Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
2S1 Gvozdika
2S1 Gvozdika 122 mm-lik Rusiya istehsalı olan özüyeriyən artilleriya qurğusudur. İstehsal tarixi: 1969–1991 İstisma tarixi: 1971-ci ildən bu günə kimi. İstehsa sayı: 10.000 Əsas silahı: 122 mm-lik 2A31 Topu Çapı: 122 mm Lülənin qalxma bucağı: −3….+70° Lülənin fırlanma dərəcəsi: 360° Maksimum atəş məsafəsi:15.2 km Mərmi sayı:40 Heyət sayı: 4 Uzunluğu: 7260 mm Eni: 2850 mm Hündürlüyü: 2725 mm Baza: 4445 mm Lülə uzunluğu: 2500 mm Klirens: 400 Zireh növü: polad Qalınlığı:15 mm Qüllənin qalınlığı: 20 mm Mühərrik: YMZ-238H Tipi: Dizel Silindir sayı: 8 Klapan sayı:16 Sürəti: 61.5 km/saat Hərəkət mənzili: 800 km == İstehsal tarixi == İlk prototipi 1969-cu ildə hazırlanmışdır. 1970-ci illərdə Sovet ordusunun arsenalına qəbul edilmiş olan bu silah ictimaiyyətə ilk dəfə 1974-cü ildə Polşada keçirilmiş olan hərbi parad zamanı nümayiş etdirilmişdir. Nəqliyyat vasitəsi çox sayda istehsal olunmuşdu (72 tank diviziyası, 36 mexanikləşdirilmiş motoatıcı diviziya üçün) ABŞ ordusu tərəfindən M1974 adlandırılmış olan bu texnika SSRİ, Bolqarıstan, və Polşanın dövlət zavodlarında istehsal olunmuşdur.
Qvozdev burnu
Qvozdev burnu — Saxalin adasınin şərq sahillərində, Terpeniya yarımadasında mövcud olan Minsk və Popov burunları arasında yerləşir. Rus dənizçisi Mixail Qvozdyovun şərəfinə adlandırılmışdır. Burundan şimalda Vestovoy, cənubda isə Eles çayının mənsəbi yerləşir. Burada Kryajovka, Eles (197 m) və Vestovoy (299 m) dağları vardır. Oxot dənizinin sahillərində dərinlik 2 – 30 m arasında dəyişir. Sahilləri qayalıdır. Burun yaxınlığında olan meşələr əsasən ağ şam və Avropa qara şamından ibarətdir. İnzibati cəhətdən Saxalin vilayətinin Poronay rayonu ərazisinə daxildir. Масленников Б. Морская карта рассказывает. — 2-е издание.