Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pavel Nedved
Pavil Nedved (30 avqust 1972[…], Xeb) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir. O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb. Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb. İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb. O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər. Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir. 30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb.