Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən «Alman Sosialist Tələbə Birliyi» ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan «Rockpalast» verlişinə qonaq olan ilk alman qrupudur.
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). == Konstruksiyaları == Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı.Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur. Hərkətli kranlar özləri bir yerdən başqasına gedə bilirlər.
Radioverici qurğu
Radioverici qurğu — informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. == Struktur sxemləri == Vericidə üç əsas proses baş verir: Yüksək tezlikli rəqsin generasiyası; Yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; Yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi.Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur. Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və elektromaqnit sahə rəqsləri alınır.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş.Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı.Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib. Onlar tətbiq sahələrindən asılı olaraq müxtəlif dəqiqliyə malik olurlar. Spiralvari burğuların tilləri konus formasında olur.
Gürcü
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. == Formalaşması == Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Güzgü
Güzgü və ya Ayna — nisbətən hamar səth olub, qayıtma qanununa əsasən səthə düşən işığın paralleliyini təmin edərək səthdə əksin yaranmasına imkan verir. Buna görə də, səthin güzgü kimi işləməsi üçün onun kələkötürlüyü düşən işığın dalğa uzunluğunun yarısına bərabər olmalıdır. Ağ nahamar səth də işığı qaytarır, ancaq burada işıq nizamlanmamış şəkildə olduğundan heç bir əksi görmək olmur. Müstəvi güzgülər eyni ölçülü virtual şəkillər göstərirlər. Refleksion güzgülərdə isə yana dönmüş, başıüstə olan şəkilləri görmək olur. Müstəvi olmayan güzgülərdə əksin keyfiyyəti güzgünün xassələrindən asılı olur (qabarıq, çökük, dalğavari güzgü). Burada güzgüyə olan məsafə də rol oynayır. Beləliklə təhrif olunmuş əkslər alınır. Qabarıq güzgülərdə əkslər böyük, çökük güzgülərdə isə kiçik alınır. Ən geniş yayılmış güzgü növləri məişətdə, əsasən isə evlərdə işlədilən güzgülərdir.
Qurqur
Qurqur (lat. Streptopelia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Quru
Quru (ing.guru, ru.гуру) — (slenq) kompüterdən çox yaxşı başı çıxan kimsə. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Quru sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" anlamına gəlir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Elektron kitab (qurğu)
Elektron kitab qurğusu (ing. e-book reader) – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir) Həcmi minimum 16 mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da minimum 3200 mətn səhifəsini və ya ən azı 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsi ilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitab qurğularını planşet kompüter sinfinə daxil etmək olar.
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Quraşdırılabilən qurğu drayveri
Quraşdırılabilən qurğu drayveri (ing. installable device driver ~ ru. устанавливаемый драйвер устройства ~ tr. yüklenebilir aygıt sürücüsü) – adətən, əməliyyat sistemində olan bənzər, ancaq daha “zəif” proqramı və ya funksiyanı əvəzləmək üçün əməliyyat sisteminin tərkibinə daxil edilən qurğunun idarəedilməyə kömək proqramı (drayveri). Kompüterin Rom, Rom, HDD, SSDnin gördüyü işi daha sürətli, daha rahat görməsi üçündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Raket buraxıcı qurğu
Raket buraxıcı qurğu idarə olunan bir raketi buraxmaq üçün istifadə olunan qurğudur. Partlayıcı başlığıı olan sursata malik olur. Bir çox növləri var və ümumiyyətlə tarix boyu müxtəlif ölkələr tərəfindən istehsal edilmişdir. Fərqli məqsədlər üçün partlayıcı və dağıdıcı, yəni material əleyhinə və ya heyət əleyhinə istifadə edilə bilər.
Şlyuz (hidrotexniki qurğu)
Şlyuz, çay və ya kanallarda müxtəlif səviyyələrdəki su yolları arasındakı suyun səviyyəsini dəyişdirərək su nəqliyyatı vasitələrinin qaldırıldığı və endirildiyi bir hovuzdur. Şlyuzlar bir çayda hərəkəti asanlaşdırmaq və ya düz olmayan torpaqların üstündən bir kanal keçirmək üçün istifadə olunur.
