Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalenit
Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr. == Xassələri == Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4-7,6; Sərtlik – 2-3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar. == Mənşəyi və yayılması == Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir. Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.
Qasbinə
Qasbinə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Quşencə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır. === Şəhidləri === 1. Əhmədağa Şahbaba oğlu Babayev 1968-30.01.1994 2. Nadir Heydər oğlu Heydərov 1973-13.05.1994 3. Hacıyev Eldar Qədim oğlu 1968 - 1993 4.
Quşəncə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır. === Şəhidləri === 1. Əhmədağa Şahbaba oğlu Babayev 1968-30.01.1994 2. Nadir Heydər oğlu Heydərov 1973-13.05.1994 3. Hacıyev Eldar Qədim oğlu 1968 - 1993 4.
Qasbinə bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quşencə bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hind yaseni
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.