Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pullu dəmrov
Pullu dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir. == Etiopatogenez == Dəri insanda var olan ən böyük orqandır. Bu orqan üç qatdan təşkil olunmuşdur. 1. En üstdə epidermis. 2. Ortada dermis. 3. Ən altda piy qatı. Pullu dəmrov (PD) xəstələrində patoloji hadisələr epidermis və dermis qatında ortaya çıxır.
Kəmərləyici dəmrov
Kəmərləyici dəmrov (lat. herpes zoster) ― şiddətli ağrı ilə dəridə birtərəfli herpetiform səpgilər ilə xarakterizə olunan viral xarakterli bir xəstəlikdir. Xəstəliyin törədicisi, herpesvirus ailəsinin varicella zoster virusudur ( Varicella zoster ), orqanizmlə ilk təmasda (çox vaxt gənc yaşda) tipik suçiçəyi xəstəliyinə səbəb olur. Suçiçəyi keçirmiş insanlarda virus neyronlarda gizli vəziyyətə keçir. Sonradan, həmin insanların 10-20%-də, əsasən yaşlılarda və zəifləmiş immun sistemi hallarında (daha çox stress nəticəsində), o, daha aktivləşə və kəmərləyici dəmrova səbəb ola bilər. == Terminologiya == Herpesvirus ailəsinin adı q.yun. ἕρπω "sürünmək"; bu söz bu qrupun bütün virusları üçün xarakterik olan infeksiyanın yavaş-yavaş cərəyan edən, təkrarlanan təbiətinə uyğundur. "Zoster" adı ζωστήρ sözündən gəlir (döş qəfəsinin aşağı hissəsini və qarın bölgələri qoruyan kəmər) - kəmər işarəsi ilə aydın şəkildə müəyyən edilmiş izlərin oxşarlığı ilə müəyyən edilir. Xəstəliyinin ingiliscə adı shingles "qayış" mənasını verən latın cingulum sözündən gəlir. Əvvəllər xəstələnməmiş uşaqlar kəmərləyici dəmrov xəstələrlə təmasda olduqda, onlarda tipik suçiçəyi inkişaf edə bilər.