Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır.Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.2017-ci ilin noyabr ayında Muskve Zimbabve milli futbol komandası ilə Lesoto millisinə qarşı oyunda debüt etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və millisi 1-0 hesabı ilə məğlub olmuşdur.