Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirasir
Kirasirlər-(kirasа frans. cuirasse- zireh) - ağır süvarilər. XVI-cı əsrin sonunda kirasirlər sonralar isə draqunlar ortaya çıxdı. XVII-ci əsrin birinci yarısında İsveç, Fransa, İngiltərə və başqa Avropa ölkələrində kirasir və draqun alayları yaradılır. Kavaleriyanın bu yöndə böyük yenidən təşkilini İsveç kralı Qustav Adolf(1611-1632) keçirir. İsveçlilərin süvari alayı, dörd kornet(taqım) daxil olan və 125 atlıdan ibarət olan 4 eskadrondan təşkil olunurdu. İsveç kirasirləri və draqunları döyüşdə 3-4 cərgəyə, ordu döyüş qaydasında isə iki cərgəyə düzülürdülər. Belə düzülüşlə süvarilər yenə sarsıdıcı qüvvəyə çevrilirlər. Ağır zirehli cəngavərlərdən fərqli olraq kirasirlərin zirehi yüngül idi, bundan başqa kirasirlərin bir cüt tapancası da olurdu. Rəqibin odlu silahından əsas yayınma vasitəsi zireh deyil, çeviklik olur.
Kiyasər
Kiyasər — İranın Mazandaran ostanının Sari şəhristanının Çahardangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,590 nəfər və 913 ailədən ibarət idi.
Kunaşir
Kunaşir adası (aynu. Кунашири — Чёрный остров, yap. 国後島) — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinin ən cənub adası. Federal bölgüyə görə Saxalin vilayəti Yujno-Kuril şəhər dairəsinə daxildir (Rusiya). Ancaq adaya Yaponiya iddia edərək onu Hokkaydo prefekturasının Nemuro dairəsi ərazisi hesab edir. Aynca adanın adı Kunaşiri yəni Qara ada mənasını verir. Bu onun təbiətinə görə deyilmiş addır. Belə ki, tünd sıx meşələr və Tyatya vulkanı və üstəlik üç fəaliyyətdə olan digər vulkanların püskürdüyü küll ona bu adın verilməsinə səbəb olmuşdur. == Tarixi == Adada ilk yaşayış əlamətlərinin yaşı ən azı 5 min il olaraq qiymətləndirilir. Kunaşirin yerli əhalisi aynlar olmuşdur.
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.
Kirişi
Kirişi (rus. Кириши — Rusiyada şəhər. Leninqrad vilayətinin Kirişi rayonunun inzibati mərkəzi.
Kunaşir boğazı
Kunaşir boğazı (yap. 根室海峡) — Sakit okeanına daxil olan Kunaşir adasını Hokkoyda adasındasından ayırır. Oxot dənizini Xəyanət boğazı ilə birləşdirir. Uzunluğu 74 km, eni şimalda 24 km, cənubda isə 43 km təşkil edir. Dərinliyi 2500 km-dir. Sahilləri yüksəkdir. Burada Znamenka, Alexina, İvanovskiy burunları vardır. Boğaza Asin, Valentina, Alexina, Ozernaya, Krivonojka, Temnaya, Tyoryoy-Qava, Kotanuki-Qava çayları tökülür. Sahillərində sualtı və suüstü qayalı daşlara rast gəlinir. Şərqində Alexina buxtası yerləşir.
Yuli Karasik
Yuli Yuryeviç Karasik (rus. Ю́лий Ю́рьевич Кара́сик, ukr. Ю́лій Ю́рійович Кара́сик; 24 avqust 1923, Xerson, Odessa quberniyası[d] – 23 yanvar 2005, Moskva) — SSRİ aktyoru, rejissoru, ssenaristi, RSFSR xalq artisti (1977), SSRİ Kinematoqrafçılar İttifaqının üzvü.
Krasin adası
Krasin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nordenşeld arxipelaqının mərkəzi hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şərq qutaracağını təşkil edir. Şimaldan, qərbdən və cənub-qərbdən qrupun digər adaları ilə əgatələnmişdir: Ukromnıy adası, Vitte adası, Kovalevski adası, Brandvaxta adası, Savvı Loşkin adası (Melkiy boğazı ilə), Ledokol adası və Oktyabr adası. Şərqində Paxtusov adaları: Dobrınya Nikitin adası, Truvor adası və Silaç adası, cənub-şərqində Vilkis adaları: Novıy adası və Çabak adası (Radzeevski boğazı ilə ayrılır). == Ümumi məlumat == Qərbdən şərqə uzadılmış formaya malikdir. Mərkəzi və şərq hissələrində şimala uzanan iki yarımadası vardır.
