Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maksim Savelyev
Maksim Dmitriyeviç Savelyev (rus. Максим Дмитриевич Савельев; 22 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Savelyev öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Saint Javelin
"Saint Javelin" və ya Müqəddəs Cavelin — Rusiyanın Ukraynaya hücumunda istifadə edilən "FGM-148 Javelin" tank əleyhinə silah kimi müasir silahları daşıyan müqəddəslərə bənzər fiqurun dini ikona üslubunda təsvirindən ibarət internet mem. Mem 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Kristian Boris tərəfindən yaradılmış və bütün dünyada məşhurlaşmış, nəticədə digər oxşar memlər ortaya çıxmışdır. Mem müharibədə əhval-ruhiyyəni artırmış və ticarət məhsullarında istifadə edilmişdir. Bu, Ukraynaya yardım edən humanitar xeyriyyə təşkilatları üçün bir milyon dollardan çox vəsait toplanmasında mühüm rol oynamışdır. == Zəmin == Mem ukraynalı və kanadalı jurnalist Kristian Boris tərəfindən yaradılmışdır. O, bunu əvvəlcə stikerlərin üzərində istifadə üçün nəzərdə tutmuşdu və gəlirləri Ukraynadakı humanitar səylərə bağışlanacaqdı. "Saint Javelin" memi Rusiyanın Ukraynaya hücumuna qarşı müqavimət simvolu olaraq internetdə məşhurlaşmışdır. Kristian Boris Torontoda yaşayır, lakin əvvəllər 2014-cü ildə ilkin münaqişə zamanı Ukraynada jurnalist kimi işləyirdi. O, müxtəlif ölkələrdə sərbəst fəaliyyət göstərmiş, Donbass müharibəsindən yetimlərin və dul qadınların vəziyyətindən xüsusilə təsirlənmişdir. == Mem == Mem özü üzərində raketatan daşıyan, üslublaşdırılmış Madonna fiqurunu təsvir edir.
Jelyu Jelev
Jelyu Mitev Jelev (Желю Митев Желев, 3 mart 1935[…] – 30 yanvar 2015[…], Sofiya) — bolqar filosof, siyasi xadim, Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti (1990–1992, 1992–1997). == Həyatı == Jelyu Jelev 3 mart 1935-ci ildə Bolqarıstanın Şumen vilayətinin Veselin kəndində anadan olub. 1954-cü ildə Müqəddəs Oxrodski adına Sofiya Universitetinin fəlsəfə fakültəsini bitirib. 1974-cü ildə fəlsəfə elmləri doktoru adını alıb. 1960–1965-ci illərdə Bolqarıstan kommunist partiyasının üzvü olub. Siyasi baxışlarına görə partiyadan təlxis olunub. Bir çox kitab və məqalə müəllifidir. Ən məşhur əsəri 1982-ci ildə çap olunan "Faşizm" kitabıdır.
Aşağı Bavələ (Piranşəhr)
Aşağı Bavələ (fars. باوله سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (6 ailə).
Bavələ-i Seyidan (Piranşəhr)
Bavələ-i Seyidan (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (17 ailə).