Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İudeya
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
İudeya və Samariya dairəsi (İsrail)
İudeya və Samariya dairəsi (ivr. ‏מחוז יהודה ושומרון‏‎) — İsrailin yeddi əsas inzibati ərazi vahidindən biri. Ərazi İsrail xaricində İordan çayının qərb sahili kimi tanınır. == Statusu == İudeya və Samariya dairəsi İsrail Müdafiə Ordusunun Mərkəzi hərbi dairəsinin tabeçiliyindədir. İnzibati dairə üzrə bütün qərarlar hərbi dairənin komandanı tərəfindən qəbul edilir. (1947—1949) ərəb-İsrail müharibəsindən sonra region 1967-ci ilədək İordaniyanın nəzarətində idi. Altı günlük müharibədən sonra region İsrailin nəzarətinə keçdi. BMT Təhülükəsizlik Şurasının 242 saylı Qətnaməsinə əsasən İsrail həmin torpaqlardan getməlidir. Regionun gələcək statusu İsrail-Fələstin danışıqlarının əsas mövzusudur. Hal-hazırda bura ən tez inkişaf edən regiondur, il ərzində əhalisi 5 faiz artır.
İdeya
İdeya [yun. idea – anlayış, təsəvvür, fikir, ideya] insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; istək, fikir, plan; "məna", "mahiyyət" bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; fikir, qayə, məqsəd. Məsələn, [sülh]]ü qorumaq və möhkəmləndirmək ideyası. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Cozef Kudelka
Cozef Kudelka (10 yanvar 1938[…], Boskovitsə[d][…]) – çexiyalı fotoqraf. == Bioqrafiyası == Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır. O, Çexiya islahatlarını boğan və Praqanı zəbt edən Varşava Paktının hərbi gücünü görür və bu hadisələri lentin yaddaşına köçürür.
Yozef Kudelka