Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cared Daymond
Cared Daymond (10 sentyabr 1937, Boston) — ABŞ antropoloqu, ekoloqu, coğrafiyaşünası, bioloqu və yazıçısı. Onun "Tüfəng, Mikrob və Dəmir" adlı kitabı "Pulitzer" mükafatına layiq görülüb. 2013-cü ildən Kaliforniya Universitetində coğrafiya professorudur. 2005 və 2008-ci ildə ABŞ xarici polis və İngiltərə prospekt jurnallarının internet səhifələrində oxuçuları ilə özünə cəlb etmişdir. Dünyanın ilk 100 intelektual siyahısında 9 və 31 yerdə olmuşdur. == Həyatı == Cared Daymond ABŞ-ım Massaçusets ştatının Boston şəhərində anadan olub. Atası həkim, anası müəllimdir. 1958-ci ildə Harvard Universitetini bitirib. 1961-ci ildə Kembric Universitetində fizika üzrə doktor olub. 1966-cı ildə Kaliforniya Universitendə dərs deməyə başlayıb.
Piter Daymond
Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.
Daməd Nəbiyev
Daməd Nəbiyev(Daməd Məcid oğlu Nəbiyev;d.1925, Yevlax rayonu, Varvara kəndi) - Böyük Vətən müharibəsi veteranı, mayor. == Həyatı == Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1943-cü ildə Gürcustanın Qambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır. İkinci dünya müharibəsində D.Nəbiyev Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunda hava atıcı radisti kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra 1946-cı ilin payızında D. Nəbiyevin polku Ukraynanın Zaporoje şəhərinə gəlir və 5 ay qaldıqdan sonra hərbi hissəsi dağılır və D. Nəbiyev Leninqrada göndərilir. 1949-cu ilə kimi Leninqradda təlim uçuşları həyata keçirmişdir. 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə D. Nəbiyev səhəti ilə əlaqədar aviasiyanın tərkibindən çıxarılmış və Bakı hərbi dairəsinə göndərilmişdir. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etmişdir. 1960-cı ilin əvvəllərində D. Nəbiyevin hərbi hissəni ləğv etdilər və onu Gəncə şəhərinə göndərirlər. 1963-cü ildə qiyabi olaraq Gəncə Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur.
Armada of the Damned
Pirates of the Caribbean: Armada of the Damned (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası‎) — "Propaganda Games" tərəfindən hazırlanan və "Disney Interactive Studios" tərəfindən nəşr olunan ləğv edilmiş döyüş-macəra rol videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun "Karib dənizinin quldurları" film franşizası əsaslı ilk açıq-dünya videooyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur. "Qara mirvarinin lənəti" filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol videooyunu elementlərinə sahib idi. "2009 Electronic Entertainment Expo"da elan olunmasından sonra oyun jurnalistlərdən müsbət rəylər almışdır. "IGN" işçisi Demon Hetfild oyunun "ümidverən bir ekşen rol oyunu olacağını" düşünürdü, "GamesRadar" isə oyunun geympleyini "Assassin's Creed" ilə müqayisə edərək tərifləmişdir.
Pirates of the Caribbean: Armada of the Damned