Köbər Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd.[2]
Köbər Zəyzid | |
---|---|
41°06′53″ şm. e. 47°14′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.034 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5540[1] |
Köbər Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyində, Qanıx-Əyriçay çökəkliyindədir.
Köbər komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Baş Zəyzid və Orta Zəyzid kəndlərindən fərqləndirməyə xidmət edir.
Oykonimin "köbər" hissəsi bəzilərinin fikrincə əcdadları xəzərlərin kabar tayfası olan kəbirli tayfa adı ilə bağlıdır. Lakin azərbaycan dilində ayrıca "köbər" sözü mövcuddur, mənası da "dik yer, dikdir, dik torpaq qalağı, hündür yer" deməkdir.[3][4] Bu cür açıqlama kəndin yerləşdiyi relyefi təsvir etdiyinə görə daha məntiqli ola bilər.
Adın "zəyzid" (zəkzid/zəqzit) hissəsinə gəlincə isə, bəziləri onu monqol tayfalarından birinə məxsus olduğunu bildirirlər,[5] lakin digər açıqlamalar da mövcuddur. Məsələn, xalq etimologiyasına görə "zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir. Digər bir fərziyyəyə görə bu ad kəndin yuxarısında yerləşən və eramızdan əvvələ məxsus olan Zəy qalasının adı ilə bağlıdır. Yeraltı tunellərə malik olan bu qalanın əsası, rəvayətə görə, Makedoniyalı İskəndər tərəfindən qoyulmuşdur. Lakin elm adamları və tədqiqatçılar tərəfindən qəbul olunmuş etimologiya bunları təsdiqləmir.
İstənilən halda, Köbər Zəyzid, Baş Zəyzid və Orta Zəyzid kəndlərinin adları bir-birləri ilə bilavasitə bağlıdır, və Köbər Zəyzid kəndinin adını çox güman ki "köbər ərazidə (dik, hündür yerdə) yerləşən Zəyzid kəndi" kimi açıqlamaq olar.
Kəndin əhalisi 1034 nəfər təşkil edir ki, onun da 517 nəfəri kişi, 517 nəfəri isə qadındır.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |