Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Utria
Utria (fr. Outriaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01282. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi.
Nuria rerio
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.
Natrix natrix
Adi suilanı (lat. Natrix natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü.
Natrix
Suilanı (lat. Natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinə aid heyvan cinsi.
Nitril
Üzvi kimyada nitril -C≡N funksional qrupu olan hər hansı üzvi birləşmədir. Nitril kauçuk, yanacaq və yağlara davamlı olduğundan avtomobil və digər contalarda da geniş istifadə olunur. Tərkibində birdən çox nitril qrupu olan üzvi birləşmələr siyanokarbonlar kimi tanınır.
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Lutra
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. == Əhali == == Qalereya == == Məşhur nitralılar == Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüsseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr == Qardaşlaşmış şəhərlər == İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer == İstinadlar == == Xarici keçidlər == Internetseite der Stadt Nitra NitraLive!
Turia
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Lutra lutra meridionalis
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Bədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir. == Arealı == Şimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar.
Buthia yarımadası
Buthia yarımadası (ing. Boothia Peninsula, əvvəlki adı Buthia Feliks, Busiya Feliks idi) - Kanada arktikasında yerləşən böyük yarımada Sahəsi 32 300 km². Burada Kanadanın Şimali Amerikanın ən ucqar şimal nöqtəsi sayılan Merçison burnu yerləşir. Şərq tərəfdə Buthia körfəzi yarımadanı Baffin adasından ayırır. Relyefi 500 metrə qədər hündürlüyü olan və sahilyanı düzənliklərlə mühasirəyə alınmış dağlıq yayladan ibarətdir. Yarımada 1829-cu ildə məşhur qütb tədqiqatçısı Con Ross tərəfindən açılmışdı. O,buranı Atlantik okeandan Sakit okeana şimal-Qərb keçidini axtararkən tapmışdı,və ekspedisiyanın sponsoru olan,Londonda yaşayan Feliks Butt adlı pivəçəkənin şərəfinə yarımadanı adlandırmışdı. Buzda keçirdiyi üç qışlıqdan sonra Ross öz «Victory» gəmisini tərk etməli oldu və piyada qayıtdı. Onun qardaşı oğluda, Ceyms Ross sonra təsdiq etdiki Buthia bir yarımadadı və buranın qərb tərəfində şimal maqnit qütbünün yerləşdiyini müəyyən etdi. Roald Amundsen 1904-cü ildə yarımadanın qərb sahilləri boyunca xizək səyahəti etmişdi.
Coluber natrix
Adi suilanı (lat. Natrix natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Natrium nitrit
Natrium nitrit (natrium nitrit)— NaNO2, natrium və nitrat turşusunun duzu Natrium nitrit NaNO2 kimyəvi formulu ilə qeyri-üzvi birləşmədir. Suda çox həll olunan və higroskopik olan ağdan bir qədər tünd sarımtıl kristal tozdur. Sənaye baxımından ən vacib nitrit duzudur.Dərman, boyalar və pestisidlər,kimi müxtəlif üzvi birləşmələrdə istifadə edilir, lakin çox güman ki,ətlərdə və (bəzi ölkələrdə) balıq məhsullarında istifadə olunan qida əlavəsi kimi tanınır. == Əsas xassələri == Təmizlənmiş natrium nitrit ağ və ya bir az sarı kristal tozdur. Suda həll olunur və higroskopiklikdir. Havada yavaş-yavaş natrium nitrat NaNO3 qədər oksidləşir. Güclü çözücüdür. Böyük dozada toksikdir. === Alınması === Natrium nitrit NaNO2 azot turşusunun duzudur və adətən azot oksidlərindən reaksiya ilə alınır: 2 N a O H + N O + N O 2 → 2 N a N O 2 + H 2 O {\displaystyle {\mathsf {2NaOH+NO+NO_{2}\rightarrow 2NaNO_{2}+H_{2}O}}} Natrium nitritinin istehsalının digər yayılmıçş bir üsulu da bir qurğuşun Pb tozunu natrium nitrat NaNO2 ilə qızdırmaq və ardından meydana gələn bərk maddəni suda həll etməkdir. Dağılma nəticəsində suda həll olunmayan qurğuşun (II) oksidi PbO,a çökəcək və natrium nitrit məhlulda qalacaq: N a N O 3 + P b → N a N O 2 + P b O {\displaystyle {\mathsf {NaNO_{3}+Pb\rightarrow NaNO_{2}+PbO}}} === Tətbiq sahələri === ==== Kimyəvi sintez ==== Natrium nitrit, diazoamin birləşmələrini yaratmaq üçün istifadə olunur.