Leonid Krasin
Leonid Borisoviç Krasin (rus. Леони́д Бори́сович Кра́син); (15 (27) iyul 1870, Kurqan, Qərbi Sibir general-qubernatorluğu[d] – 24 noyabr 1926[…], London) — sovet mühəndisi, diplomat. == Həyatı == Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi. Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi.
Miloş Krasiç
Miloş Krasiç (serb. Милош Красић; 1 noyabr 1984[…], Mitroviça[d], Yuqoslaviya) – Serbiyalı Futbolçu Türkiyə'nin Fənərbaxça klubunun və Serbiya milli yığmasının yarımmüdafiəçisi == Bioqrafiya == Miloş Krasiçin futbolçu karyerası keçmiş Yuqoslaviyanın Rudar klubunda başlamışdır. Öz oyunu ilə Krasiç Voyvodina klubunun maraqına səbəb olmuşdur. 1999-cu ildə isə artıq Voyvodina klubu ilə müqavilə bağlayır. 2004-cü ilin yayında Miloş Krasiç Rusiyanın ÇSKA Moskva klubu ilə müqavilə imzalayır. 2004–05-ci illərdə Krasiç ÇŞKA-nın tərkibində Çempionlar liqasının qalibi olur 28 dekabr 2009-cu ildə Serbiyanın ən yaxşı futbolçusu seçilir 19 avqust 2010-cu ildə Yuventus klubuna keçir. Krasiçlə 4 illik müqavilə Yuventusa 15 milyon avroya başa gəlir. 2 avqust 2012-ci ildə Fənərbaxça klubuna keçir. Fənərbaxça Krasiçlə 4 illik müqavilə imzalayıb. == Millidə == == Şəxsi Həyatı == 2008-ci ilin dekabrında Miloş Miryana ilə evlənir.
Teylor sırası
Teylor sırası — riyaziyyatda bir funksiyanın, o funksiyanın həddlərinin bir nöqtədəki törəmələrinin qiymətlərindən hesablanan sonsuz toplamı şəklində yazılması formasında açılımdır. Adını ingilis riyaziyyatçı Bruk Teylordan almışdır. Əgər sıra sıfır mərkəzlidirsə ( a = 0 {\displaystyle a=0} ), Teylor sırası daha sadə bir hal alar və bu xüsusi hala şotland riyaziyyatçı Kolin Maklarenə istinad olaraq Maklaren sırası deyilir. Bir silsilənin hədlərindən sonlu bir say qədərini istifadə etmək bu silsiləni bir funksiyaya yığmaq üçün ümumi bir üsuldur. Hər dərəcədən törəməsi olan, həqiqi ya da kompleks bir f ( x ) {\displaystyle f(x)} funskiyasının a həqiqi ya da kompleks bir ədəd olmaq şərtilə ( a − r , a + r ) {\displaystyle (a-r,a+r)} intervalındakı Teylor sırası aşağıdakı şəkildə təyin edilir tanımlanmıştır: f ( x ) = f ( a ) + f ′ ( a ) 1 ! ( x − a ) + f ″ ( a ) 2 ! ( x − a ) 2 + … + f ( n ) ( a ) n ! ( x − a ) n + … {\displaystyle f(x)=f(a)+{\frac {f'(a)}{1!}}(x-a)+{\frac {f''(a)}{2!}}(x-a)^{2}+\ldots +{\frac {f^{(n)}(a)}{n!}}(x-a)^{n}+\ldots } Daha nizamlı bir forma olan Siqma təqdimatı ilə isə belə yazılır: = ∑ n = 0 ∞ f ( n ) ( a ) n ! ( x − a ) n {\displaystyle =\sum _{n=0}^{\infty }{\frac {f^{(n)}(a)}{n!}}(x-a)^{n}} Burada n ! {\displaystyle n!} , n faktorialı; ƒ (n)(a) isə f funksiyasının n-ci dərəcədən törəməsinin a nöqtəsindəki qiymətini bildirir.
Türk Lirası
Türk lirəsi — Türkiyədə və Şimali Kiprdə istifadə olunan pul vahidi. Türk lirasının alt vahidi kuruşdur. Türkiyədə kağız pul çap etmə səlahiyyəti Türkiyə Respublika Mərkəzi Bankına aiddir. Puldakı 0 (sıfır) sayını azaltmaq məqsədilə 31 yanvar 2005-ci ildə müvəqqəti olaraq tədavüldən qaldırılmış və yerinə Yeni Türk Lirəsi istifadə edilməyə başlanmışdır. YTL-dən TL-yə keçidin tamamlanması səbəbiylə 1 yanvar 2009 tarixində yenidən tədavülə girmişdir. Lakin 2009-cu ildə tədavülə girən pullardan YTL-də olduğu kimi 6 sıfır yoxdur. YTL-nin alt vahidi Yeni Kuruş-dur. Bu günə qədər Türk lirəsının ön tərəfində yalnız Mustafa Kamal Atatürk və İsmət İnönü-nün şəkilləri var. İsmət İnönünün şəkli yalnız prezidentlik etdiyi dövrdə (1938–1950) Türk lirasının ön tərəfində yer almışdır. Bunun səbəbi isə Osmanlı dövründən bəri bir ənənə halını almış və Osmanlıdan başqa bir çox dövlət tərəfindən də istifadə olunan bir ənənə olan pulun ön tərəfinə o zaman ki dövlət başçısının şəklini qoymaqdır.
