Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prospekt
Prospekt – 1)şəhərdə böyük enli küçə; 2)nəşr olunmağa hazırlanan, gələcək elmi əsərin, dərs vəsaitinin, jurnalın və s. ətraflı, müfəssəl planı, məzmunu; 3)nəfis tərtibatlı broşur formasında çap reklamı və kommersiya təbliğatı vasitəsi. Bir qayda olaraq, prospekt yüksək poliqrafik səviyyədə hazırlanır və reklam verən, onun əməkdaşları və buraxılan məhsullar haqqında məlumatları özündə əks etdirir. Təbliğat prospektləri də mövcuddur; 4)nəyi isə reklam edən gözəl nəşr. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Aspekt
Aspekt – görünüş, baxış. Əşya, hadisə və anlayışlara münasibət, nöqteyi-nəzər. Hadisənin perspektivi. Nəzəri baxış, nəzəri nöqtə. Tədqiq olunan predmet, hadisə və ya anlayışın müəyyən baxımdan nəzərdən keçirilməsi, təhlili. Predmetin, hadisənin bir cəhəti, onun başqa predmet və hadisələrlə münasibətinin, yaxud əlaqəsinin bir forması. Bu və ya digər obyektə müəyyən elm nöqteyi-nəzərindən yanaşma. Məsələn, fəlsəfi aspekt, iqtisadi aspekt və s.
Resept
== Dərmanşünaslıq == Dərmanşünaslıq dərmanlardan bəhs edən elmdir.O əczaçılıq və farmakologiya kimi iki böyük elm sahəsini özündə birləşdirir. == Reseptura == Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur. Dərmanşünaslığın dərman maddələrinə reseptlərin yazılması və dərmanların hazırlanılması qaydalarından bəhs edən sahəsi reseptura adlanır. == Dərmanşünaslığın tarixi == Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000–3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş.
Aspekt (coğrafiya)
Aspekt (yun. Aspectus- görünüş) - vegetasiya dövrü ərzində bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişilir. Bu, çəmənlərdə, bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. Aspekt müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir.Aspekt adətən, bitkilərdə üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə edilir. Məsələn, cilin quru yarpaqlarının qonur aspekti, xoruzgülünün qızılı-sarı aspekti və s. == Aspektləşdirmə == Aspektləşdirmə ilin mövsüm tskillərinin (erkən yaz, yaz, yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir edilməsidir.
Altıncı prospekt (Manhetten)
Altıncı prospekt (ing. Sixth Avenue; rəsmi adı Avenü Amerik (ing. Avenue of the Americas) olmasına baxmayaraq Nyu-Yorklular bu adı çox da işlətmirlər) — Nyu-York şəhəri Manhetten borosunun əhəmiyyətli yolu, burada nəqliyyat şimala və ya kənar bölgələrə hərəkət edir. Altıncı prospekt Kanal Strit küçəsindən 4 kvartal aşağıda başlayır, şimala doğru gedərək Mərkəzi Parkda bitir. Küçə Soho və Qrinviç Villic rayonların yolunu kəsərək, təxminən Çelsini Fletayron və NoMaddən ayırır, Dərzi dairəsini keçir və Midtaundan keçərək Teatr kvartalının uc hissəsində dövrə vurur. Altıncı prospektin Mərkəzi Parkın şimalından keçən hissəsi 1887-ci ildə Lenoks prospekti adlandırıldı.
Beşinci Prospekt hoteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər.Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi.Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Beşinci Prospekt oteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər.Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi.Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Yeddinci prospekt (Manhetten)
Yeddinci prospekt (ing. Seventh Avenue) — Manhetten borosunun Vest Sayd rayonunda yerləşən küçə. Yeddinci prospekt Varik və Klarkson küçələrinin kəsişməsindəki Qrinviç Villicdə başlayır, Mərkəzi Parkın cənub sərhədi olan 59-cu küçə ilə məhdudlaşır və şimaldan parkın sərhədi olan 110-cu küçə boyunca davam edir və Harlem çayı üzərindəki Makomba dambasında bitir. Mərkəzi Parkın cənubundan küçədəki yol hərəkəti bir tərəflidir və şimaldan cənuba yönəlib, parkın şimalından isə ikitərəflidir. Yeddinci prospekt və Brodveyin kəsişməsində Tayms-skver yerləşir. Prospektin şimal hissəsinə Adam Kleyton Pauell kiçiyin Bulvarı (ing. Adam Clayton Powell Jr. Boulevard) adı verilib. == Tarixi == Yeddinci prospekt 1811 Manhettenin baş planına uyğun olaraq inşa edilmişdir. Əvvəlcə küçənin cənub sərhədi 11-cü küçə sayılırdı.
