Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suqala
Suqala — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 12 iyul, 1949-cu ilədək rəsmən Mahmudlu adlanırdı, həmin tarixdən etibarən adı dəyişdirilərək rəsmi olaraq Kariani adlanır.
Yuqado
Taya mağaraları (田谷の洞窟, Taya no dokutsu) və ya Yuqa qrotu (瑜伽洞, Yuqado) – Yaponiyanın Yokohama şəhərində yerləşən süni mağaralar şəbəkəsi. Cosen məbədinin tərkibinə daxildir. == Tarixi == Qədim dəfnetmə mağarasının ərazisində yerləşdiyi güman olunan Taya mağaralarının tarixi məbədin qurulduğu 1532-ci ildən əvvələ aiddir. Bu tunellər Kamakura dövründə (1185–1333) qazılmış və Mantra sektasına mənsub olan buddistlər tərəfindən asketik təlim yeri kimi istifadə olunmuşdur. Onlar burada meditasiya ilə məşğul olarkən divarlara müxtəlif buddist qabartma naxışları həkk etmişdirlər. Mağaraların tağlarında və qum daşı divarlarından ibarət dar keçidlərində buddist ilahları və mifoloji varlıqları, eləcə də, sanskritcə işarələrin təsvirləri yerləşir.Edo dövründə baş vermiş zəlzələ nəticəsində mağaraların tağlı tavanının bir hissəsi çökmüşdür və mağaralar uzun müddət tərk edilmiş vəziyyətdə qalmışdır. 1830-cu ildə yerli kəndlilərin çəltik zəmilərini suvarmaq üçün mağarada yerləşən bulağın suyunu çəkməyə başlamışdırlar. Bu, buddist keşişlərinin mağaralara qayıtmasına və təlimlərinə davam etmələrinə səbəb olmuşdur.1927-ci ildə mağaralar ictimaiyyətə açılmışdır. Buna baxmayaraq, keşişlər burada təlim keçməyə davam edirlər. == Xüsusiyyətlər == Mağaranın Otonaşiqava (hərf. "səssiz çay") adı ilə tanınan bulağı mürəkkəb tunel sistemi boyunca axır və bəzi divarlardan aşağı tökülür.
Dieqo Luqano
Dieqo Luqano (d. 2.11.1980, Kanelones, Uruqvay) — uruvaylı futbolçu. İngiltərənin Vest Bromviç Albiyon və Uruqvay milli futbol komandasının müdafiəçisidir. == Həyatı == Futbolçu 1980-ci ilin 2 noyabrında anadan olub. == Karyerası == Dieqo da əksər cənubi amerikalılar kimi "köhnə qitə" klublarının diqqətinə San Paulodakı oyunuyla düşüb. 2006-cı ildə Fənərbaxçanın heyətinə cəlb olunub. Etibarlı müdafiə və hücumlara aktiv dəstəyiylə seçilən stoper 2011-ci ilə qədər Türkiyədə qaldı. Fənərbaxçanın qitəmiqyaslı yarışlardan kənar qalması Luqanonun Pari Sen-Jermen ilə anlaşmasına səbəb oldu. Ançelotti Dieoqoya etimad göstərmədi və futbolçu 2013-cü ilin yanvarında Malaqaya, avqustunda isə Vest Bromviçə keçdi. Uruqvay millisinin heyətində 87 matç keçirib.
