Dinarə Gimatova (18 noyabr 1986, Həştərxan) — Azərbaycanı təmsil edən bədii gimnast.[1]
Dinarə Gimatova | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Dinarə Nailovna Gimatova | |||||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
|||||||||||||
Doğum tarixi | 18 noyabr 1986 (37 yaş) | |||||||||||||
Doğum yeri | ||||||||||||||
Boyu | 172 sm. (5 ft 6 in) | |||||||||||||
İdman növü | Bədii gimnastika | |||||||||||||
Məşqçisi | İrina Viner-Usmanova | |||||||||||||
Medallar
|
Dinarə Gimatova 2002-ci ilə qədər Rusiya yığmasında çıxış edirdi. Komanda da rəqabət səbəbilə "bir nömrə" ola bilməyəcəyini başa düşən Dinarə Gimatova 2002-ci ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. Dəfələrlə Azərbaycan Çempionatlarının qalibi və bir sıra beynəlxalq turnirlərin medalçısı olan Dinarə Gimatova 2003-cü ildə Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Bu nəticələrə əsasən Dinarə Gimatova olimpiya lisenziyasına sahib oldu.
Dinarə Gimatova Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil eləməli idi. Amma həmin ilin avqustunda Patras şəhərində (Yunanıstan) təlim-məşq toplanışları zamanı Dinarə Gimatovanın ayağı burxuldu və yığmanın məşqçiləri onu 17 yaşlı Anna Qurbanova ilə əvəzlədi.[2]
Karyerası ərzində Dinarə Gimatova birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu. Sentyabrda isə Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması bu səfər Yunanıstanın Patras şəhərində baş tutan Dünya Çempionatının bürünc medallarına sahib oldu. Həmin Dünya Çempionatını Dinarə Gimatova 14-cü pillədə başa vurdu. Bu nəticələrə əsasən Dinarə Gimatova olimpiya lisenziyası olimpiya lisenziyasına sahib oldu.
Dinarə Gimatova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 21-də Dinarə Gimatova təsnifat mərhələsində mübarizə apardı.[3] İplə turnirdə 22 yaşlı Dinarə Gimatova 16.275 bal topladı və 15-ci pillədə qərarlaşdı.[3] Halqa ilə turnirdə də Dinarə Gimatova uğursuz çıxış elədi və 16.775 balla 12-ci pillənin sahibi oldu.[3] Təsnifat mərhələsinin birinci günündən sonra Dinarə Gimatova 12-ci pillədə qərarlaşdı.[3] Avqustun 22-də təsnifat mərhələsinin son günü idi.[3] Dinarə Gimatova əvvəl gürzlərlə turnirdə çıxış elədi və 16.600 balla turniri doqquzuncu pillədə başa vurdu.[3] Lentlə turnirdə də Dinarə Gimatova uğurlu çıxış elədi və 16.875 balla beşinci pillədə qərarlaşdı.[3] Bununla da ümumi nəticədə Dinarə Gimatova 66.525 balla 11-ci pillənin sahibi oldu.[3] Təsnifat mərhələsinin birinci günündə uğursuz çıxış edən Dinarə Gimatovanın final mərhələsinə vəsiqə qazanmasına cəmi 0.300 bal çatmadı.[3]
Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə də medallara sahib olan Dinarə Gimatova olimpiadadan sonra 22 yaşında idmanla vidalaşdı. Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Dinarə Gimatova 2008-2013-cü illərdə bədii gimnastlardan ibarət Rusiya yığmasının məşqçilərindən idi.