Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nissalı Qriqori
Nissalı Qriqori (yun. Γρηγόριος Νύσσης; d. 335 – ö. 394, Kappadokiya) — xristian yazıçısı, ilahiyyatçısı, Nissa şəhərinin yepiskopu, kilsə müqəddəsi, Kappadokiya kilsə atalarından biri. == Həyatı == 335-ci ildə Kappadokiyanın Qeysəriyyə (indiki Türkiyənin Kayseri şəhəri) şəhərində doğulmuşdur. O, müqəddəs Basilin kiçik qardaşı idi. Doğulduğu şəhərdə öz dövrünə görə yaxşı təhsil almış, daha sonra fəlsəfə ilə məşğul olaraq, antik dövr filosoflarının əsərlərini dərindən öyrənmişdir. 365-ci ildə arvadının vəfatından sonra, dərin sarsıntıya qapılaraq monastıra getmişdir. Buradan yalnız, Qeysəriyyə arxiyepiskopu olmuş qardaşının təkidilə çıxaraq, Nissa şəhərinə yepiskop kimi yollanmışdır. 381-ci ildə Konstantinopol şəhərində keçirilən Kilsə Məclisində iştirak etmiş, orada həmkarları tərəfindən yüksək qiymət almışdır.