Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vivi (jurnal)
Vivi (ヴィヴィ) – Kodansha tərəfindən nəşr olunan Yaponiya dəb jurnalı. Asiyanın əsas dəb jurnallarından biridir və Yaponiya, Honkonq, Çin, Tayvan, Tailandda nəşr olunur. == Tarixi == "Vivi" jurnalının ilk sayı 1983-cü ilin mayında işıq üzü görmüşdür. Jurnal yeniyetmələr və 17-27 yaşında olan gənc qadınlar üçün nəzərdə tutulub. Əsas oxucuları kollec tələbələri və gənc ofis xanımlarıdır. Jurnalın "üzlük kraliçası" olan Namie Amuro jurnalın üzlüyündə ən çox görünən fotomodeldir. Jurnalın üzlüklərində tez-tez görünən digər modellər isə Ayumi Hamasaki və Kumi Kodadır. Tayvan, Çin, Honkonqda jurnal Çin dilində nəşr olunur. "Vivi" jurnalının 2010-cu ildə tirajı 286.039, 2011-ci ildə isə 234.370 idi. == Modellər == Aşağıdakı modellər jurnal üçün fəaliyyət göstərirlər və ya göstəriblər.
Vivi gölü
Vivi — Rusiyanın Krasnoyarsk diyarında, Evenk rayonda yerləşən şirin sulu göl. Vivi gölü özündən çıxan Vivi çayı ilə (Aşağı Tunqus çayının qolu) birlikdə Yenisey çayı hövzəsinə aiddir. Vivi gölü Puturan platosunun cənub-qərbində yerləşir. Gölün sahilində daima yaşayış məntəqəsi yoxdur. Vivi gölü zəngin balıq ehtiyatına malikdir. == Ümumi məlumat == Sahəsi 229 км² olan bu göl dartılmış, uzunsov formaya malikdir. Göl ətrafında qara şam meşələri üstünlük təşkil edir. Bu göl müasir dövürdə az öyrənilmiş göllər siyahısına daxildir. Gölün dərinliyini hələdə dəqiq təyin edilməyib. Dərinliyi 80–200 m arasında olması olan bu gölə 33 yaxın yetərincə böyük çay tökülür.