Ərəb dilinin bədəvi dialektləri
Ərəb dilinin bədəvi dialektləri (ərəb. لهجات بدوية) — Ərəb dünyasında həm köçəri, həm də oturaq qruplar arasında yayılmış, tarixən bədəvi qəbilələri ilə əlaqəli ərəb dialektlərinin tipoloji qrupu. Dialektlər qrupu Nəcd və Hicazda yaşamış, X əsrdən indiki dövrə qədər yayılan ərəb tayfalarına əsaslanır. Bədəvi dialektləri regiona və qəbiləyə görə dəyişir, lakin onlar adətən onları hər regiondakı oturaq tipli dialektlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir.
Termin qeyri-müəyyən ola bilər, çünki o, köçəri bədəvilərin dialektlərinə, bədəvi mənşəli əhalinin dialektlərinə və ya bədəvi dialektlərinin təsirinə məruz qalmış oturaq dialektlərə aid ola bilər. Odur ki, bədəvi dialektləri arasındakı oxşarlıqlar dil müxtəlifliyini tez bir zamanda ortadan qaldıran sürətli əhali hərəkətləri səbəbindən yaranmış bir-birləri ilə tarixi təmasları ilə bağlıdır.