Puqaçov üsyanı
Puqaçyov Kəndli Üsyanı - 1773-1775 ci illərdə Yemelyan Puqaçovun başçılığı ilə baş vermiş kəndli üsyanı. == Tərkibi == Y.İ. Puqaçyovun başçılığı ilə kəndli müharibəsi - Rusiyada feodal, təhkimçilik zülmü əleyhinə baş vermiş kəndli üsyanıdır. Orenburqu, Ural və onun ətrafını, Qərbi Sibiri, Orta və Aşağı Volqaboyunu əhatə etmişdir. Hərəkata yüz minədək üşyançı - rus kəndliləri, yoxsul kazaklar, həmçinin qeyri-rus xalqlar (başqırdlar, tatarlar, kalmıklar, qazaxlar və s.) qoşulmuşdur. == Rəhbəri == 1773 cü ilin sentyabrında Yaik kazaklarının çıxışı ilə başlanan üsyanın rəhbəri Y.İ. Puqaçyov olmuşdur. O, Sentyabrda elan etdiyi manifestdə Yaik qoşununda xidmət edən kazaklara, tatarlara və kalmıklara azadlıq və imtiyazlar verildiyini bildirmişdi. Oktyabrın 5-də Puqaçyov 2500 qoşun və 20 topla Orenburqu mühasirəyə aldı. Dekabrda Puqaçyovun dəstəsində 25 minədək adam var idi. == Yayılma arealı == Üsyan Cənubi Urala, Həştərxan və Kazan quberniyalarının bir hissəsinə, Qərbi Sibir və Qərbi Qazaxıstana yayıldı. Üsyana rəhbərlik üçün hərbi kollegiya yaradılmışdır.
Yemelyan Puqaçov
Yemelyan İvanoviç Puqaçov (rus. Емелья́н Ива́нович Пугачёв (d. 1732, Volqoqrad — ö. 10 yanvar, 1775, Moskva) — 1773–1775-ci illərdə Rusiyada kəndli üsyanının rəhbəri == Həyatı == XVIII əsrin ikinci yarısında Rusiyanın dövlət idarəçiliyində bir hərc-mərclik hiss edilirdi. Çar taxtında əyləşdirilmiş III Pyotr prussiyapərəst siyasət yeridirdi. Bunun da nəticəsində saray əyanları arasında və qvardiyada müxalifət yarandı. III Pyotrun arvadı Yekaterinanın (yoxsullaşmış alman knyazı nəslindən olan Yekaterinanın qızlıq adı və soyadı Sofiya Avqusta Frederika olmuşdur) rəhbərliyi ilə saray çevrilişi oldu və çar qətlə yetirildi. Saray çevrilişinin təşkilatçısı II Yekaterina adı ilə hakimiyyət kürsüsünə yiyələndi və ərinin həyata keçirmək istədiyi bir sıra islahatları ləğv etdi. Belə qarışıq bir zamanda Don kazakları Yemelyan Puqaçovun başçılğı ilə üsyan etdilər. Təhkimli kəndlilər də, əsarət altında inləyən başqırdlar, tatarlar, qazaxlar da üsyançılara qoşuldular.
Yuci Suqano
Yuci Suqano (d. 14 aprel 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Yuri Puqaçov
Yuri Nikolayeviç Puqaçov (rus. Пугачёв Юрий Николаевич; 26 aprel 1926 – 2007, Moskva) — Sovet partiya xadimi, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947). == Həyatı == 1975-ci ildən Qırğızıstan KP MK ikinci katibi. 1977-ci ilin aprel ayından — 1983-çi ilin iyuluna qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, Azərbaycan KP MK byurosunun üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyalarının MK-nın ikinci katiblərii böyük səlahiyyətlərə malik idilər. Onlar Sovet İttifaqı Kommunist Partiyası MK-nın nomenklaturası olaraq birbaşa Kremlə tabe idilər və respublika haqqında Moskvanı məlumatlandırıb, oradan göstərişlər alırdılar. Bundan əlavə onlar respublikalarda bütün İnzibati orqanların fəaliyyətini idarə edirdilər.
Qalo
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Alina Puqaç
Alina Puqaç (11 yanvar 1993-cü ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Bualo - Narsejak
Bualo — Narsejak (fr. Boileau-Narcejac) — Fransız əsilli iki yazıçıdan (Pyer Bualo (1906–1989) və Toma Narsejak (1908–1998)) ibarət ədəbi tandem. Pyer Bualo və Toma Narsejak ədəbi dueti dünyada bu tip birliyin tək nümunəsi deyil. Lakin Qrimm qardaşları, Qonkur qardaşları, Elleri Kvin tandemi kimi digər duetlərdən fərqli olaraq Pyer Bualo ilə Toma Narsejakı heç bir qohumluq əlaqəsi birləşdirmirdi. Müstəqil yazıçılar kimi məşhurlaşdıqdan sonra birgə fəaliyyətə başlamaqları da onları digərlərindən fərqləndirən amildir. Bualo Narsejak tandemi iki müstəqil yazıçı kimi fəaliyyət göstərən Bualo və Narsejakdan tamamilə fərqli üslubda və tərzdə əsərlər yaradıb. Bualo-Narsejak birliyi detektiv üslubunda psixoloji roman janrının banisi hesab ediir. == Pyer Bualo == Pyer-Lui Bualo (fr. Pierre Louis Boileau) 28 aprel 1906-cı ildə Parisdə dünyaya gəlmişdir. Bualo-Narsejak tandemindən ilk yazmağa başlayan və məşhurlaşan məhz Bualo idi.Bualo Hələ uşaq ikən Nik Karterin Moris Leblan haqqında yazdığı macəra romanlarını maraqla oxuyar və təhlil edərdi.
Erkül Puaro
Erkül Puaro (fr. Hercule Poirot) — ingilis yazıçısı Aqata Kristi tərəfindən yaradılmış ədəbi personaj, belçikalı detektiv, 1920–1975-ci illərdə yazılmış 33 roman, 51 hekayə və 1 pyesin, onlar əsasında çəkilmiş film, teleserial, teatr və radiotamaşaların baş qəhrəmanı. Erkül Puaro detektiv ədəbiyyatının sevilən personajlarından biridir. O, "Üç pərdəli faciə" əsərində öldürülmüşdür, lakin oxucular onu çox sevdiyi üçün bu əsər çox satılmır.
Herkul Puaro
Erkül Puaro (fr. Hercule Poirot) — ingilis yazıçısı Aqata Kristi tərəfindən yaradılmış ədəbi personaj, belçikalı detektiv, 1920–1975-ci illərdə yazılmış 33 roman, 51 hekayə və 1 pyesin, onlar əsasında çəkilmiş film, teleserial, teatr və radiotamaşaların baş qəhrəmanı. Erkül Puaro detektiv ədəbiyyatının sevilən personajlarından biridir. O, "Üç pərdəli faciə" əsərində öldürülmüşdür, lakin oxucular onu çox sevdiyi üçün bu əsər çox satılmır.
Nikola Bualo
Nikola Bualo (fr. Nicolas Boileau-Despréaux; 1 noyabr 1636, Paris — 13 mart 1711, orda) — fransız şairi, tənqidçisi, nəzəriyyəçisi. == Həyatı == Fransız klassisizminin Lafontendən sonra ikinci böyük şairi Bualo olmuşdur. O da Lafonten kimi qeyri-dramatik janrlarda yazdığı əsərlərlə məşhurlaşmışdır. Əgər Lafonten təmsil və mənzum nağıl janrında məşhur-laşmışdısa, Bualo müraciətləri və satiraları ilə tanınmışdır. Onun şeirləri quruluğu, ayıqlığı və satirik təmayülü ilə seçilir. Bualo dünya ədəbiyyatında daha çox fransız klassisizminin qanunvericisi, tanınmış rəhbəri və nəzəriyyəçisi kimi şöhrət qazanmışdır. Puşkin haqlı olaraq onu "fransız şairlərinin sərt hakimi" adlandırmışdır. Doğrudan da, Bualo Fransada ədəbiyyat tarixinin ən şanlı dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur. Nikola Bualo-Depreo 1 noyabr 1636-cı ildə Parisdə burjua ailəsində doğulmuşdur.
