Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seqelski zavodu
Seqelski zavodu (pol. H. Cegielski — Poznań S.A.) — Polşanın Poznan şəhərində yerləşən maşınqayırma şirkəti. == Tarixi == Şirkət 1846-cı ildə Hipolit Seqelski tərəfindən qurulmuşdur. Şirkətin ilk işi əvvəlcə metal emalı ilə olmuşdur. 1849-1855-ci illərdə müəssisə kənd təsərrüfatı cihazlarının təmiri ilə məşğul idi. 1855-ci ildə genişləndirməyə ehtiyac olduğu üçün (müəssisə Bazar Otelin yaxınlığında yerləşirdi) şəhərin başqa bir küçəsinə - Kozaya (Koziç) köçürüldü. Təmirdən əlavə şirkət kənd təsərrüfat texnikaları istehsalına başlayır. Bunun nəticəsində şirkət dahada böyüyür. Artıq daha geniş əraziyə ehtiyac duyur. 1859-cu ildə şirkət Arujeynaya küçəsinə köçür.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.