Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birəcik
Birəcik (lat. Phyllotreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
Ayağı açıqrəngli birəcik
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. == Quruluşu == Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar. == Yayılması == Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar. == Nəsilvermə və İnkişafı == Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir.