə mübahisə etdiyinə görə 2 il sonra - 1956-cı ildə komitədən uzaqlaşdırılmışdır. Bədəvi 1956-1958-ci illərdə əsasən bisavad və riyakar diplomatlara dəstək xarakteri daşıyan Misirin İsveçrədəki mədəniyyət attaşesi vəzifəsini icra etmişdir. Alim 1967-ci ildə Fransanın Sorbon universitetində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün C. Nasirin Misirini tərk etməsini "böyük həbsxana"dan qurtulmaq kimi xarakterizə etmişdir. 1967-1973-cü illərdə Liviyanın ali təhsil ocaqlarında elmi fəaliyyətini davam etdirən professor Bədəvinin sözügedən ölkədəki pedaqoji işi dövrün lideri Müəmmər Qəddafinin alimin əməkdaşlıq etdiyi universitetə gəlişi zamanı tələbələrinin ölkə başçısı ilə söz azadlığına dair mübahisəsi və ikincinin qəzəbi ilə başa çatmışdır. Qəddafi Bədəvinin şəxsi kitabxanasını açıq şəkildə yandıraraq, alimin həbsinə göstəriş versə də, dövrün Misir prezidenti Ənvər Sədatın məsələyə müdaxiləsindən sonra alim sərbəst buraxılmışdır.
Ərəb dilinin bədəvi dialektləri
Ərəb dilinin bədəvi dialektləri (ərəb. لهجات بدوية‎) — Ərəb dünyasında həm köçəri, həm də oturaq qruplar arasında yayılmış, tarixən bədəvi qəbilələri ilə əlaqəli ərəb dialektlərinin tipoloji qrupu. Dialektlər qrupu Nəcd və Hicazda yaşamış, X əsrdən indiki dövrə qədər yayılan ərəb tayfalarına əsaslanır. Bədəvi dialektləri regiona və qəbiləyə görə dəyişir, lakin onlar adətən onları hər regiondakı oturaq tipli dialektlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Termin qeyri-müəyyən ola bilər, çünki o, köçəri bədəvilərin dialektlərinə, bədəvi mənşəli əhalinin dialektlərinə və ya bədəvi dialektlərinin təsirinə məruz qalmış oturaq dialektlərə aid ola bilər. Odur ki, bədəvi dialektləri arasındakı oxşarlıqlar dil müxtəlifliyini tez bir zamanda ortadan qaldıran sürətli əhali hərəkətləri səbəbindən yaranmış bir-birləri ilə tarixi təmasları ilə bağlıdır.
Şərqi Misir və Levantın bədəvi dialekti
Şərqi Misir və Levantın bədəvi dialekti (ərəb. اللهجة البدوية‎) — ərəb dilinin Sinay yarımadasında, İordaniyada, İsraildə, Qəzzə zolağında, İordan çayının qərb sahilində və Suriyada bədəvilər tərəfindən danışılan növlərindən biri.Sözügedən bədəvi dialektləri: Şimal-şərqi Misirin bədəvi dialekti; Cənubi Levantın bədəvi dialekti; Şimali Levantın bədəvi dialekti.