üzdən
üzə-üzə
OBASTAN VİKİ
Üzdəniraq ada
"Üzdəniraq ada" — yazıçı Rövşən Yerfinin geniş oxucu kütləsinin rəğbətini qazanmış bu əsəri Azərbaycanın müstəqillik illərinin başlanğıc dövründə cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən və xidmət əməkdaşı tərəfindən yazılan ilk romandır. Əsərdə cəzaçəkmə müəssisələrində yaşanan hadisələr realistcəsinə təsvir edilir. Azərbaycanın roman ədəbiyyatında detektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur. Hadisələr cəzaçəkmə müəssisələrindən birində baş verir. Əsərdə iki baş qəhrəman var: cəza evinə işləməyə göndərilən gənc leytenant Şəfi və sevgisinə görə "cəzalandırılan" məhkum Əziz. Roman rəis Əliməmməd, rəis müavinləri Rasim, Bəhram, dəstə rəisi Cəbrayıl, məhkum İltifat, Topuş, Çandriko kimi maraqlı surətlər və onlarla məhkumun cinayət tarixçələri ilə zəngindir. Roman dörd dəfə: 2004, 2009, 2012, 2022-ci illərdə (sonuncusu “Məhbəs” kitabında) çap olunub. Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. "Üzdəniraq ada" kitabı təqdim olundu Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir" (Müsahibə) Rövşən Yerfi. Üzdəniraq ada (əsərdən parçalar) Rövşən Yerfinin "Üzdəniraq ada" kitabının təqdimat mərasimi (Video) Rövşən Yerfinin "Üzdəniraq ada" - ilk kitabının təqdimatı.

Digər lüğətlərdə