Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnvestor
İnvestor — mənfəət əldə etmək məqsədi ilə şəxsi və ya cəlb etdiyi maddi qiymətliləri – pul vəsaitlərini, kağızlar qiymətli kağızları, əmlakı, mülkiyyəti və s-ni investisiya layihələrinə yönəldən hüquqi və ya fiziki şəxsdir.
Mələk investor
Mələk investor (həmçinin biznes mələyi, qeyri-rəsmi investor, mələk sərmayəçisi, özəl investor və ya toxum investoru kimi də tanınır) tez-tez konvertasiya edilə bilən istiqraz və ya kapital müqabilində bir işə və ya biznesə, o cümlədən startaplara kapital verən şəxsdir. Mələk investorlar adətən startapları ən erkən mərhələdə (startupların uğursuzluq riski nisbətən yüksək olduqda), bir dəfə və ya ardıcıl olaraq və əksər investorlar onları dəstəkləməyə hazır olmadığ zamanlarda dəstəkləyir.
Statik İnvertor
Ümumi DC\AC çeviricilər invertor kimİ adlandırırıllar və sabit cərəyandan dəyişən cərəyan parametrlərinə uyğun qiymətdə gərginlik hasil edirlər.İnvertorlarda əsasən tristorlardan,tranzistorlardanvə bunlar kimi nəzarətçi cihazlardan istifadəolunur. İnvertorlar əsasən 3 və 1 farzlı olaraq dizayn edilirlər.Kiçik siqnal və yarım dalğa invertorları əsasən bir əvəzləmə prosesi ilə fəaliyyət göstərirlər.İnvertor qoşulma yerindən asılı olaraq online və offline adlandırılır.Əgər ümumi dəyişən cərəyan xəttində yerləşdirilsə offline,ümumi mənbə kimi olarsa online adlandırılır.
İnvertor (elektrotexnika)
İnvertor — gərginliyin dəyərini dəyişdirməklə sabit cərəyanı dəyişən cərəyana çevirmək üçün bir cihazdır. Gərginlik invertorları ayrıca bir cihaz kimi istifadə edilə bilər və ya dəyişən cərəyan elektrik enerjisi olan avadanlıq üçün mənbələrin və fasiləsiz enerji təchizatı sistemlərinin bir hissəsi ola bilər.
Akkreditə olunmuş investor
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. == Tərəflər == == Xarici keçidlər == Konvensiya UNCITRAL veb saytında.
Kvestor
Kvestor (lat. quaestor < quaerere — hərfi "soruşmaq", "araşdırmaq") — Qədim Romada magistrat ordinarlarından biri. İlk olaraq heçbir xüsusi xüsusi səlahiyyətə malik olmayan konsulun ümumi köməkçisi kimi, fəaliyyət göstərən kvestor vəzifəsi, sonralar komisiya tribununa seçilməyə başladıqdan sonra iki sahə: cinayət mühakiməsi hüququ və dövlət xəzinəsi və dəftərxanası idarəçiliyi üzrə ixtisaslaşaraq səlahiyyətləri artmağa başlamışdır. Lakin cinayət mühakiməsi hüququna rəhbərlik konsulun səlahiyyətlərinə daxil olduğu üçün kvestor ibtidai müayinə və sorğunu aparırdı (lat. quaestores parricidii). Roma Respublikası dövrünün ortalarında cinayət mühakiməsi hüququna rəhbərlik xalq yığıncağının əlində olduğu üçün kvestor səlahiyyəti bu imkanlardan məhrum olmuş olur, ancaq xəzinə və dəftərxana idarəçiliyi ilə məhdudlaşır. Onların vəzifəsi xəzinədarlıq (lat. pecuniam publicam custodire), gəlir-çıxar dəftərinin aparılmasından (lat. rationes referre) ibarət olur. Sonralar dövlət arxivlərinin mühafizəçisi olduqlarına görə magistrların qanuna sədaqət andları kvestorların önündə içilirdi.
