1. Yanıb qızarmaq, alovsuz yanmaq, qıpqırmızı olmaq.
Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü, ancaq odlar közərirdi…
Qoca fikirli bir halda ocaqda közərən oda baxaraq deyirdi…
2. Zəif işıq vermək; işarmaq, işıldamaq, parıldamaq. Uzaqdan lampa közərirdi.
– Tin başında bir fənər közərir.
// Az-az yanmaq, sönmək üzrə olmaq.
Gecə keçir, közərən lampa get-gedə öz işığını azaldırdı.
3. məc. Qızışmaq, canlanmaq.