Natrix vulgaris
Adi suilanı (lat. Natrix natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü.
Nitrit turşusu
Nitrit turşusu (HNO2) - zəif birəsaslı turşu. Nitrit turşusu normal şəraitdə bərk halda olur. Nisbi molyar kütləsi 47,0134 а.k.v., molyar kütləsi isə 47.0134 q/mol-dur. Türşü 42.35 °S-də əriyir və maye halda sıxlığı 1.685 q/sm³-dur. Nitrit turşusunun qaynama temperaturu 158 °S-dir. == Kimyəvi xassələri == 2 HNO 2 ⟷ N 2 O 3 + H 2 O ⟷ NO ↑ + NO 2 ↑ + H 2 O {\displaystyle {\ce {2 HNO2 <-> N2O3 + H2O <-> NO ^ + NO2 ^ + H2O}}} 3 HNO 2 ⟷ HNO 3 + 2 NO ↑ + H 2 O {\displaystyle {\ce {3 HNO2 <-> HNO3 + 2 NO ^ + H2O}}} HNO2 zəif turşudur. H 2 SO 4 + 2 NaNO 2 ⟶ Na 2 SO 4 + 2 HNO 2 {\displaystyle {\ce {H2SO4 + 2 NaNO2 -> Na2SO4 + 2 HNO2}}} HNO 2 + H 2 O 2 ⟶ HNO 3 + H 2 O {\displaystyle {\ce {HNO2 + H2O2 -> HNO3 + H2O}}} HNO 2 + Cl 2 + H 2 O ⟶ HNO 3 + 2 HCl {\displaystyle {\ce {HNO2 + Cl2 + H2O -> HNO3 + 2 HCl}}} 7 HNO 2 + 2 KMnO 4 ⟶ 2 Mn ( NO 3 ) 2 + 2 KNO 3 + 3 H 2 O + HNO 3 {\displaystyle {\ce {7 HNO2 + 2 KMnO4 -> 2 Mn(NO3)2 + 2 KNO3 + 3 H2O + HNO3}}} 2 HNO 2 + 2 HI ⟶ 2 NO ↑ + I 2 + 2 H 2 O {\displaystyle {\ce {2 HNO2 + 2 HI -> 2 NO ^ + I2 + 2 H2O}}} == Alınması == Nitrit turşusunu azot- 3- oksidini H2O suda həll etməklə: N 2 O 3 + H 2 O ⟶ 2 HNO 2 {\displaystyle {\ce {N2O3 + H2O -> 2 HNO2}}} Nitrit turşusunu azot- 4- oksidini H2O suda həll etməklə: 2 NO 2 + H 2 O ⟶ HNO 3 + HNO 2 {\displaystyle {\ce {2 NO2 + H2O -> HNO3 + HNO2}}} == Mənbə == Карапетьянц М. Х., Дракин С. И. Общая и неорганическая химия.
Nuriya Kabanillas
Nuriya Kabanillas (9 avqust 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Nuriya Kabanillas İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Nuriya Velasko
Nuriya Velasko (d. 2 mart 1985) — İspaniyanı təmsil edən bədii gimnast. Nuriya Velasko, 2004-cü ildə İspaniyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Nuriya Velasko, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Soniya Abexon, Barbara Qonzalez, Karolina Rodrigez, Marta Linares və İsabel Paqan ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu.
