Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnduktivlik
İnduktivlik (ing. inductance,– enerjini maqnit sahəsi formasında saxlamaq bacarığı. İstənilən uzunluqlu məftil müəyyən səviyyəli induktivliyə malikdir; hörülmüş məftil ferromaqnit milə sarılmışsa, onun induktivliyi çox böyük olar. İnduktivlik vahidi Henri’dir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnduktivlik çarxı
İnduktivlik çarxı - radiotexnika qurğusudur. Silindrik və ya halqa formasında olan dielektrikin ətrafında burulmuş (dolama, spiral və ya dolama-spiral), xüsusi lak ilə izolyasiya edilmiş elektrik naqillərdən ibarətdir. İnduktivlik çarxı xeyli induktivliyə malik olaraq nisbətən kiçik elektrik tutumu və kiçik aktiv müqaviməti ilə fərqlənir. Nəticədə, induktivlik çarxından axan dəyişən elektrik cərəyanda ləngimə müşahidə olunur, elektrik impulsun formasında müəyyən səbəblərə görə yaranmıs əngəllər yox olur. Radiotexnikada, elekron cihazlarında, kompüterlərdə geniş istifadə olunur.