Nestor
Nestor (?-?)— Konstantinopol şəhərinin arxiyepiskopu. == Həyatı == 431-ci ildəki Birinci Efes Məclisində İsanın insan və tanrı təbiətlərini ayrı tutmuş, İsaya 30 yaşındaykən Kəlamın endiyi, Məryəmin daha önce sadəcə saf və günahsız bir insan olan İsanın anası olduğu, dolayısıyla da Məryəmin tanrı anası olaraq qəbul edilmesi gərək olduğunu qəbul etməmişdir. Daha sonra aparılan İkinci Efes Məclisində Nestorun aforoz edilmesi də, günümüzə qədər gəlib çatan Nəsrani (Asuri), Kəldani kimi diofizit kilisələrin qurulmasına yol açmışdır.
Nestor Kalandarişvili
Nestor Aleksandroviç Kalandarişvili (gürc. ნესტორ ალექსანდრეს ძე კალანდარიშვილი; 8 (20) iyul 1876, Kutaisi quberniyası, Rusiya imperiyası – 6 mart 1922, Yakutsk) inqilabçı lider, növbə ilə Sosialist İnqilabçısı, anarxist və nəhayət bolşevik idi. Rusiyada vətəndaş müharibəsi illərində Şərqi Sibirdə partizan hərəkatının liderlərindən biri olub. == Bioqrafiya == 1892-ci ilə qədər Kutaisi gimnaziyasında, sonra Tiflis müəllimlər seminariyasında oxuyub. 1895–1897-ci illərdə Rusiya İmperator Ordusunda xidmət etmişdir. Ordudan sonra seminariyada təhsilini davam etdirdi. 1903-cü ildən Sosialist İnqilabçılar Partiyasının, bir müddət Gürcüstan Sosialist-Federal İnqilab Partiyasının üzvü olub. 1905-ci il Rusiya İnqilabında o cümlədən 1905–1906-cı illər Quriya kəndli üsyanında iştirak etdi. 1907-ci ildə həbs olundu, 1908-ci ildə Sibirə sürgünə göndərildi. O, qaçdı, lakin 1912-ci ildə həbs olundu və yenidən Sibirə sürgün edildi.
Nestor Lakoba
Nestor Appolonoviç (Çiçuyeviç) Lakoba(1 may 1893-cü il Lıxnı kəndi, Suxumi okruqu, Rusiya imperiyası - 28 dekabr 1936-cı il, Tiflis) — Sovet Abxaziyasının dövlət xadimi. Lakobanın eşitmə problemi vardı,ona görə ona "Adaqua" ("Kar") deyirdilər. 1922-ci ilin fevralında Xalq Komissarları Sovetinin sədri, 1930-cu ilin aprelindən isə Abxaziya SSR-nin Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Stalinin özünün dediyinə görə, ən yaxın və ən yaxşı dostu hesab olunurdu. == Həyatı == Lakoba kəndli ailəsində anadan olub. Doğulmasından bir neçə ay əvvəl atası öldürülür.. Bir kilsə məktəbində oxuyub, sonra doğma kəndində iki illik məktəbi bitirib. Uşaqlıqdan bəri çox bacarıqlı olub. С детства был весьма способным. 1905-1910-cu illərdə oxuduğu Tiflis İlahiyyat Kollecini bitirib.
Nestor Maxno
Nestor Maxno (ukr. Нестор Іванович Махно; rus. Не́стор Ива́нович Махно́; 26 oktyabr (7 noyabr) 1888 – 25 iyul 1934, Paris) - Oktyabr inqilabı zamanı Bolşevik xəttini qəbul etməyən Ukrayn Anarxo-kommunist. Anarxizm ideyalarının tətbiq edilməsi üçün göstərdiyi cəhtlərin qarşısı bolşeviklər tərəfindən alınmışdır. Liberal Kommunistlərin Təşkilatlanma Platforması adlı anarxist ədəbiyyatında önəmli yerə sahib əsərin müəllifi kimi də tanınır. Nestor Maxno Ukraynada Anarxizm ideyalarının yayılmasının əsas memarlarından biri qəbul olunur. == Həyatı == Nestor Maxno 1888-ci ilin 26 oktyabr tarixində Rusiya imperiyasının Yekaterinoslav qumberniyasının Qulyaypol şəhərində anadan olmuşdur. Şəhər hal-hazırda Ukrayna ərazisində yerləşir. Kasıb kəndli ailəsindən olan Maxno uşaq yaşlarından cobanlıq etməklə ailəsinə kömək edirdi. 12 yaşı olarkən məktəbi və ailəsini tərk edir.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Nestor Pitanya
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.