Üçüncü prospekt (Manhetten)
Üçüncü prospekt (ing. Third Avenue) — Manhetten borosunun İst Sayd rayonunda və Cənubi Bronksda yerləşən küçə. Üçüncü prospekt Aşağı Manhettendaki Kuper Skverdən başlayır, eyniadlı körpüyə qədər davam edir, Cənubi Bronksu keçir və Fordem Roud magistral yolu ilə kəsişmədə bitir. Üçüncü prospekt, Cənubi Bronksun sosial-mədəni nüvəsi olan "Hab"ı təşkil edən dörd küçədənbiridir. 1960-cı ilin iyul ayından Kuper Skverdən 24-cü küçəyə qədər Üçüncü prospekt ikitərəfli yoldan ibarətdir. Sonra Üçüncü prospekt körpüsünə qədər küçədəki yol hərəkətı birtərəfli olur və cənubdan şimala yönəlir. Körpüdə hərəkət də birtərəflidir, ancaq şimaldan cənuba yönəlir. Bronksda prospekt bütövlüklə ikitərəflidir. 19-cu əsrdə Üçüncü prospekt boyunca estakada dəmir yolu tikildi. O, 1878–1955-ci illərdə Manhettendə və 1973-cü ilə qədər Bronksda fəaliyyət göstərmişdir.
On Birinci prospekt (Manhetten)
On Birinci prospekt (ing. Eleventh Avenue) — Nyu-York şəhərinin Manhetten borosunun ən qərb hissəsində, Hudzon çayı yaxınlığında yerləşən şimal-cənub avtomobil yolu. On birinci prospekt, Qansevoort küçəsi, Qrinviç Vilic və Vest Villic məhəllələri ilə qonşuluqda yerləşən Mitpekinq rayonunda başlayır; On Birinci prospekt, Onuncu prospekt və Vest küçəsinin kəsişdiyi yerdə. 22-ci küçə ilə Qansevoort küçəsi arasındakı Vestsayd şossesinin bir hissəsi hesab olunur. 59-cu və 107-ci küçələr arasında prospekt Vest End prospekti kimi tanınır. Vest End prospekti və On birinci prospekt eyni yolun bir hissəsi hesab olunurlar. == İctimai nəqliyyat == On birinci prospekt, 2015-ci ilin sentyabr ayından bəri 34-cü küçənin altındaki stansiyada tikilən və 7-ci metro genişləndirilməsinin hissəsi olaraq qurulan Nyu-York metropoliteninin 7 və <7> qatarları tərəfindən xidmət göstərilir.M12 marşrutu 2014-cü ilin sentyabr ayından bu prospektdə işləyir; avtobus marşrutu planları 2014-cü ilin əvvəlində tərtib edilmişdir.
Press F to pay respects
"Press F to pay respects" (azərb. Hörmət göstərmək üçün F düyməsini basın‎) — Oyunun 2014-cü ilin noyabrında buraxılmasından sonra, oyundaxili dəfn mərasimi anında yersiz görünən məcburi interaktiv elementinə görə bir çox tənqidçi və video oyun oyunçusu tərəfindən lağ edildi. O vaxtdan internet şərhçiləri tərəfindən xoşagəlməz hadisələrlə bağlı rəğbət və ya etiraf etmək üçün "F" düyməsindən istifadə olunur. == Haqqında == Call of Duty: Advanced Warfare kompüter oyununda interaktiv səhnə (QTE) zamanı ekranda "Hörmət əlaməti olaraq basın" F işarəsi görünür. Hadisələr dəfn mərasimidə hekayə formatında keçir. Sıravi personajlardan biri olan Cek Mitçel Cənubi Koreyada döyüşlər zamanı həlak olan ən yaxın dostunun, eyni zamanda hərbçinin dəfn mərasimində iştirak edir. Dəfn mərasimində iştirak edən digər əsgərlər növbə ilə bağlı tabuta yaxınlaşır və əlləri ilə qapağa toxunaraq mərhumun xatirəsini ehtiramla yad edirlər. Dəfn səhnəsinin müəyyən bir nöqtəsində, interaktiv alət oyunçuya xatırlatma edir. Klaviaturadakı F düyməsini basarsanız interaktiv obyektlərlə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş qəhrəman da tabuta yaxınlaşacaq və əlini qapağın üstündə tutacaq. Oyunçu xatırlatmanı görməməzliyə gələ bilər, bu zaman xarakter sadəcə olaraq eyni yerdə qalacaq və tabuta yaxınlaşmayacaq; bir dəfədən artıq "xatirə" edə bilmərsiniz.
