Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. == Həyatı == Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. == Yaradıcılığı == Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Xuan Xesus Vivas
Xuan Xesus Vivas (isp. Juan Jesús Vivas) — Seuta muxtariyyətinin prezidenti, ispan siyasətçi. Xuan Xesus Vivas İspaniyanın Xalq Partiyasının üzvüdür. 2001-ci ilin 8 fevral tarixindən etibarən Seuta muxtariyyətinin prezidenti vəzifələrini icra edir.
Tivat Beynəlxalq Hava Limanı
Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri. == Tarixi == Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3 və İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir. Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu.