Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamenes-Podolska qalası
Kamyanets-Podilskıy qalası, (ukraynca: Кам'янець-Подільська фортеця, polyakca: Stary Zamek w Kamieńcu Podolskim) hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalasıdır. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar 14-cü yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala 14–18-ci yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyasına təslim oldu. Ancaq 27 il sonra Osmanlı-Müqəddəs İttifaq müharibəsində Osmanlı dövləti müharibəni uduzaraq, Karlovitsa müqaviləsini imzalayaraq, qalanı Reç Pospolitaya təslim etdi. Qala 18-ci əsrdən həbsxana olaraq istifadə olunmağa başladı.
Sadeness (Part I)
Sadness (Part I) – Enigma musiqi layihəsi adından 1990-cı ildə çıxarılmış sinql. Mahnı MCMXC a.D albomundan çıxarılmış ilk sinqldır. Birmənalı şəkildə qeyd etmək olar ki, mahnı Enigma musiqi layihəsini bütün dünyada tanıdan və bu günə kimi Enigma musiqi layihəsi adından çıxarılmış ən məşhur mahnıdır. Təkcə onu qeyd etmək yetər ki, mahnı bütün dünyada yeddi milyon nüsxəylə satılmış və iyirmi dörd ölkənin hit paradlarında liderliyi ələ keçirmişdir. Sadness (Part I) mahnısı Curly M. C., F. Gregorian, David Fairstein tərəfindən yazılmışdır. Mahnıda istifadə edilən sözlər latın dili və fransız dilindədir. Latın dilində olan sözlər Psalmlardan bir hissıdir (24:7–8). == Kompozisiyalarının siyahısı == === CDM (ABŞ) === Sadeness (Part I) [violent u.s.
Aaron Sayens Qarza
Aaron Sayens Qarza (isp. Aarón Sáenz Garza; 1 iyun 1891, Monterrey – 26 fevral 1983, Mexiko) — Meksika siyasətçisi. == Həyatı == Aaron Sayens Qarza 1 iyun 1891-ci ildə Meksikada, Nuevo-Leon ştatının Monterrey şəhərində anadan olmuşdur. Xuan Sayens Qarza və Konsepsyon Qarzanın oğlu olmuşdur.1916-cı ildə Hərbi və Hərbi Dəniz nazirliyində katib olmuşdur. 28-ci Qanunvericilik Məclisinin xalq deputatı. 1918-ci ildə Braziliyada səlahiyyətli nazir. 1920–1924-cü illərdə xarici işlər nazirinin müavini, 1924–1927-ci illərdə nazir. 1924-cü ildə Yaponiya ilə ticarət və gəmiçilik müqaviləsini müzakirə etmək, 1925-ci ildə Meksika ilə Almaniya arasında iddialar konvensiyasını imzalamaq və 1925-ci ildə Meksika ilə Kuba arasında ekstradisiya müqaviləsini imzalamaq üçün xüsusi nümayəndə olmuşdur. 1925-ci ildə Prezident Maçadonun inauqurasiyası üçün Kubada xüsusi missiyada olan səfir kimi xidmət etmişdir. 1927-ci ildə Nuevo-Leonun qubernatoru seçilmişdir.