Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koper FK
Koper – Sloveniyanın futbol klubu.
Komper
Komper (fr. Compeyre, oks. Compèire) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12070. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 527 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Köpək
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Bredli Kuper
Bredli Kuper (5 yanvar 1975, Filadelfiya, Pensilvaniya) — ABŞ teatr, serial və kino aktyoru. "Alias" serialındakı rolu onu dünyaya tanırdırdı. Kuper "Çağırılmamış qonaqlar" (2005), "Həmişə "Hə" de" (2008), "Söz vermək evlənmək demək deyil" (2009), "Uşaq Veqasda" (2009), "A komandası" (2010), "Qaranlıqlar məmləkəti" (2011), və "Mənim sevgilim dəlidir" filmlərində əhəmiyyətli rollarda iştirak etdi. "Mənim sevgilim dəlidir" filmindəki rolu ilə 2011-ci ildə Qızıl Qlobus Mükafatına namizəd göstərildi. People jurnalı tərəfindən həyatda olan ən seksual kişi seçildi. == Həyatı == Kuper Filadelfiya , Pensilvaniya, da doğuldu, JENKINTOWN da böyüdü . Anası Gloria İtalyan -Amerikan , atası Charles J. Cooper ( 2011-ci ildə 71 yaşında vəfat etmişdir) İrlandiya - amerikandır və Merill Lynch da borsacıdır . Holly adında bir bacısı vardır. Katolik olaraq yetişdirilmişdir. Kuper GERMANTOWN ACADEMY davam edərkən eyni zamanda Filadelfiyada Gündəlik Xəbərlər də çalışdı.
Cerard Koyper
Cerard Piter Koyper (ing. Gerard Peter Kuiper; nid. Gerrit Pieter Kuiper;; 7 dekabr 1905–23 dekabr 1973) — niderlandlı və (1933-cü ildən) amerikalı astronom. Koyper qurşağın eponimi kimi bilinir. Bəziləri tərəfindən "müasir planetologiyanın atası" kimi tanınır.
Co Koker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Dominik Kuper
Dominik Kuper (2 iyun 1978, Qriniç[d], Böyük London) İngilis aktyorudur. Londonun Qrinviç şəhərində anadan olub. Bir çox filmlərdə, radioda və teatrda rol alıb. Tarixi oğlanlarda (The History Boys) Dakin obrazını canlandırmışdır. Dracula: Inception filmində, Fateh Məhəmmədi, Mamma Mia! filmində Sky rolunu oynamışdır. 2011-ci il istehsalı olan Şeytanın əkizi filmində Udey Hüseyni oynamışdır. 2012-ci ildə çəkilən Vampire Hunter: Abraham Lincoln (Vampir ovçusu: Abraham Lincoln) filmində Henry rolunu oynamışdır. The Devil's Double (Şeytan Cütlüyü və ya Şeytanın əkizi) filmində iki obrazı canlandırdığı üçün böyük təriflər almışdır. O, həmçinin Captain America: The First Avenger (Kapitan Amerika: İlk Qisasçı) və Agent Carter filmlərində Howard Stark rolunu oynamışdır.
Fenimor Kuper
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur. == Kuperədək Amerika... == ...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar. Amerika romantizmini yaradan səbəblərdən biri bu idi.
Fərhad Köçər
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Henri Kuper
Henri Kuper (ing. Henry Cooper) — Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion. == Həyatı == Henri Kuperin idmançı karyerası 1949-cu ildə başlayıb. O, 1954-cü ildə peşəkar boksa keçib. 1971-ci ildə Co Baqnerə məğlubiyyətdən sonra karyerasını başa vurub. Məşhur ağır çəkili boksçu İngiltərə Kuboku, Millətlər Birliyinin qalibi və Avropa çempionu olsa da, dünya çempionu adını qazana bilməyib. Kuper Böyük Britaniyanın ən güclü boksçularından sayılıb. O, 2000-ci ildə cəngavər elan edilib və boksçular arasında "ser" titulunun ilk sahibi olub. Kuper 2011-ci ilin 1 may tarixində Oksted şəhərində oğlunun mənzilində keçinib.
Horst Köler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.
Koyper qurşağı
Ecvort-Koyper qurşağı və ya Koyper qurşağı — Neptun orbitindən, yəni Günəşdən 30 a.v., Günəşdən 55 a.v.-ya qədər ucalan Günəş sistemin bölgəsi. O, Asteroid qurşağına oxşayır, lakin ondan 20 dəfə geniş və 20-200 dəfə ağırdır. Günəş Sisteminin sonuncu planeti Neptunun arxasında, kosmik boşluqda milyardlarla km genişlikdə bir "Uçurum" var. Adına Koyper qurşağı deyirik. Milyonlarla irili-xırdalı daş-buz- qaya yığınından ibarətdir. Pluton da onlardan biridir. Günəşdən 5 milyard km uzaqlıqdan başlayıb onlarla milyard km`ə qədər uzanan qurşağın üzvləri ümumilikdə Neptunarxası cisimlər adlanır. Günəş Sisteminin formalaşmasından geriyə qalan həmin daş qaya yığınını, məhz Günəş Sisteminin bünövrə daşları adlandırmaq olar.
Kuper (Piranşəhr)
Kuper (fars. كوپر‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 909 nəfər yaşayır (149 ailə).
