Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naziat Surəsi
79-cu surə
Zoya Namzıray Aldınoolqızı
Zoya Namzıray Aldınoolqızı (tuvaca: Намзырай, Зоя Алдын-ооловна , d. 1 sentyabr 1941) – tuvalı şair, Tıva Respublikası Yazıçılar Birliyinin üzvü. == Həyatı == 7 sentyabr 1941-ci ildə Tuvanın Barıın-Hemçik bölgəsində Şekpeer məntəqəsində çoban ailəsində anadan olmuşdur. Atası Kuular Namzıray Dajı-Serenoğlu, anası Çançıvaa Dongak Dondukqızı – Tuvanın ilk ağır sənayesi olan qızıl mədənlərinin ilk işçilərindən idilər. 1957-ci ildə Qızılmajalıq orta məktəbinin VIII sinfini bitirib, o dövrki adı ilə Tuva Muxtar Oblastının Mədəniyyət Nazirliyi tərəfindən açılmış kitabxanaçılıq kursunu bitirmişdir. 1958–1961-ci illərdə Barıın-Hemçik bölgə komitəsi kitabxanasında, 1961–1962-ci illərdə Bay-Haakın bölgə kitabxanasında işləmişdir. Kanskinin Kitabxana Peşə Məktəbində təhsil almışdır. Daha sonra Qırmızı Müəllim İnistitutunda Tuva dili və ədəbiyyatı fakültəsində assistantlıq etmişdir. Dünya Teatr Cəmiyyəti kitabxanasında, Tuva nəşriyyatında işləmiş, 1998-ci ildə təqaüdə ayrılmışdır. Şeirlərinin ruscaya tərcümə edilmişləri "Ogonok", "Drujba narodov", "Pioner" jurnallarında, "Ulug-Hem" almanaxında dərc olunmuşdur.