Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • брокколи

    неизм.; ж. (итал. broccoli от brocco - отпрыск, росток) Однолетнее овощное растение, разновидность цветной капусты с мясистой головкой, состоящей из б

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • заволока

    -и; мн. род. - -лок; ж. В старину: продёргивание под кожу через проколы или разрезы полотняной тесёмки (шёлковой ленты и т.п.) для того, чтобы вызвать

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Brokkoli
Brokkoli (lat. Brassica oleracea var. italica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Əsasən İngiltərədə, İspaniyada və İtaliyada becərilir. Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var. Brokoli Brassica oleracea növünün Italica kultivar qrupunda təsnif edilir. Brokkolinin adətən açıq yaşıl rəngdə olan qalın sapından budaqlanan ağaca bənzər bir quruluşda düzülmüş böyük çiçək başları var, adətən tünd yaşıl. Çiçək başlarının kütləsi yarpaqlarla əhatə olunmuşdur. Brokoli eyni Brassica növünün fərqli, lakin yaxından əlaqəli kultivar qrupu olan gül kələminə bənzəyir. Həm çiy, həm də bişmiş halda yeyilir.
Benedikta Bokkoli
Benedikta Bokkoli (11 noyabr 1966, Milan) — İtaliya kino və teatr aktrisası. == Həyatı == Benedikta Bokkoli 1966-cı ildə Milanda anadan olmuşdur. O, tezliklə ailəsi ilə birlikdə Romaya köçüb. Aktrisa 80-ci illərdə televiziyada çalışmağa başlasa da, son 10–15 ildə teatrda işləməyə üstünlük vermişdir. == Ailəsi == Aktrisanın bacısı Bricitta Bokkolidir. Onun iki qardaşı da var: Barnabi və Filippo.
Bricitta Bokkoli
Bricitta Bokkoli (it. Brigitta Boccoli; Roma, 5 may 1972, Roma) — İtaliya kino və teatr aktrisası. == Həyatı == 1972-ci ildə Romada anadan olmuşdur. Aktrisanın bacısı Benedikta Bokkolidir. Bricitta həmçinin bacısının işlədiyi Pronto, chi gioca? televiziya şousu ilə öz karyerasına başlayıb. O, sirk atleti və şirlərin təlimçisi Stefano Nons Orfeylə ailə qurmuşdur. Moyra Orfeyin oğlu olan Stefano 1966-cı ildə anadan olmuşdur. Onların Manfredi adlı bir oğlu var.
Corc Herbert Volker Buşun brokkoli şərhləri
41-ci ABŞ prezidenti Corc Herbert Volker Buş bir çox dəfə brokkolidən nifrət etdiyi barədə şərhlər vermişdir. Buşun prezidentliyi dövründə brokkoli haqqında ilk şərhi 1990-cı ilin martına aiddir. Bu zaman Buş Şəxsi Menecment Ofisinin işçilərinə "brokkoli ilə" ödəniş edilməsi barədə zarafat etmişdir. Bundan qısa müddət sonra U.S. News and World Report jurnalistlərindən biri Buşun Air Force One üçün brokkolini qadağan etməsi barədə hekayə paylaşmışdır. Buna cavab olara ABŞ-dəki brokkoli fermerləri Ağ evə brokkoli daşıyan bir çox yük maşını göndərməyə qərar vermişdirlər. Şərhlərinə görə "brokkoli səsləri"ni itirməsi barədə suala cavab verərkən Buş aşağıdakı fikirləri səsləndirmişdir: Birləşmiş Təzə Meyvə və Tərəvəz Assosiasiyanın prezidenti olan Corc Danlop birinci xanım Barbara Buşa bir buket brokkoli və 10 tonluq brokkoli ehtiyatı bağışlamışdır. Bir neçə gün sonra Buş Polşa baş naziri Tadeuş Mazovetski üçün nahar təşkil etmiş və jurnalistlər menyuda brokkolinin olmadığını qeyd etmişdilər. 10 tonluq brokkoli ehtiyatının böyük qismi Kapital Sahə Qida Bankına bağışlanılmışdır. == Analiz == Araşdırmalar göstərir ki, Buş prezidentliyi dövründə brokkolini sevməməsi barədə 70 dəfə şərh vermişdir. Onun brokkoli şərhləri amerikalıların çoxuna xitab etmirdi, çünki brokkoli ABŞ-də getdikcə populyarlaşırdı və "80-ci illərin tərəvəzi" hesab olunurdu.
Bokkoni Universiteti
Bokkoni Universiteti və ya tam adı Luici Bakkoni adına Kommersiya Universiteti (it. Università Commerciale Luigi Bocconi) — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi; biznes sahəsi üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Tarixi == Universitet 10 noyabr 1902-ci ildə fəaliyyətə başlamışdır. Universitet məşhur biznesmen və xeyriyyəçi Ferdinand Bokkoninin oğlu Luici Bakkoninin şərəfinə belə adlandırılmışdır. Həmçinin bu ali təhsil müəssisəsi həmin biznesmenin maliyyələşdirməsi sayəsində yaradılmışdır. Sahibkar Birinci İtaliya-Həbəşistan müharibəsi zamanı 1 mart 1896-cı ildə Adua döyüşündə həlak olmuş oğlu Luicinin adını şərəfləndirmək və yaşatmaq qərarına gəlmişdi. Bu döyüşlərdə İtaliya Həbəşistana tam məğlub olaraq 11 mindən çox insan itirmişdir. Bu ali məktəb İtaliyada məzunların iqtisadçı diplomu əldə etdiyi ilk təhsil müəssisəsi idi. == Fəaliyyəti == Ferdinand Bokkoni tərəfindən yaradılan universitet italyan iqtisadiyyatını irəli çəkə bilən mütəxəssislərin yetişdirilməsi məqsədilə fəaliyyət göstərir. Universitet həmçinin real dünya, innovasiyalar və intellektual azadlıq prinsipləri əsasında təşkil edilmişdir.
Ferdinand Bokkoni
Ferdinand Bokkoni (it. Ferdinando Bocconi; 11 noyabr 1836, Milan – 5 fevral 1908, Milan) — məşhur italyan biznesmen və xeyriyyəçi. Bokkoni Universitetinin yaradıcısı. == Təhsilə qayğısı == Bokkoni Universiteti Ferdinand Bokkoninin maliyyələşdirməsi sayəsində yaradılmışdır. Universitetin adı da oğlu Luici Bakkoninin şərəfinə belə adlandırılmışdır: Luici Bakkoni adına Kommersiya Universiteti Belə ki, sahibkar Birinci İtaliya-Həbəşistan müharibəsi zamanı 1 mart 1896-cı ildə Adua döyüşündə həlak olmuş oğlu Luicinin adını şərəfləndirmək və yaşatmaq qərarına gəlmişdi. Həmin döyüşlərdə İtaliya Həbəşistana tam məğlub olaraq 11 mindən çox insan itirmişdir.
SDA Bokkoni Menecment məktəbi
SDA Bokkoni Menecment məktəbi (ing. SDA Bocconi School of Management) — Bokkoni Universitetinin biznes məktəbi. İtaliyanın Milan şəhərində yerləşir. == Tarixi == 1971-ci ildə yaradılmışdır. == Fəaliyyəti == Burada təhsil almaqla tələbələr MBA diplomunu əldə edilə bilələr. == Reytinqi == Avropanın ən yaxşı biznes məktəblərinin onluğuna daxildir.