Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nanase Kiryu
Nanase Kiryu (d. 31 oktyabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib, 3 qol vurub.
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı == Həyatı == Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. == Karyerası == === Klub karyerası === O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. === Milli karyerası === 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Cenate Sopra
Cenate Sopra (it. Cenate Sopra) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7,5 mil) şərqdə yerləşir. Əhalisi 2348 nəfərdir (2005-ci ilə görə), əhalinin sıxlığı 347 nəfər/km²-dir. Sahəsi 6 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Kommunanın himayədarı San Leone Manyodur. Bayram hər il noyabrın 10-da qeyd olunur.
Cenate Sotto
Cenate Sotto (it. Cenate Sotto) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7 mil) şərqdə yerləşir. Əhalisi 2665 nəfər, əhalinin sıxlığı 666 nəfər/km²-dir. Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Cenate Sotto kommunası aşağıdakı hissələrdən (bölmələr, kəndlər və obalar) ibarətdir: Cascina Serbello, Tesolta, Quadra, Veneziane və Brugaletti.