Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ofisiant (film)
Ofisiant (ing. Waitress) — 2007-ci il ABŞ istehsalı komediya-dram filmi. Rejissoru və ssenari müəllifi Edriyen Şellidir. Baş rolda Keri Rassell çəkilib. Film ərinin zorakılığından bezmiş, qətiyyən layiq olmadığı bir həyat yaşayan və hazırda hamilə olan ofisiant qadın Cennanın hekayəsindən bəhs edir. Onun ən böyük arzusu qazandığı pulla ondan qurtulmaqdır. Filmin premyerası 2007-ci ildə Sandens Film Festivalında baş tutdu, daha sonra film həmin ilin 2 may tarixində Fox Searchlight Pictures tərəfindən ABŞ-də məhdud sayda kinoteatrlarda nümayiş olundu.
Olisana Barinova
Olisana Barinova (d. 6 aprel 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Olisana Barinova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Olisana Barinova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Osisanq Şilton
Osisanq Şilton (23 fevral 1996) — Palaulu üzgüçü. Osisanq Şilton Palaunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Osisanq Şilton birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:46.60 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Filant (Antioxun oğlu)
Filant (q.yun. Φύλας) — yunan mifologiyasında personaj. O, Antioxun oğlu idi. Filant Korinfin padşahı olmuşdur. O, Lipefil ilə evlənmiş, onların Hippot və Tero adlı iki oğlu olmuşdur.
Ojisan and Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. == Məzmun == Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Ojisan to Marshmallow

Etual Filant Lome FK
| başlıq = Etual Filant | emblem = | klubun tam adı = | rəngləri = | ləqəbi = | yaranma tarixi = 1932 | stadionu = Oskar Antoni stadionu | tutumu = 10.000 Etual Filant — Toqonun ən titullu futbol klubu. == Tarixi == 1932-ci ildə yaranmışdır. Etual Filant 1960-cı ilədək 12 dəfə ölkə çempion olsa da, bu titullar FİFA tərəfindən tanınmamışdır. Bundan sonra komanda daha yeddi dəfə Toqo çempionatının qalibi olub. Klubun sonuncu çempionluğunu 1992-ci ildə bayram etmişdir. === Yol qəzası === 2011-ci ilin noyabrında klubun 8 futbolçusu yol qəzasında həlak olmuşdur. Ölənlərin hamısı Toqo millisinin üzvü idi. Daha 28 nəfəri isə ciddi xəsarət almışdır. Hadisə Etual Filantın Semassi ilə oyuna getdiyi zaman Akapama şəhəri yaxınlığında baş vermişdir. "Etual Filant" komandasının avtobusu dərəyə aşıb.