Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buduau
Buduau (ərəb. بودواو‎,‎ fr. Boudouaou) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin qərb hissəsində, dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 44 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 12 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 70,224 nəfər idi.
Buduau-əl-Bəxri
Buduau-əl-Bəxri (ərəb. بودواو البحري‎, fr. Boudouaou El Bahri) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna . == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, Aralıq dənizi sahillərində dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 43 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 9 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 14,209 nəfər idi.
Budur (musiqi albomu)
Budur - Türk müğənni Atiyənin üçüncü studiya albomu. == Albom haqqında == Albomda olan musiqilərin əksəriyyətinin söz və musiqiləri şəxsən Atiye tərəfindən yazılmışdır. Albomda 10 musiqi yer alır. Albomdan olan ilk sinql albomla eyni adı daşıyan Budur (mahnı) sinqlıdır. Musiqisi Houssam Habib-ə, sözləri isə İsra Gülümser-ə aiddir. Alboma aid olan bütün promo şəkillər Nihat Odabaşı tərəfindən çəkilib. Budur sinqlı ttnet.com saytında gün ərzində 50 min dəfədən artıq dinlənərəq rekord səviyyəsinə çatmışdır. Atiye albomundakı tək bir musiqinin bu qədər dinlənilməsinin onun üçün fəxr olduğunu deyib. İskender Paydaş, Ozan Çolakoğlu və Volga Tamöz ilə işləyən musiqiçiyə albomundakı Güzelim mahnısında Sultana, Yoksun mahnısında isə DJ Geveze yoldaşlıq edib. Batum Türküsü və sözlərinin yarısı ərəbcə yarısı türkcə olan Hali Hali Hal adlı iki anonim əsərin də yer aldığı albomda, Budur (mahnı) mahnısının Suat Ateşdağlı tərəfindən remiksi də var.
Buduqlar
Buduqlular, buduqlar və ya buduxlar (özlərini budad adlandırırlar) ,— Ləzgi xalqlarının (qrızlar və xınalıqlarla birlikdə) "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycan Respublikasının Quba və Xaçmaz rayonlarının Buduq (Budux), Dalıqaya, Pirüstü, Yalavanc, Hacıhüseynli və digər kəndlərində yaşayırlar. Sayları təqribən 5,4 min nəfərdir (2005). Buduq dilində danışırlar. Buduqlar arasında Azərbaycan və rus dilləri də yayılmışdır. Dindarları müsəlmandır. Buduqlarla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlar barədə XVIII və XIX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir. Hələ XIX əsrin 40-cı illərində Buduqların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Buduğa və buduqlulara müəyyən yer verilib.
Bulqar
Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu. Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Bulvar
Bulvar (fr. boulevard, alm. bollwerk‎) — möhkəmləndirilmiş torpaq sahəsi, küçə, dəniz və çay sahili kənarında gəzinti üçün ayrılmış sahə. Bulvar piyada gəzintisi, insanların istirahəti üçün nəzərdə tutulur. Eyni zamanda bina və səkiləri tozdan və nəqliyyatla birbaşa təmasdan qoruyur. Bulvarda heykəl və abidələr qoyulur, fontanlar, uşaq və idman qurğuları, kafe və ticarət kioskları yerləşdirilir. == Qalereya == == Mədəniyyətdə == == Ədəbiyyat == Г. И. Воробьёв. Лесная энциклопедия. Москва, изд.Большая российская энциклопедия,1985, т.1, стр.
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Burlar
Bur sözü alman və bur dilində "fermer" mənasına gəlir. Cənubi Afrikada bu deyim niderland dilli Keyp sakinlərinə yönəldilir.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Butuan
Butuan — Filippində şəhər. Aqusandel-Norte əyalətinin inzibati mərkəzi, Karaqa rayonunun ən böyük şəhəri. == Əhalisi == Əh. 309,7 min (2010). == Coğrafiyası == Mindanao adasının şimalında, Aqusan çayının Mindanao dənizinin Butuan buxtasına töküldüyü yerdədir. Transfilippin avtomagistralında avtomobil yolları qovşağı. Bərə yolu Mindanao adasını Manila ilə birləşdirir. Yerli dəniz portu. Aeroport. == Tarixi == İndiki Butuandan 5 km aralı olan ərazidə yaxşı vəziyyətdə qalmış ağacdan düzəldilmiş bir neçə dəniz gəmisi – “balanqay(uz.
Büyura
Büyura (ərəb. البويرة‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 557 metr yüksəklikdə yerləşir.Büyura ölkənin paytaxtı Əlcəzairdən təxminən 85 kilometr şərq-cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 88,801 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Buira digər şəhərlərlə dəmir yolu və avtomobil yolu ilə bağlıdır. Ən yaxın hava limanı Əlcəzairdə yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı şəhər iqtisadiyyatının əsasını təşkil edir. Əsas şəhər ixracatı taxıl və zeytundur.
Rudbar
Rudbar — İranın Gilan ostanında yerləşən şəhər. Rudbarın əhalisinin əksəriyətini tatlar təşkil edir.
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Budva
Budva (mont. Будва, Budva) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 10.918 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsi ilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsi ilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Sudur
Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində dağlıq kənd. == Tarixi == Kənd orta əsrlərdə yaranmışdır. == Toponimikası == Sudur oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. == Əhalisi == == Həmçinin bax == Qusar rayonu == Xarici keçidlər == Cənnətə bir addım qalmış...
Tudar
Tudar — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tudar kəndi Ağdərə kənd Sovetinin tərkibinə verilmişdir.
Baba Buduqi
Baba Buduqi — XIX əsrdə yaşamış buduqlu şair.
Bucaq (Burdur)
Bucaq (türk. Bucak) — Türkiyənin Burdur əyalətində kənd, əyalətin ən böyük şəhəri. == Tarixi == Şəhərin tarixi adı "Oğuzxan" olmuşdur. 1926-cı ildə onun adı dəyişdirilərək "Bucaq" adlandırılmışdır.
Bulvar (otel)
"Baku Marriott Hotel Boulevard" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük otelidir. == Ərazisi == Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir. == Fəaliyyəti == Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür. == İnşası == Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var."Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.Otelin ziyafət zalında 1000-dən çox qonağın iştirakı ilə müxtəlif formatlı tədbirləri təşkil etmək mümkündür. Ziyafət zalının sahəsi 1300 m²-dir və avadanlıqla təchiz edilmişdir.Otelin sağlamlıq mərkəzi fitnes və SPA xidmətləri təklif edir.
Bulvar Hotel
"Baku Marriott Hotel Boulevard" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük otelidir. == Ərazisi == Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir. == Fəaliyyəti == Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür. == İnşası == Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var."Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.Otelin ziyafət zalında 1000-dən çox qonağın iştirakı ilə müxtəlif formatlı tədbirləri təşkil etmək mümkündür. Ziyafət zalının sahəsi 1300 m²-dir və avadanlıqla təchiz edilmişdir.Otelin sağlamlıq mərkəzi fitnes və SPA xidmətləri təklif edir.
Burdur gölü
Burdur gölü (türk. Burdur Gölü) ― Türkiyədə göl. Türkiyənin cənub-şərqində, Aralıq dənizi regionunda, Burdur və İsparta illəri arasında yerləşir. Göl Söyüt dağ və Suludərə Yayla dağı arasında yerləşir.
Burdur ili
Burdur — Türkiyədə il.