Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Osiris
Osiris (qıpti. wsjr, q.yun. Ὄσιρις, lat. Osiris) — Qədim Misir mifologiyasına görə axirət dünyasının hökmdarı, dirçəlmə və münbitlik tanrısı. Osiris dirçəliş və yeraltı dünyanın tanrısı olmuşdur. Əski Misir yazıları, eləcə də yunan yazarlarına görə, o, yer tanrısı Geb və göy tanrısı Nutun oğlu, eləcə də İsis tanrıçasının qardaşı və əri, Neftis və Setin qardaşı, Horusun atası olmuşdur. Misir ənənəsinə görə, Osiris yer üzərində ilkin tanrılardan sayca dördüncüsü olmuş, çarlığı atası Atum-Ra'dan, babası Şu'dan, atası Geb'dən almışdır. Misir üzərində çarlığ edərkən o, insanları adam yemək və vəhşi yaşamdan çəkindirmişdir. Osiris insanları arpa və buğda əkməyə, üzümçülüyə, çörək bişirməyə, çaxır düzəltməyə, qızıl və mis filizləri emal etməyə, şəhərlər salmağa, təbabətə öyrəşdirmişdir. Osirisin qardaşı Set qızmar çöllüklərin tanrısı idi və onunla düşmənçilik edirdi.
Ostade
Ostade — Holland rəssamlar ailəsi.
Ostrax
Ostrax (alm. Ostrach‎) — Almaniyanın Baden-Vürtemberq əyalətində bir bələdiyyə. Ostrax bələdiyyəsi Tübingen inzibati dairəsi tərəfindən idarə edilir. Əhalisi 31 dekabr 2010-cu ildə 6714 nəfərdən ibarət idi. Ərazisi 108,93 km²-dir. Rəsmi kodu — 08 4 37 086. Bələdiyyə 9 mahaldan ibarətdir. Ostraxlıların əsas dini Katoliklikdir, bələdiyyədə 7 keşiş məhəlləsi fəaliyyət göstərir. Hərbi tarixdə Ostrax bələdiyyəsi Fransa və Avstriya arasında 21 mart 1799-cu ildə olan döyüşündən sonra yer aldı. Rəsmi sayt.
Petrie
Donald Petri (ing. Donald Petrie; 7 sentyabr 1846 – 1 sentyabr 1925, Oklend) — Yeni Zelandiya botaniki. Donald Petri toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Petrie, D. List of the flowering plants indigenous to Otago (англ.) // Transactions and Proceedings of the Royal Society of New Zealand (англ.)русск. : journal. — 1896. — Vol. 28. — P. 540—591. Petriella Zotov, 1943, nom.
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Osteit
Osteit (qədim yunan dilindən ὀστοῦν - sümük) sümük toxumasının, o cümlədən, insan skeleti sümüklərinin iltihabını xarakterizə edən xəstəlikdir. Osteit olduqca geniş yayılmış bir xəstəlik növüdür. Lakin onun təmiz forması, sümük iltihabı çox nadir hallarda rast gəlinir və demək olar ki, bütün elementləri - periosteum, sümük və sümük iliyi bu prosesdə iştirak edir. Düzgün diaqnoz və müalicə ilə tam sağalma şansı vardır. Osteitin bir neçə növü ayırd edilmişdir. qeyri-spesifik osteit - müxtəlif xəsarətlər, sınıqlar və ya ekstremal halların , o cümlədən düzgün aparılmayan sümük əməliyyatının nəticəsidir. spesifik osteit - müxtəlif bakteriya və viruslar (vərəm, sifilis və s.) tərəfindən sümük zədələnməsinin nəticəsidir. kəskin osteit - sümüklərin məhvi; xroniki osteit - sümük proliferasiyası Eksudatın xarakterinə görə isə aseptik və irinli olaraq ayrılırlar. Osteitin yalnız iki səbəbi vardır. Bunlardan birincisi infeksiya və zədədir.
Ostin
Ostin (Texas)
Strix
Yapalaqca (lat. Strix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Astrid Lindqren
Astrid Lindqren (14 noyabr 1907[…] – 28 yanvar 2002[…], Stokholm, İsveç) — İsveç yazıçısı olmuşdur. O dünyada ən məşhur uşaq kitablarının müəllifi sayılır. Dünyada onun kitabları bir çox dillərə tərcümə edilmiş və milyon nüsxələrlə çap olunmuşdur. Ən çox tanınan əsərləri "Balaca və damda yaşayan Karlson", "Pippi Uzuncorablı"dır.[mənbə göstərin] == Uşaqlığı == Astrid Lindqren Samuel Erriksonun və onun həyat yoldaşı Hanna Erriksonun ikinci uşağı kimi dünyaya gəlir. Onun bir böyük qardaşı, Gunnar, və iki kiçik bacıları, Stina və İnqered, var idi. O öz uşaqlığının çox xoşbəxt keçdiyini yazırdı. 1914-cü ildə Astrid məktəbə gedir. Adətə görə adi insanlar üçün məktəb üç ildən artıq davam etmirdi. Yalnız varlı adamların uşaqlarının təhsilini davam etdirməyə imkanı çatırdı. Bunun üçün 46 Kron ödəmək lazım idi.
