Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Közənəq (Təbriz)
Közənəq (fars. كزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (33 ailə).
Közərəş (Salmas)
Kuzərəş (fars. كوزه رش‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,458 nəfər. yaşayır (222 ailə).
Vasili Koçerov
Vasili Qriqoryeviç Koçerov (rus. Кочеров Василий Григорьевич) — sovet ordusunun baş giziri, İkinci Dünya müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944), "Lenin" və "Qırmızı ulduz" ordenlərinin kavaleri. == Həyatı == Vasili Кoçerov 1921-ci ildə Telegino kəndində (hazırda Penza vilayətinin Kolışley rayonunda yerləşir) anadan olub. Orta məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1940-cı ilin sentyabrında sovet ordusunda xidmətə başlayıb. 1941-ci ildən döyüşlərdə iştirak edib. 24 iyul 1944-cü ildə döyüşdə həlak olub. Şutukve şəhərində dəfn edilib. "Lenin" ordeni, "Qızıl ulduz" medalı, "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz" ordeni ilə təltif olunub. Moskvada küçələrdən birinə Vasili Koçerovun adı verilib və burada onun heykəli qoyulub.
Koberq adası
Koberq adası (ing. Coburg Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Hazırda adada yaşayış yoxdur (2012). == Coğrafiya == Koberq adası Elsmir adasını (şimalda) Devon adasından (cənubda) ayıran Cons boğazının şərq girişində yerləşir. Koberq adası Elsmir adasının cənub-şərq sahilindən 20 km cənub-şərqdə, Keyp Tennison bölgəsində (Qleyşer boğazı vasitəsilə) və Devon adasındakı Fitz Roy burnundan 30 km şimal-şərqdə (Ledi Ann boğazı vasitəsilə) yerləşir. Adanın sahəsi 344 km², sahil xəttinin uzunluğu 138 km-dir. Şərq sahilindəki böyük Marina yarımadası istisna olmaqla, ada demək olar ki, düzbucaqlıdır. Adanın şimaldan cənuba uzunluğu 37 km, eni isə şimalda 6 km-dən cənubda Marina yarımadasının ərazisində 22 km-ə qədər dəyişir. Adanın relyefi dağlıqdır və maksimal hündürlüyü dəniz səviyyəsindən 823 metrdir. Orta hündürlüklər cənuba doğru azalır.
Vladislav Ozerov
Ozerov Vladislav Aleksandroviç (1769-1816) – Rusiya dramaturq. == Həyatı == “Edip v Afinax”, “Finqal”, “Dimitriy Donskoy”, “Poliksena” faciələrinin müəllifidir. Ozerovun yaradıcılığında XVIII əsrin sonları, XIX əsrin əvvəllərində rus ədəbiyyatında sentimental cərəyan üçün səciyyəvi xüsusiyyətlərlə klassisizm ənənələri birləşirdi. Klassisizm üsulları əsasında yaranmış dram əsərləri, Stanislavskinin fikrincə, aktyorları şərti, süni oyuna vadar edirdi. == Əsərləri == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Озеров В. А. Письма В. А. Озерова к А. Н. Оленину. 1808. 1809. / Сообщ. В. А. Олениной // Русский архив, 1869. — Вып.
Suxoe Ozero (Əbyəlil)
Suxoe Ozero kəndi (başq. Северный) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 42 km., kənd sovetliyindən (Selin): 21 km. ən yaxın dəmiryol stansiyasından (Suxoe Ozero stansiyası): 0 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.