Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zvornik
Zvornik (bosn. Zvornik, serb. Зворник / Zvornik, xorv. Zvornik) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Ölkənin şimal-şərqində, Serbiya ilə sərhəd yaxınlığındadır. Drina çayı üzərində yerləşir. Serb Respublikasına daxil olan Zvornik icmasının inzibati mərkəzidir. Köhnə adı (1519-cu ilə qədər) Zvonik (Zvonnik) olmuşdur. Bu ad zvono, zvoniti - "zəng çalır" (ehtimal ki, Zvonigrad ilə eyni mənşəlidir) kəlməsindən törəmişdir. Keçmişdə də həmcinin İzvornik adıda istifadə olunmuşdur.
Zvornik gölü
Zvornik Lake (serb. Зворничко језеро, bosn. Zvorničko jezero ) ― Bosniya və Herseqovina və Serbiya sərhədində yerləşən süni göl. Göl Drina çayı üzərində su elektrik stansiyası tikildikdən sonra yaradılmışdır. Bəndin və onu müşayiət edən obyektlərin inşası üzrə hazırlıq işləri 1948-ci ildə başlamış və 1955-ci ildə göl hövzəsi su ilə doldurulmuşdur. Zvornik gölü dəniz səviyyəsindən 140 m yüksəklikdə yerləşir. Göl 25 km uzunluğundadır və 8,1 km² ərazini əhatə edir. Ən dar hissəsində 200 m, ən geniş hissəsində 3 km enindədir. Gölün orta dərinliyi 11 m, ölçülən maksimum dərinliyi isə 39 metrdir. == Turizm == Gölün ətrafında çox sayda kottec və turizm iaşə obyektləri var.