Adi qurqur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Beyin qurdu
Beyin qurdu (lat. Multiceps multiceps) Lentşəkilli qurdlar (lat. Cestoidea) sinfinin əsas nümayəndələrindən biridir. == Quruluşu == Ev heyvanlarının parazitlərindən söhbət açdıqda ilk növbədə qoyunlara “firlanma” və ya 2 dəlicə” xəstəliyi törədən beyin qurdu (Multiceps multiceps) parazitini yada salmaq lazımdır. Yetkin lentvari mərhələdə beyin qurdu çoban itlərinin bağırsağında rast gəlinir. Bu qurdun senur adlanana finna mərhələsi qoyun və keçilərin, nadir hallarda insanın beynində, yetkin mərhələdə isə it, canavar, tülkü və digər yırtıcı heyvanların bağırsağında parazitlik edir. Lent halı 40-100 sm uzunluğunda olub, 200-250 buğumu vardır. Başcıq hissə xortumla və 22-23 ədəd qarmaqla təchiz olunmuşdur. Balalığında şaxələrin sayı 9-26 ədədə çatır. İt və digər yırtıcı heyvanlar bu parazitə senurlu qoyun və keçi beynini yeməklə keçirlər.
Durğu işarələri
Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır: ayırıcı işarələr; fərqləndirici işarələr.Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir. == Durğu işarələrinin yazıda işlənməsi == Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın, ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür.
Durğu işarəsi
Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır: ayırıcı işarələr; fərqləndirici işarələr.Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir. == Durğu işarələrinin yazıda işlənməsi == Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın, ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür.
Gürcü Arzusu
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Gürcü armudu
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Gürcü zirinci
Gürcü zirinci (lat. Berberis iberica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Qafqazda dəniz səviyyəsindən 750–2000 m hündürlükdə qayalarda bitir. == Botaniki təsviri == Azca tilli, qonur-qırmızı və ya qonurumtul-çəhrayı budaqlı, hündürlüyü 2–3 m-ə qədər olan koldur. Qopartikanlılarının uzunluğu 4 sm-ə qədərdir, aşağıda yerləşənlər möhkəmdir, adətən üçhaçalı, yuxarıdakılar isə sadədir. Yarpaqları dərivari, saplağa tərəf daralan, tərs yumurtavari, tamkənarlı, hər iki tərəfdən tor damarlıdır, boyca yarpaqlara bərabər və ya əksər hallarda onlardan uzundur. Aprel-may aylarında çiçəkləyir. Giləmeyvələri avqust-sentyabr aylarında yetişir, al-qırmızıdır, uzunluğu 1 sm-ə qədər, uzunsov silindrvaridir. == Ekologiyası == Quraqlığadavamlı bitkidir. Şoranlı-yovşanlı yarımsəhra rayonların çaykənarı meşəliklərində yayılmışdır.
Gürcü çilədağı
Phlomoides laciniata (lat. Phlomoides laciniata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü.
Gürcü ədəbiyyatı
Gürcü ədəbiyyatı (gürc. ქართული ლიტერატურა) – Gürcü şair və yazıçıların Gürcüstan, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Gürcü əlifbası
Gürcü yazısı – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur.Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir. == İlk baxış == == Tarixi və mənşəyi == Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur. Yazıların ilk versiyası Asomtavruli kimi tanınır, digər hərflər isə sonrakı əsrlər ərzində formalaşmışdır. Əksər tədqiqatçılar gürcü əlifbasının yaradılmasını gürcü dilli əhalinin məskunlaşdığı Kartli (klassik mənbələrdə İberiya) ərazisinin xristianlaşdırılması dövrü ilə bağlayırlar.
Güzgü (dəqiqləşdirmə)
Güzgü