Köbər Zəyzid
Köbər Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Köbər Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyində, Qanıx-Əyriçay çökəkliyindədir. Köbər komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Baş Zəyzid və Orta Zəyzid kəndlərindən fərqləndirməyə xidmət edir. Oykonimin "köbər" hissəsi bəzilərinin fikrincə əcdadları xəzərlərin kabar tayfası olan kəbirli tayfa adı ilə bağlıdır. Lakin azərbaycan dilində ayrıca "köbər" sözü mövcuddur, mənası da "dik yer, dikdir, dik torpaq qalağı, hündür yer" deməkdir. Bu cür açıqlama kəndin yerləşdiyi relyefi təsvir etdiyinə görə daha məntiqli ola bilər. Adın "zəyzid" (zəkzid/zəqzit) hissəsinə gəlincə isə, bəziləri onu monqol tayfalarından birinə məxsus olduğunu bildirirlər, lakin digər açıqlamalar da mövcuddur. Məsələn, xalq etimologiyasına görə "zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir.
Köpək balığı
Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir. Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar.
Köpək pozası
Kövər bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Laslo Köver
Laslo Köver (mac. Kövér László; 29 dekabr 1959, Papa[d], Vesprem) — Macar siyasi xadim, Macarıstan Milli Məclisinin sədri == Həyatı == Laslo Köver 29 dekabr 1959-cu ildə Macarıstanın Vesprem şəhərində anadan olmuşdur. 1987-ci ildə orta məktəb müəlliməsi Maria Beklə ailə həyatı qurmuş, cütlüyün 3 övladı dünyaya gəlmişdir. == Siyasi fəaliyyəti == Laslo Köver 1988-ci ildə FİDES partiyasının qurucusu Viktor Orbanın hökumətində Mülki Kəşfiyyat Xidmətləri üzrə nazir vəzifəsində çalışmışdır. Köver 2000-ci ildə partiya rəhbəri seçilsə də 2001-ci ildə bu vəzifədən istefa verdi. 2010-cu ildə Pal Şmit Macarıstan prezidenti seçilərək Milli Məclisin sədirliyi vəzifəsindən getdi. Nəticə də Laslo Köver 2010-cu il avqustun 5-də Macarıstan Milli Məclisinin yeni sədri oldu. 2 aprel 2012-ci ildə Pal Şmit prezident vəzifəsindən istefa etdikdə Laslo Köver müvəqqəti olaraq prezident vəzifələrini icra etdi. 2012-ci il 10 may seçkilərində Yanoş Ader prezident olması ilə Köver əvvəlki vəzifəsinə geri qayıtdı.
Leo Kuper
Leo Kuper (1908[…], Yohannesburq – 1994, Los-Anceles, Kaliforniya) — soyqırımı araşdırmaları üzrə ixtisaslaşmış Cənubi Afrika sosioloqu. == İlk illəri və ailəsi == Leo Kuper əslən litvalı olan bir yəhudi ailəsində anadan olmuşdur. Onun bacısı Meri Yohannesburq Hüquqi Yardım Bürosunu idarə etmişdir. Kuper hüquq dərəcəsini Vitvatersrand Universitetində almış, burada bakalavr və LL. B dərəcələrini qazanmışdır. Bir hüquqşünas kimi o, insan hüquqları ilə bağlı işlərdə afrikalı müştəriləri təmsil etmiş və eyni zamanda ölkənin ilk təcrid olunmamış həmkarlar ittifaqlarından birini təmsil etmişdir. Cənubi Afrikanın ilk xeyriyyə hüquqi yardımının yaradılmasını dəstəkləmişdir. 1936-cı ildə Kuper antropoloq Hilda Bimerlə evlənmiş və cütlüyün bu evlilikdən iki qızı olmuşdur:beynəlxalq insan hüquqları üzrə hüquqşünas doktor Cenni Kuper və rəssam, heykəltaraş Meri Kuper. == Əsərləri == Kuper, Leo. Living in Towns: selected research papers in urban sociology of the Faculty of Commerce and Social Science, University of Birmingham. Cresset Press.
Martin Kuper
Martin Kuper (26 dekabr 1928, Çikaqo, İllinoys) — mobil telefonun ixtiraçısı. == Həyatı == Martin Kuper 26 dekabr 1928-ci ildə ABŞ-nin Çikaqo şəhərində Ukraynadan mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. O, 1950-ci ildə İllinoys Texnologiya İnstitutunu mühəndis-elektrotexnik ixtisası üzrə bitirib. Martin ABŞ-nin Hərbi-Dəniz Qüvvələrində zabit kimi xidmət edib. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən "Western Electric" şirkətində işə düzəlir. Lakin 1954-cü ildən "Motorola" şirkətində işləməyə başlayır. Bu zaman Kuper təhsil almağa davam edirdi. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı pedaqoji fəaliyyətlə məşğul olur. Kuper "Motorola" şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi.
Mini Kuper
Mini Hatch, Mini Cooper və ya Mini One kimi də tanınır — 2000-ci ildən bəri BMV korporasiyasının Mini şirkəti tərəfindən istehsal olunan kiçik sinif avtomobil modelidir. Avtomobil ilk dəfə 1997-ci ildə Frankfurt avtosalonunda əvvəlki Mini və Rover Metro modellərinin əvəz edilməsi məqsədi ilə nümayiş etdirilmişdir. Birinci nəsil 2000-ci ildə, ikinci nəsil 2006-cı ildə, üçüncü nəsil isə 2013-cü ildə istehsal olunmağa başlanmışdır. Mini İngiltərənin Oksford şəhərindəki Oksford fabrikində və 2014-cü ilin iyul ayından Hollandiyanın Born şəhərindəki VDL Nedcar tərəfindən istehsal olunur.
Qeri Kuper
Qeri Kuper (ing. Gary Cooper; 7 may 1901[…], Helena – 13 may 1961[…], Beverli-Hillz, Kaliforniya) — Amerika aktyoru. == Həyatı == Qeri Kuper 7 may 1901-ci ildə doğulub. 13 may 1961-ci ildə vəfat edib.