Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zatoka
Zatoka (ukr. Затока) — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı. Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir. == Ərazi bölgüsü == İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür == Tarixi == Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur.
Li Yakoka
Lido Antoniy "Li" Yakoka (15 oktyabr 1924[…], Allentaun, Pensilvaniya – 2 iyul 2019[…]) Amerikalı biznesmen. Ən çox 1980-ci illərdə Chrysler şirkətinin yenidən doğuşundakı rolu ilə tanınır. 1979-cu ilə qədər Chrysler-in sədri və direktoru, 1979-cu ildən isə bunlardan əlavə olaraq idarə heyətinin sədri vəzifələrində işləmişdir. 1992-ci ildə təqaüdə çıxmışdır. Kitablar yazmış və bir çox kitaba da ilham vermişdir. Bunlara nümunə olaraq William Novakın yazdığı tərcümeyi-halını və özünün yazmış olduğu “Bütün liderlər hara getdi?” (Where all the leaders gone?) əsərləri göstərilə bilər. Dünyanın ən məşhur iş adamlarından biri olan Lee Iacocca, 1980-ci illərdə Amerika ixracatçılarının iddialı bir müdafiəçisi olmuşdur.
Sulo Kolka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Kolka buzlağı enməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir. == Fəlakətin səbəbləri haqqında hipotezlər == 2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur.
Kolka–Karmadon buz və qaya sürüşməsi