Sinta Nuriya
Sinta Nuriya Vahid (həmçinin Sinta Vahid, 8 mart 1948) keçmiş İndoneziya prezidenti Abdurrahman Vahidin dul qadınıdır. 1999-cu ildən 2001-ci ilədək İndoneziyanın birinci xanımı idi.Sinta 1948-ci ildə Combanq inzibati ərazisində 18 uşağın ən böyük qızı olaraq dünyaya gəldi. 13 yaşındaykən İslam internat məktəbinə daxil olan Sinta orada müəllim olan Vəhidə aşiq olur. Peşəkar xəttat olan atası evlilik təklifini rədd etdi,atası Nəhdlətul Uləmanın lideri olan Vahid xaricə təhsil almaq üçün getdi. Vahidə Bağdaddan təklif edilərkən Sinta Vahidin babasının vəkil olaraq olduğu bir mərasimdə İndoneziyaya onun qayıdışından üç il əvvəl onları evləndirdi..1992-ci ildə Sinta beldən aşağısını şikəst edən qəza keçirdi. O qollarını hərəkət etdirmədən əvvəl bir il fiziki müalicə aldı. İndoneziya Universitetində universitet işçiləri tərəfindən binanin dördüncü mərtəbəsinə qədər qaldırılan Sinta qadın kurslarını bitirdi.Ərinin impiçmentindən sonra Sinta orta İslamın açıq bir müdafiəçisi idi. Ramazan ayında dinlərarası yeməklərin keçirilməsi ənənəsini davam etdirdi. Vali Basuki Tahaca Purnamanın cəsarətini təriflədi və poliqamiyi (çoxarvadlılıq) ədalətsiz hesab etdi. Ekstremistlər tərəfindən təhdid edildikdən sonra, Banser milisləri tədbirlərini qorumaq üçün hərəkətə keçdi.
Stranvaesia nussia
Stranvaesia nussia (lat. Stranvaesia nussia) — gülçiçəyikimilər fəsiləsinin stranvaesia cinsinə aid bitki növü.
Trododonotus natrix
Adi suilanı (lat. Natrix natrix) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü.
Enhydra lutris
Dəniz samuru (lat. Enhydra lutris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin enhydra cinsinə aid heyvan növü. Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir. Dəniz samurları Sakit okeanın Rusiya, Yaponiya, ABŞ və Kanada kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə kütləvi ovlanmaya məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları SSRİ qırmızı kitabına daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə Alyaskanın köklü əhalisi olan aleutlara icazə verilir.
Natrix maura
Gürzəyəbənzər suilanı (lat. Natrix maura) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. == Qısa məlumat == Bu cür adlandırılmasının səbəbi xarici görünüş baxımından adi gürzəyə bənzəməsidir. Bel nahiyəsində olan ziqzaqvari naxış onları gürzələrə bənzədir. Ancaq zərdlər arasında naxışın rəngi və quruluşu xərqli ola bilir. Bu canlılara əsasən Qərbi və Cənubi Aralıq dənizi hövzəsində rastlanılır. Uzunluqları bəzən 1 metrə çatır. Adətən isə uzunluları 55-60 sm arasında dəyişir. Dişilər bədən ölçüləri baxımından erkəklərdən iri olur.
Natrix megalocephala
Kolxida suilanı (lat. Natrix megalocephala) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. == Qısa məlumat == Ümumi uzunluqları 110–130 sm təşkil edə bilir. Bel nahiyəsindəki pulcuqları qara, yan hissələrdə ağ, qarın nahiyəsində isə nisbətən tünd rənglərdə olur. == Yayıldığı ərazilər == Bu növə Rusiya ərazisində Krasnodar vilayətində, Azərbaycan və Gürcüstan kimi ölkələrdə rast gəlinir.
Kama Sutra
Kama Sutra (sanskr. कामसूत्र) — Hind mədəniyyətində cinsi əlaqənin növləri və üsulları haqqında müxtəlif tipli məlumatların verildiyi kitab. Kama Sutra sözü sanskrit dilində olan kama (azərb. zövq‎) və sutra (azərb. kitab‎) sözlərinin birləşməsindən yaranmış, tam tərcüməsi "zövqün kitabı" deməkdir. Kama Sutra anlayışı müxtəlif mənbələrdə müxtəlif şəkildə təqdim olunmuşdur. Bəzi mənbələrdə Kama Sutra Hind yaşayış tərzidir. Digər mənbələrədə isə Kama Sutra cinsi əlaqənin rahat yollarını göstərən məlumatlandırıcı kitab kimi göstərilmişdir. Kama Sutra Hindistan mədəniyyətində mühüm yer tutur və bir çox tarixi yazılarda cinsi təlim kimi göstərilir. Kama Sutra kitabında əsas məqsəd kimi qadın və kişi arasında yaşanan cinsi həzzi mümkün olduğu qədər yaxşılaşdırmaq məqsədi öndə durur.