Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zangibar
Zənzibar və ya Zangibar — Afrikanın şərqində, iki adadan ibarət və Tanzaniya dövlətinə bağlı muxtar bölgə. Zənzibar əsas ada olan Zangibar adasından və Pemba adasından ibarətdir. Paytaxtı Stoun Taun şəhəridir. İqtisadiyyatı ədviyyata və turizmə əsaslanır. Zənzibar əsil adı Forrux Bulsara olan və "Queen" rok qrupunun solisti olan Freddi Merkurinin doğum yeridir. Merkuri Stoun Taunda anadan olmuşdur. Zənzibar dünyanın ən tanınmış ədviyyat ixracatçılarından biridir. == Tarixi == Zənzibar Şirazdan qaçıb gəlmiş iranlı köçkünlər tərəfindən yaradılmışdır. Fars dilində "Zangi bar"– "zəncilər sahili" deməkdir. 1503–1698-ci ildə Zənzibar Portuqaliyanın hakimiyyətində qalmışdır.
Ağbat
Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı. Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. == Tarixi == Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada). Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth" sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var. Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.