Yuval Puqaç
Yuval Puqaç (15 noyabr 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Bualo-Narsejak
Bualo — Narsejak (fr. Boileau-Narcejac) — Fransız əsilli iki yazıçıdan (Pyer Bualo (1906–1989) və Toma Narsejak (1908–1998)) ibarət ədəbi tandem. Pyer Bualo və Toma Narsejak ədəbi dueti dünyada bu tip birliyin tək nümunəsi deyil. Lakin Qrimm qardaşları, Qonkur qardaşları, Elleri Kvin tandemi kimi digər duetlərdən fərqli olaraq Pyer Bualo ilə Toma Narsejakı heç bir qohumluq əlaqəsi birləşdirmirdi. Müstəqil yazıçılar kimi məşhurlaşdıqdan sonra birgə fəaliyyətə başlamaqları da onları digərlərindən fərqləndirən amildir. Bualo Narsejak tandemi iki müstəqil yazıçı kimi fəaliyyət göstərən Bualo və Narsejakdan tamamilə fərqli üslubda və tərzdə əsərlər yaradıb. Bualo-Narsejak birliyi detektiv üslubunda psixoloji roman janrının banisi hesab ediir. == Pyer Bualo == Pyer-Lui Bualo (fr. Pierre Louis Boileau) 28 aprel 1906-cı ildə Parisdə dünyaya gəlmişdir. Bualo-Narsejak tandemindən ilk yazmağa başlayan və məşhurlaşan məhz Bualo idi.Bualo Hələ uşaq ikən Nik Karterin Moris Leblan haqqında yazdığı macəra romanlarını maraqla oxuyar və təhlil edərdi.
Boris Puqo
Boris Karloviç Puqo (latış. Boriss Pugo‎, rus. Борис Карлович Пуго; 19 fevral 1937, Tver – 22 avqust 1991, Moskva) — SSRİ partiya və dövlət xadimi, Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1984–1988), Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin/Sov.İKP Mərkəzi Nəzarət Komissiyasının sədri (1988–1991), SSRİ Daxili İşlər naziri (1990-cı ildən ömrünün sonuna qədər). Boris Puqo 18 avqust 1991-ci ildən avqustun 21-dək Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin üzvü olmuşdur. == Həyatı == Boris Karloviç Puqo Kalinin (indiki Tver) şəhərində partiya işçisi ailəsində anadan olmuşdur. O, milliyyətcə latışdır. Puqo rus dilində latış dilindən daha yaxşı danışırdı. Onun ailəsi 1918-ci ildə Latviya müstəqil ölkə elan edildikdən və ardınca baş tutan müharibədə kommunist tərəfi məğlub olduqdan sonra Latviyanı tərk etmiş latış kommunistlər idi.Atası Karl Yanoviç Puqo Oktyabr inqilabının və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. O, qırmızı "latış atıcısı" və yeraltı döyüşçü olmuş, 1930-cu illərdə Moskvada NKVD-də işləmiş 1940-cı illərin sonunda Latviya Kommunist Partiyası Riqa Şəhər Komitəsinin birinci katib seçilmişdir.Puqo 1960-cı ildə Riqa Politexnik İnstitutunu bitirmişdir. O, 1963-cü ildən Sov.İKP üzvüdür.
Pulo-Kondor adası
Pulo-Kondor adası (vyet. Côn Sơn) — Vyetnamın cənubunda yerləşən, Kondao aripelaqının ən böyük adası. Adanın sahəsi 51,52 km²-dir. Əhalisi 6000 nəfərdir (2010). == Coğrafiyası == Konşon adası Xoşimindən 233,5 km cənubda, Hanoydan isə 1372,5 km cənubdadır. Vulkanık mənşəlli ada, bütünlüklə dağlıqdır. Ən hündür zirvəsi Müqəddəs Xaç dağıdır (610 m). Dağ ətəkləri boyunca tropik meşələr yayılmışdır. Burada əsasən çoxlu sayda quş və sürünən növləri yaşayır. Adada endemik kərtənkələ növləri vardır ki, onların qorunması məqsədi ilə 1984-cü ildə adada mili park salınmışdır.
Palo-Alto (film, 2013)
Palo-Alto (ing. Palo Alto) — Cia Koppolanın rejissorluğu ilə 2014-cü ildə çəkilmiş dram filmi. Ceyms Frankonun 2010-cu ildə yazdığı eyniadlı hekayə əsasında çəkilmişdir. Filmdə Emma Roberts, Cek Kilmer, Ceyms Franko, Net Vulff və Zoi Levin rol alıb. Film Kaliforniyada yaşayan üç gəncin həyatından bəhs edir. == Rollarda == Emma Roberts — April Ceyms Franko — Mr.