Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. == Dəfn mərasimi == Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Duvan rayonu
Duvan rayonu (başq. Дыуан районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mesyaqutovo kəndidir. Ufa şəhəhərindən 233 km məsafədə yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 3243 km² təşkil edir. Rayonun qərb və mərkəzi hissəsini Ufa platosu tutur. Burada hündürlük 517 metrə çatır. Ətəklər iynəyarpaqlı meşələrlə örtülüdür. Rayonun şərq hissəsində isə ağcaqayın meşələri yayılmışdır.
Duval-jouvea
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Duva xan
Duva xan (1282 – 1307) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Buğa-Teymur xanın ölümündən sonra Duva xan onun yerinə Cığatay xanlığı hakimi məqamına gəlmişdir. Kaydu xanın yarlığı ilə Cığatay ulusunun başına keçən Duva xan, Barak xanın oğullarındandır. Onun səltənəti boyunca Cığatay xanlığı üst-üstə gələn təxribat, yağma və qətli-amların meydana gətirdiyi yaraları müalicə etməyə çalışmışdır. Duva xan harap şəhərləri təmir edərkən Əndican adında yeni bir şəhər qurmuşdur. Hər nə qədər bu imar-inşaat işləri Məsud bəy tərəfindən edilmiş və Kaydu xana bağlı olaraq yürütülmüşsə də, nəticə etibariylə öz xanlıq sahəsi Duva xan ilə hüzura kavuşmuştur. 1272-ci ildə Buxaranın təxribi sırasında yıxılan yerlər təkrar canlanmış, Abaqa zamanında təxrib edilən Məsudiyə mədrəsəsi yenidən inşa edilmişdir. Kubilay qaan bu dönəmdə Kaydu və Duva arasındakı ittifaqa qarşı ciddi bir təərrüzü gözə almamışdır. Bu durumdan istifadə edən Duva xan, Xorasan hüdudunu əmniyətə almış hətta Qəznə daxil Hindistana qədər olan bölgələri xanlığı sınırlarına daxil etmişdir. Ancaq Kubilayın törəmələrindən Olcaytu Teymur Qağanın diqqəti Kaydu ilə Duva arasındakı ittifaqa yönəlmişdir.