Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daranaq
DARANAQ - Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində - "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Qranat
Qranat qrupu - Ümumi formulu A3B2 [SiO4]3 olan minerallar; burada A = Mg2+, Fe2+, Mn2+, Ca2+, Y3+, nisbətən az Na+, K+; B=Al3+, Fe3+, Cr3+, Mn3+, nisbətən az V3+, Ti3+, Ti4+, Zr4+, TR3+. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kubik sinqoniya == Növ müxtəliflikləri == Qessonit – qırmızı rəngli dəmirli qrossulyar; melanit – demək olar ki, tam qara rəngli titanlı andradit; demantoid – rəngi yaşılımtıl-sarıdan zümrüdü - yaşıladək olan andradit və b. == Xassələri == Rəng – müxtəlifdir: ağdan qarayadək (göy rəng istisna olmaqla); pirop – qırmızı; almandin – qırmızı, qonuru-qırmızı, qara; spessartin – sarı, narıncı-sarı, tünd-qırmızı; qrossulyar – rəngsiz, açıq-yaşıl; andradit – qonur, yaşıl, qara; uvarovit – zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı açıq rəngli; Parıltı – yağlı, şuşə, bəzən almaz; Şəffaflıq – yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,50-4,30: piropun – 3,57, qrossulyarın – 3,60, uvarovitin – 3,83, andraditin – 3,87, spessartinin – 4,19, almandinin – 4,30; Sərtlik – 6,5-7,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, qabıqvari; Bölünmə – bəzən {110} üzrə; Başqa xassələr – dəmirli növlərinin maqnitlik xassəsi vardır; Morfologiya – kristallar: rombododekaedrik və tetraqon-trioktaedrik; İkiləşmə: nadir hallarda {210} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar. == Mənşəyi və yayılması == Əsasən uqranditlərlə təmsil olunmuş qranatların ən mühüm yığınları turş maqmatik süxurlarla karbonat süxurlarının (əhəngdaşı və dolomitlərin) endo- və ekzokontakt zonasında kontakt - metasomatik yolla əmələ gəlir. Maqmatik mənşəli qranatlar əsasən piralspitlərə aiddir: pirop ultraəsası süxurlar üçün xarakterikdir; almandin və spessartin isə qranitlərin və qranit peqmatitlərinin tipik minerallarıdır. Metamorfik mənşəli qranatlara ekloqitlərdə, kristallik şistlərdə rast gəlinir. Andradit bəzən hidrotermal damarlarda tapılır. Almandin çökmə süxurların tipik qırıntı mineralıdır. Pirop və almandin dayanıqlı kimyəvi birləşmələr olub, içərisində yerləşdikləri süxurların parçalanması zamanı səpintilərə keçirlər.
Rafi ud-Darajat
Rafi ud-Darajat — Böyük Moğol İmperiyasının XI padşahı.