Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nastya Kamenskix
Nastya Kamenskix, əsl adı Anastasiya Alekseyevna Kamenskix (ukr. Анастасія Олексіївна Каменських; 4 may 1987, Kiyev vilayəti) — Ukrayna pop və R&B müğənnisi, aktrisa, televiziya şəxsiyyəti və iş qadını. O, Ukraynanın "X-Factor" vokal şousu və "Ölkənin səsi" şousunda çıxış edərək populyarlıq əldə etmişdir. Kamenskix 2017-ci ildən NK təxəllüsü ilə çıxış edir. Anastasiya Alekseyevna Kamenskix 4 may 1987-ci ildə SSRİ respublikalarından olan Ukrayna SSR-nin Kiyev şəhərində anadan olmuşdur. Onun anası Lidiya Petrovna Kamenskix 6 noyabr 1955-ci ildə anadan olmuş, Q. Q. Veryovka adına Milli Akademik Xalq Xorunun müğənnisi kimi çıxış etmişdir. Atası Aleksey İosifoviç Jmur (16 may 1939 – 25 yanvar 2021) gəncliyində "Dinamo" voleybol komandasının kapitanı olmuş, daha sonra Q. Q. Veryovka xorunun konsert direktoru kimi çalışmışdır. Kamenskixin xaç anası Qriqori Veryovka adına xorun müğənnisi, Ukraynanın xalq artisti Alla Kudlay idi. Anastasiya Kamenskix Beş yaşında mübadilə proqramı ilə Fransaya getmiş və orada iki ay qalmışdır. O, altı yaşında eyni proqram əsasında İtaliyaya getmiş, orada dil öyrənmiş və yeddi il İtaliyada yaşadıqdan sonra lokal məktəbə getmişdir.
Seyya Stoyka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.