Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hematoma
Hematoma — bədən boşluqlarına və ya dəri altına yığılmış qan kütləsidir. O dəri altında heç bir həyati təhlükə törətməsə də, kəllə qutusunda olduqda həyat üçün təhlükəlidir.
Epidural hematoma
Epidural hematoma — beyinin sərt qişası (dura mater) ilə kəllə sümükləri arasında olan sahədə qanın toplanmasıdır.
Subdural hematoma
Subdural hematoma(qıs.SDH)- beyinin sərt qişası (dura mater) ilə beyinin hörümçək toruna bənzər qişası (araxnoid mater) arasında qanın toplanmasıdır. Əmələ gəlməsi sürətindən və həmçinin müəyyən edilməsi vaxtından asılı olaraq SDH-ların təsnifatı aşağıdakı kimi aparılır: Kəskin SDH: travmadan sonra bir neçə saat ərzində əmələ gələn hematomalar. Yarımkəskin SDH: travmadan sonra bir neçə gün və həftə ərzində (adətən 21 günədək) əmələ gələn və ya müəyyən edilən hematomalar. Xroniki SDH: yaranmasından 21 gündən çox vaxt keçdikdən sonra müəyyən edilən SDH-lar.
Nematoda
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.Yumru qurdların sərbəst yaşayan formaları dənizlərdə, şirin sularda və torpaqda, parazit formaları isə əksər onurğasızlarda və bütün onurğalılarda, o cümlədən insanda parazitlik edir, bitkilərin müxtəlif vegetativ orqanlarında yaşayır.
Dinarə Gimatova
Dinarə Gimatova (18 noyabr 1986, Həştərxan) — Tatar əsilli Azərbaycanlı bədii gimnastdır. Dünya və Avropa Çempionatının bürünc medalçısıdır. Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Karyerası == Dinarə Gimatova ilk uğurunu 2003-cü ildə Bakıda qazandı. O Gürzə ilə hərəkətlərində Dünya Kubokunun gümüş medalını qazandı. Çoxnövçülükdə və Top ilə hərəkətlərində isə Dünya Kubokunun bürünc medalına layiq görüldü. Dinarə Gimatova Dünya Kubokundan sonra növbəti uğurununu 4 il gözləməli olur. O 2007-ci ildə həm Dünya həmdə Avropa Çempionatında komanda yarışlarında bürünc medala sahib çıxır. Dinarə Gimatovanın ən böyük yarışı isə 2008 Yay Olimpiya Oyunları olur. O Azərbaycanı Çin Xalq Respublikasının paytaxtında təmsil edir.