Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pedro Madruqa
Pedro Madruqa (d. 1430, Pontevedra — ö. 1486, Alba de Tormes) və ya əsl adı ilə Pedro Alvares de Sotomayor — orta əsrlərdə yaşamış Qalisiya feodal cəngavəri, Kaminya kontu. == Həyatı == Fernan Yanezin Ribadaviya Kontesin bacısı ilə yaşadığı gizli münasibətlərdən sonra anadan olmuşdur. Çox gənc yaşlarında İspaniyanı tərk etmişdir. Atasının ölümündən sonra yeganə varis kimi onun torpaqlarına, qalalarına sahib olmuşdur. Əvvəlcə ancaq Sotomayor ailəsinin mülkiyyətinə sahib idi. Kastiliya kralı IV Henrinin dövründə (1455-1474) həm güc yolu ilə, həm də ticarət yolu ilə var-dövlətini artırmışdır. 1467-cı ildə Pontevedra, Viqo və Redondela şəhərlərində IV Henrinin əmrlərini yerinə yetirməyə başlamışdır. Burada Santyaqo yepiskopu II Alonso Fonseka ilə münaqişə yaşamışdır.
Jaruqa Hidroelektrik Stansiyası
Yaruqa Hidroelektrik Stansiyası — Xorvatiyada, Krka çayı üzərində Dalmasiyanın Şibenik-Knin rayonunda yerləşən hidroelektrik stansiyası.Bu elektrik stansiyası Xorvatiyada ilk alternativ enerji mənbəyi olmuşdur. Stansiyasının qurulma məqsədi Şibernikdə küçə lampalarını elektriklə təmin etmək olub. Beləlilə, sözügedən yaşayış məntəqəsi daha çox alternativ enerji mənbəyi ilə işləyən şəhər ünvanını qazanmışdır. == Tarixi == Yaruqa dünyanın ən yaşlı energetika obyektlərindən biridir. Onun bugünkü yerləşmə yeri 1903-cü ilə aid edilir. Stansiya özü isə 1895-ci ildə yaxınlıqda yerləşən başqa bir ərazidən köçürülüb. 1893-cü ildə Şibernik bələdiyyə sədri Ante Şupuk və Vjekoslav Meyxsner tədqiqatlara başladı və Krka çayının suyundan istifadə etmək üçün lisenziya aldılar. 1894-cü ildə elektrik ilə küçələri işıqlandırmağa başlamaq, bələdiyyə ərazisi hüdudları daxilində elektrik xətləri inşa etmək üçün icazə aldılar. Yaruqanın tikintisinə 1894-cü ildə başlanıldı və 16 ay davam etdi.İlk generator (hər biri 42 Hz. 550 kW) və transformatorlar macar şirkəti Qanz tərəfindən istehsal edildi və quraşdırıldı.