Astrid İvask
Astrid İvask (7 avqust 1926, Riqa – 24 mart 2015, Riqa) ― Latviya-ABŞ şairi. == Həyatı == Riqa şəhərində doğulmuş İvaskın ilk adı Astrid Helena Hartmanis idi. Onun atası Martins Hartmanis Latviya silahlı qüvvələrinin generalı idi, anasının adı İrma Mariya Hartmanis idi. Kompüter alimi Yuris Hartmanis onun qardaşı idi. 1940-cı ildə Sovet İttifaqının Latviyanı işğal etməsindən sonra general Hartmanis Sovet İttifaqı tərəfindən həbs edildi. O, 1941-ci ildə edam edildi, lakin ailəsi bu məlumatı ancaq 1991-ci ildə SSRİ-nin süqutundan sonra öyrənə bildi. İvask, anası və qardaşı 1944-cü ildə Latviyadan Almaniyanın yeri dəyişilmiş şəxslər üçün nəzərdə tutulan düşərgələrə yollandılar. İvask Marburq Universitetində dillər üzrə təhsil aldı. O, sonradan yazırdır ki, "Marburqda mənim önümə Avropanın intellektual həyatı açıldı. Universitetdə oxuduğum üç il ərzində bəziləri sağ, bəziləri çoxdan ölmüş yeddi xarici dil ilə işlədim və fin-uqor mədəniyyətinə heyran qaldım".
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Echinodorus osiris
Aquarius uruguayensis (lat. Aquarius uruguayensis) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin aquarius cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Echinodorus martii var. uruguayensis (Arechav.) Hauman Echinodorus uruguayensis Arechav.
Elinor Ostrom
Elinor Ostrom (ing. Elinor Ostrom; 7 avqust 1933[…], Los-Anceles, Kaliforniya – 12 iyun 2012[…], Bluminqton[d], İndiana) — amerikalı siyasətçi, alim və iqtisadçı. "Xüsusilə ictimai malların, iqtisadi baxımdan nəzarət edilməsi və istifadəsinin analizi" mövzusunda apardığı tədqiqatlarına görə 2009-cu ildə Oliver Uilyamson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatını qazanan ilk qadın alimdir. == Həyatı == Elinor Ostrom ABŞ-nin İndiana ştatında yaşamışdır. Həm İndiana Universitetində, həm də Arizona Dövlət Universitetində eyni zamanda dərs demişdir. İndiana Universitetində "seçkin professor" fəxri adı daşımaqdadır. Tempidə yerləşən Arizona Dövlət Universitetində Araşdırma Professoru və Kooperativ Fərqlilik etüd Mərkəzinin qurucu direktoru vəzifəsini icra etmişdir. == Əsərləri == 1990: "Governing the Commons: The Evolution of Institutions for Collective Action". 1993: "Institutional Incentives and Sustainable Development: Infrastructure Policies in Perspective", Lari Şroder və Susan Uayni ilə birlikdə.
Ostrya mandshurica
Ürəkyarpaq vələs (lat. Carpinus cordata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Azərbaycanda pip adi ilə məşhurdur. Carpinus erosa Blume Ostrya mandshurica Budischtschew ex Trautv.
Spartium osyris
Genista ramosissima (lat. Genista ramosissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Genista cinerea subsp. ramosissima (Desf.) Maire ex Quézel & Santa Spartium ramosissimum Desf. Genistella polymorpha Pourr. ex Colmeiro Genistella ramosissima Pourr. ex Colmeiro Spartium osyris Pourr. ex Willk.
Belçikalı Astrid
Belçikalı Astrid Jozefina-Şarlotta Fabrizya Yelizaveta Paola Mariya (fr. Astrid Joséphine-Charlotte Fabrizia Elisabeth Paola Marie de Belgique; 5 iyun 1962, Brüssel) — Belçika kralı II Albertin qızı, Belçika şahzadəsi. 22 sentyabr 1984-cü ildə Avstriya-Este ailəsindən hersoq Lorenzo ilə evləndi və cütlüyün 5 övladı dünyaya gəldi. Şahzadə Amadey Mari İosif (21 fevral 1986) Şahzadə Mariya Laura Zita (26 avqust 1988) Şahzadə Joakim Karl-Mari (9 dekabr 1991) Şahzadə Luiza Maiya Anna (11 oktyabr 1995) Şahzadə Laetiya Mariya Nora (23 aprel 2003) == Mənbə == Guenther, Rocío (7 December 2016). "City Welcomes Princess Astrid of Belgium to San Antonio". San Antonio Report. Liban, Délégation de l'Union Européenne au (3 October 2019). "Envoyé spécial en visite au Liban pour l'encourager à prendre des mesures concrètes pour adhérer au traité historique de désarmement humanitaire". Libnanews, Le Média Citoyen du Liban (in French) Genealogisches Handbuch des Adels, Furstlicher Hauser Bande XVI, C.A. Starke Verlag, Haus Osterreich, Limburg, 2001, pp.
Meril Strip
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası. Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Strip-ə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Ostin (Texas)
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Ostin Tran
Ostin Çemberlen
Ostin Çemberlen (ing. Joseph Austen Chamberlain; 16 oktyabr 1863[…], Birminhem, Vorvikşir qraflığı – 16 mart 1937, London) — Böyük Britaniya dövlət xadimi. Mühafizəkar C. Çemberlenin oğlu. 1892-ci ildən parlament üzvü idi. 1924–29-cu illərdə xarici işlər naziri olmuşdur. Böyük Britaniyanın Avropada rəhbər mövqe tutmasına səy göstərmiş, SSRİ və Fransaya qarşı mübarizə məqsədilə Almaniyanın yenidən militaristləşdirilməsinə tərəfdar çıxmışdır. Çemberlen SSRİ ilə diplomatik əlaqələri kəsməyin (1927, may) və ona qarşı yeni hərbi müdaxilə cəhdlərinin təşəbbüsçülərindən biri olmuşdur. Ömrünün son illərində Almaniyanın təcavüzkarlıq niyyətlərinin təhlükəli olduğunu göstərmişdir.