Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Güzik
Güzik (Şepiran)
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. == Qotik memarlığı == Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Utik
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Butik otel
Butik otel (kiçik mehmanxana) - otaq sayısı 10 ilə 100 arasında olan kiçik mehmanxanalar üçün Şimali Amerika və Birləşmiş Krallıqda işlədilən termindir. Xüsusilə, son illərdə, olduqca məşhur olan, bir çox insan tərəfindən seçilən və hər keçən gün sayları artan, butik otellər, həm 5 ulduzlu otellərdən, həm istirahət yerlerindən, pansion və həm də motellərdən, fərqli bir anlayışa malikdir. Butik otellərdə, otaq sayısı azdır, 5 ulduzlu otellərdə, ya da istirahət yerlərindəki kimi, yüzlərlə otağı olmur. Belə otellər kiçik olmalarına baxmayaraq hər bir şəraitə malik olurlar və keyfiyyətli xidmət göstərirlər. Bu otellər, qonaqlarına lüks və bənzərsiz, unikal bir yaşayış mühiti təqdim etməyi hədəfləyən, müəssisələrdir. Butik otelləri, digər böyük otellərdən fərqli edən, ünsürlər: lüks və fərdi yaşayış, xidmət və xüsusi fəaliyyət imkanı təmin etmələridir. Buna görə, butik otellər: struktur xüsusiyyəti, memarlıq layihələndirilməsi, mebel, dekorasiya, bəzək və istifadə materialları ilə xarakterizə olunan, orijinallığı ərz edən, müəssisə və xidmət cəhətdən üstün standart və yüksək keyfiyyətdə, təcrübəli, mövzusunda təhsilli işçi heyəti və ya təlim keçmiş kadr ilə, şəxsə xüsusi xidmət verilən müəssisələrdir. == Tarixi == Butik qonaqlama sektorunun, ortaya çıxışı, yaranması və sürətlə artmasının səbəbləri, bir-birini dəstəkləyən xüsusiyyətdə, iki fərqli fikirlə, açıqlanmaqdadır. Bunlardan ilki, zəncir otellərin yayılması, yerləşmənin sistematik olaraq, standartlaşdırılması, müştərilərin daha xüsusi, orijinal və yaradıcı xarakterə sahib olmasını, yerləşmə xidmətlərinə yönəlməsini təmin etmişdir. Digər fikir isə, cəmiyyətlərin sosial, ictimai və mədəni inkişafına, əsaslanır.
Güzik (Şepiran)
Güzik (fars. گوزيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Şəpiran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər. yaşayır (42 ailə).
Güzik (Şinatal)
Güzik (fars. گوزيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 206 nəfər yaşayır (32 ailə).
Qotik memarlıq
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Qotik metal
Qotik metal ya da Qot metal. Doom metal və Heavy metal ın, Gothic tərzi ilə görüşüdür. ABŞ və Avropada yaranıb. Celtic Frost, bir neçə il sonra isə Paradise Lost və Theatre Of Tragedy kimi melodik keyboard və ağır Doom riffli gitara işlədən qruplardan yaranıb. Type O Negative, My Dying Bride və Anathema adətən insana böyük təsir göstərən ağır və hüznlü atmosferi ilə cəlb edir. İlk Goth Metal mahnısı, Paradise Lost qrupunun "Gothic" albomunun eyni adlı mahnısı sayılır. Death və famale vokallarla... Bu albom bir çox qruplara ilham mənbəyi olmuşdur, eləcə də Paradise Lost`un özünə. Theatre Of Tragedy, Tristani və Sins Of Thy Beloved kimi qruplar, bu tərzə daha qaranlılıq və daha da daxili əzabvericili əlavə edərək daha yüksəltdilər Goth Metal`ı. Orta əsrlərə xas olan musiqi əlamətləri, Gregorian xorları, kilsə orqları, fleytalar, skripkalar və qadın vokallar əlavə edilərək, Doom metal riffləri ilə bəzədildi və nəticədə çox sevilən bir tərz kimi qəbul edildi.
Qotik rok
Qotik rok (ing. Gothic rock) — rok musiqi üslubu. 1970-ci illərin sonlarında ortaya çıxmış bir rok növüdür. Qısaca qot rok olaraq da adlandırırlar. Qotik rokda çoxu rok növündə olduğu kimi elektro gitara, bass gitara, zərb alətləri, solo gitara istifadə edirlər; amma digər rok növlərindən özünü ayıran xüsusiyyəti isə əlavə olaraq zərb maşını və sintezator alətlərinin istifadə edilməsidir. Bu növün qruplarının %90-ı qadın vokalist istifadə edər.
Quti Xatun
Quti Xatun — Elxanilər dövlətinin qurucusu Hülaku xanın arvadı. Hülaku xanın yeddinci oğlu Elxanilərin üçüncü hökmdarı (1282-1284) Əhməd Təkudar xanın anasıdır. Konkurat (monqol) qəbiləsindəndir. Qarabağlar türbəsi onun şərəfinə inşa edilmişdir.
Quti dövləti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Quti Xatun məqbərəsi
Quti Xatun Məqbərəsi — orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi == Tarixi == XIV əsrdə Qarabağlar memarlıq kompleksində inşa edilmişdir. Tədqiqatçıların fikrincə, kompleksin qoşa minarələrini bağlayan baştağın (monqol hökmdarı Sultan Əbu Səidin 1316–35 dövründə tikilmişdir) üzərində Elxanilər sülaləsinin və dövlətinin banisi Hülaku xanın arvadı Quti xatunun adının yazılması məqbərənin onun şərəfinə inşa olunduğunu göstərir. Bax Qarabağlar türbəsi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 288. ISBN 5-8066-1468-9.