Z-sırası
Z-sırası (ing. z-order, ru. z-порядок – qrafik obyektlərin müşahidəçiyə nəzərən yerləşməsi ardıcıllığını bildirən termin. Z-sırası hansı obyektin o birilərlə müqayisədə öndə, yaxud arxada olmasını təyin edir. Başlıca olaraq, kompüter qrafikasında və qrafik interfeyslərin proqramlaşdırılmasında, o cümlədən, veb-dizaynda tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şırşır (Çaroymaq)
Şırşır (fars. شرشر‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Mənə hər şey yaraşır
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Bornun mirası (film, 2012)
Bornun mirası (ing. The Bourne Legacy) — Ceyson Born film seriyasının spin-offu olan Tony Gilroy tərəfindən çəkilmiş döyüş filmidir və bu filmdəki hadisələr əvvəlki filmdəki hadisələrə paralel baş verir. Baş qəhrəman Aaron Kross rolunu Ceremi Renner canlandırmışdır. Film Erik Van Lastbaderin (Amerika yazıçısı Robert Ludlumun Ceyson Born seriyasını davam etdirən yaziicy) eyniadlı kitabının şərəfinə adlandırılmışdırsa da, həmin kitabdakı hadisələrə əsaslanaraq çəkilməmişdir. == Süjet xətti == Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş muzdlusu Ceyson Bornun sərgüzəştləri hələ başa çatmayıb. Born həddindən artıq təhlükəli olduğundan təşkilat ondan əl çəkmək fikrində deyil. Ancaq bu dəfə “Tredstoun layihəsi deyil, onunla əlaqəli olan “tam məxfi” möhürlü başqa layihədən danışılır. MKİ-nin sözügedən bölməsi haqqında məlumatların kütləvi informasiya vasitələrinə sızmasından sonra təşkilat onların fəaliyyətinə işarə edən bütün dəlilləri, o cümlədən insanları bir-bir aradan götürür. Adı “qara siyahıda” olan keçmiş məxfi agent Aaron Kross sağ qalmaq üçün bu mexanizmə qarşı mübarizəyə başlayır. Bu işdə ona bilavasitə layihədə iştirak edən cazibədar həkim Marta Şerinq köməkçi olacaq.
İspaniya mirası uğrunda müharibə
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı. XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. Müharibə yalnız Avropada deyil, lokal qarşıdurmanın getdiyi və ingilis kolonistləri tərəfindən Kraliça Anna müharibəsi adlandırdıqları Şimali Amerikada da gedirdi. Müharibə on üç ildən bir az çox davam etdi. Müharibə hersoq De Villyar və hersoq Bervik (Fransa), hersoq Marlboro (İngiltərə) və Savoy şahzadəsi Yevgeni (Avstriya) kimi istedadlı sərkərdələri üzə çıxarıb məşhurlaşdırdı. Müharibə Utrext (1713) və Raştatt (1714) müqavilələrinin imzalanması ilə sona çatdı. Nəticədə V Filip İspaniya kralı olaraq qaldı, lakin Fransa taxt-tacına varis olmaq hüququnu itirdi və bu da İspaniya və Fransa sülalələrinin ittifaqını pozdu.
AirAsia Hava Yolları reys 8501
AirAsia Hava Yolları reys 8501 — 2014-cü ilin 28 dekabr tarixində İndoneziyanın Surabaya şəhərindən Sinqapura doğru uçan AirAsia Hava Yollarına məxsus Airbus A320 tipli sərnişin təyyarə reysi. Təyyarə havada olduğu zaman radarlardan itmişdir.
Şənlik bizə yaraşır (film, 1974)
== Məzmun == Film Lənkəran rayonunun son illərdəki mədəni yüksəlişinə həsr olunmuşdur. Kinolent Lənkəranın sosial-iqtisadi inkişafı, problemləri, mədəniyyəti, ziyalıları və zəhmət adamları haqqında söhbət açır.
Mənə hər şey yaraşır (teleserial, 2011)
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Mənə hər şey yaraşır (veriliş, 2011)
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.