Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Norilsk
Norilsk (rus. Норильск) — Rusiya Federasiyasının Krasnoyarsk diyarında şəhər. == Ümumi məlumat == Norilskin iqlimi cənub bölgələrinin iqlimindən çox fərqlidir. İlin yarısı gecə, yarısı da gündüz olur. Şəhər qarın qara yağdığı, orta yaşın on yaş daha kiçik olduğu Rusiyanın ən çirkli bölgələrindən biridir. Uşaqlar nəfəs almaqda problem yaşayır, mis mədənləri yanında yaşayan məktəb çağı uşaqlarda qulaq, burun və boğaz xəstəlikləri digər bölgələrə görə daha yüksəkdir. Mədənçilik 1930-cu illərdə başlayıb. Şəhərdə bu gün ildə təxminən 500 ton mis və nikel oksid, 2 milyon ton kükürd dioksid havaya buraxılır. Həkimlər gələcək illərdə Norilskdə insanların səhhətində şiş, vərəm kimi xəstəliklərin ortaya çıxacağını deyir. Orta yaş müddəti isə 50 ildir.
Norilsk çayı
Norilsk çayı (Norilka, yuxarı axarlarda Talaya) — çay Rusiyanın Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu ərazisi ilə şimala axır. Kara dənizi akvatoriyasına aiddir. Uzunluğu 57 km təşkil edir. Norilsk şəhərindən 7 km şimal-şərqdə Valek qəsəbəsi yerləşir. Çay başlanğıcını Melkoye gölündən götürür. Əsas qolları — Rıbnaya, Valek. Yay ərzində Norilka çayı gəmiçilik üçün yararlı olur. Xüsusu ilə göl turizm turları üzərində yerləşir. Kiçik qayıqlar Norilsk çayı ilə yuxarı doğru Melkoye gölünə üzürlər. Oradan isə Lama çayı ilə eyni adlı gölə çıxmaq olur.