Doqquzuncu prospekt xətti, Ay Ar Ti
Doqquzuncu prospekt xətti, Ay Ar Ti (ing. IRT Ninth Avenue Line) — Manhetten və Bronks borolarında Ay Ar Ti şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş estakada xətti. 1870-ci illərdə inşa edilmiş, 1940-cı ildə demək olar ki tamamilə bağlanmışdır, nəhayət 1958-ci ildə tam bağlandı. Betteri Parkdan Kortland küçəsinə qədər olan ilk sahə 1868-ci ildə kanat tramvayı prinsipilə işləyən eksperimental birxətli xətt kimi istifadəyə verildi. Çoxsaylı texniki problemlər üzündən xətt 1870-ci ildə dayandırıldı və sonra yenidən satılaraq buxar dəmir yolu kimi yenidən quruldu. 1903-cü ildə xətt elektrikləşdirildi; elə həmin ildə mövcud sahədə elektrik liftləri olan xəttin ən yüksək (küçə səviyyəsindən 20 m yüksəklikdə idi) "110-cu küçə" stansiyası quruldu. 1917-ci ildə xətt üzərində ekspress qatarlar üçün üçüncü bir yol inşa edildi. Xətt 1940-cı ildə, şəhər rəhbərliyi metronun bütün hissələri birləşdirildikdən dərhal sonra bağlandı. 1958-ci ilə qədər işləyən son stansiya Polo Qraunds ("115-ci küçə" stansiyası yaxınlığında yerləşən o vaxt məşhur olan stadionun şərəfinə) adlanırdı.
Üçüncü prospekt xətti, Ay Ar Ti
Üçüncü prospekt xətti, Ay Ar Ti (ing. IRT Third Avenue Line) — Manhetten və Bronks borolarında "Ay Ar Ti" şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş stansiyası. 1878—1920-ci illərdə tikilmişdir, cənub hissəsi 1955-də, şimal hissəsi isə 1973-cü ildə bağlanmışdır. 1916—1917-ci illərdə xətt üzərində sürətli qatarlar üçün üçüncü bir yol inşa edildi. Yeraltı xətlərin çəkilməsinə başladıqdan sonra estakadalar köhnəlmiş elan edildi və söküldü. Bu xəttin digərlərindən daha uzun müddətdə fəaliyyətdə qaldı, çünki onu yeraltı İkinci prospekt xətti ilə əvəzlənməsi planlaşdırılırdı. Lakin bu yeraltı xəttin tikintisi maliyyə problemləri üzündən təxirə salındı ​​və nəticədə estakada xətti digərlərindən sonra söküldü. 1973-cü ilə qədər onun Bronksdaki şimal hissəsi Ay Ar Ti estakada xəttindən qalan fəaliyyətdə olan son hissə idi.
İkinci prospekt xətti, Ay Ar Ti
İkinci prospekt xətti, Ay Ar Ti (ing. IRT Second Avenue Line, digər adı İkinci prospektin estakada xətti) — 1878-1942-ci illərdə ABŞ-nin Nyu-York şəhəri Manhetten borosunda mövcud olmuş estakada dəmir yolu. 1940-cı ilə qədər "Interborough Rapid Transit Company" tərəfindən idarə olunsa da, daha sonra "IRT" (oxunuşu: Ay Ar Ti) keçdi. 57-ci küçədən şimal istiqamətində olan marşrut 11 iyun 1940-cı ildə bağlandı, xəttin qalan hissəsi isə 13 iyun 1942-ci ildə bağlandı. == Tarixi == 1875-ci ildə "Sürətli Tranzit Komissiyası" (ing. Rapid Transit Commission) "Gilbert Elevated Railway Company" şirkətinə Beteri Parkdan İkinci prospekt boyunca Harlem boğazınadək dəmir yolu çəkmək hüququnu verdi. Ayrıca komissiya "Gilbert Elevated Railway Company"-yə Altıncı prospekt xətti üzərində idarəçilik hüququnu verdi və qısa müddət sonra " Gilbert Elevated Railway" adını "Metropolitan Elevated Railway" olaraq dəyişdirdi. Təxminən 1900-cü ildə xətt elektrikləşdirildi. 1914-1916-cı illər arasında pik saatlarında xəttdə sürətli xidmətlər göstərmək üçün üçüncü yol inşa edilirdi. Ekspres xidmət 17 yanvar 1916-cı ildə başladı.