Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meroe
Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواه‎ Meruvah və مروى‎ Meruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi. Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-Sufra və Naqa. Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Serqe
Serqe (bur. сэргэ) — Buryatlar və yakutlar arasında yayılmış olan ayin ağac və dirəkləri. Serqe quraşdırıldığı ərazinin bir sahinin olması deməkdir. Alaçığın yanında, evin qapılarında yerləşdirilir ("serqe əgər dik durursa, demək ailə sağdır"). Serqeni dağıtmaq olmaz, o özü yararsız hala gəlməlidir. Serqe ata pərəstiş ilə əlaqələndirilir. Ev sahibləri və qonaqlar atları bu dirəyə bağlayırdılar. Bu dirək həm üç dünyanı birləşdirən dünya ağacının da simvoludur. Dirəkdə üç üfüqi yiv kəsilir. Yuxarı üst dünyadakı göylərin atlarını bağlamaq üçün, orta insanların atları üçün, alt hissəsi yeraltı atlar üçün nəzərdə tutulmuşdur.
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Adi sərçə
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Axpyur Serob
Axpyur Serob (erm. Աղբյուր Սերոբ) - - Osmanlı imperiyası sərhədləri daxilində fəaliyyət göstərmiş Daşnaksütun terrorçusu, qaçaq.
Cek Sərçə
Kapitan Cek Sərçə (ing. Captain Jack Sparrow) ― "Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri. Personaj ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Cek Sərçənin şəxsiyyətinin formalaşdırılması zamanı The Rolling Stones musiqi qrupunun gitaristi Kit Riçardsdan və "Looney Tunes" personajı Pepe le Püdən istifadə olunmuşdur. Personajın göründüyü ilk film 2003-cü il istehsalı "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filmi olmuşdur. Cek bütün növbəti filmlərdə də görünmüşdür: "Ölünün sandığı" (2006), "Dünyanın sonunda" (2007), "Qərib sahillərdə" (2011) və "Ölülər nağıl danışmır" (2017). Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur. Daha sonra qan borcu olduğu əfsanəvi Deyvi Consdan qaçmağa və Ost-İnd Ticarət Şirkəti ilə mübarizə aparmağa çalışır.
Meroe ehramları
Meroë ehramları və ya Meroë piramidaları — Sudan ərazisində piramidalar. == Tarixi == Bu ehramların ərazi yaxınlığına və hamıya məşhur olan Misir piramidalarının fironlarına baxmayaraq, Meroë Kuş ərazisində, tamamilə başqa mədəniyyətlə yaradılmışdı. Bu ərazidə ilk yaşayış hələ bizim eradan əvvəl 8 əsrdə olub və təxminən həmin vaxt müddətinə Meroë ehramlarını yaranıb. Fironlar tərəfindən yaradılmış piramidalar kimi bu həmçinin çar məqbərələridirlər. Bu ehramların yanında kahinlər iddia etdikləri çarların tac qoyma mərasimi keçirilirdi. Sudana aid olan ərazidə, indi 50-dən çox piramida yerləşir. Bu ehramlar öz strukturasına görə fironlar tərəfindən yaradılmış ehramlardan çox fərqlənir.
Meroe piramidası
Meroë ehramları və ya Meroë piramidaları — Sudan ərazisində piramidalar. == Tarixi == Bu ehramların ərazi yaxınlığına və hamıya məşhur olan Misir piramidalarının fironlarına baxmayaraq, Meroë Kuş ərazisində, tamamilə başqa mədəniyyətlə yaradılmışdı. Bu ərazidə ilk yaşayış hələ bizim eradan əvvəl 8 əsrdə olub və təxminən həmin vaxt müddətinə Meroë ehramlarını yaranıb. Fironlar tərəfindən yaradılmış piramidalar kimi bu həmçinin çar məqbərələridirlər. Bu ehramların yanında kahinlər iddia etdikləri çarların tac qoyma mərasimi keçirilirdi. Sudana aid olan ərazidə, indi 50-dən çox piramida yerləşir. Bu ehramlar öz strukturasına görə fironlar tərəfindən yaradılmış ehramlardan çox fərqlənir.
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qaradöş sərçə
Qaradöş sərçə,İspan sərçəsi və ya söyüd sərçəsi (Passer hispaniolensis) sərçəkimilər ailəsinin bir üzvüdür.Əsasən Aralıq dənizi regionunda cənub-qərbi və mərkəzi Asia zonasında məskunlaşmışdır Ev sərçəsi ilə sıx bağlılığı ilə seçilirki bu da və hər 2 növ bioloji hibrid olaraq Aralıq dənizi sahillərində rast gəlinir,bu da növün taxomaniyasında,təsnifləşdirilməsində problem yaradır. == Təsvir == İspan sərçəsi olduqca böyükdür,beləki onun uzunluğu 15-16 sm (6-6.5 in) -ə çatır və ağırlığıda 22-36 q aralığında dəyişir.BU ev sərçələrində çox az böyük və ağırdır , həmçinin daha uzundur . Erkəklərin tükləri ev sərçələrinin tükləri ilə eynidir.ancaq alt hissələrindəki çoxlu qara cizgi olması ilə seçilir.boz tacları və ağ yox boz yanaqları var Dişilərin tükləri ev sərçələrindən ciddi şəkildə fərqlənməsədə onlar arasında da fərqlər var.Dişinin yanaqları yüngül cizgili və soluq krem rəngli kürək cizgiləri var İki alt növ aşşınmış çoxalma xəzlərində çox az fərlilik göstərir,ancaq hər iki cinsdədə qış quş tüklərində fərqliliklər mövcuddur. === Səs === Erkək yuvasında nümayiş olunarkən,sərçəninkindən bir az fərqli çağrı edir.Bu çağrı sərçə səsinə bənzər,ancaq yüksək səslə və yüksək pərdəli chveeng-chveeng, cheela-cheeli olaraq yazılan səslər çıxardır Ev sərçələri yumşaq və daha çox tschilp kimi səslər çıxardır ,əsasən ərazilərinə girən və çıxan quşlar üçün istifadə olunur.İspan sərçəsinin digər çağrıları demək olar ev sərçəsinin ki ilə eynidir.Yuvada cütləşmiş çiftlər tərəəfindən yumşaq bir quer quer quer,axın quşları tərəfindən isə quer-it uçuş çağrısı verilir və chur-chur-it çağrısı təhdid hallarında istifadə olunur.. == Təsnifat və sistematika == İspanyol serçe Passer cinsi ve serçe ailesi Passeridae cinsindeki ev serçesinin yakın bir akrabasıdır İspan sərçəsi Passer cinsi və Passeridae sərçə ailəsinin üzvü ev sərçəsi ilə qohumdur Onun taksonomiyası, Aralıq dənizində olan ev sərçəsi ilə meydana gələn "bioloji qarışıqlıq" çox mürəkkəbdir. Aralıq dənizinin əksəriyyətində iki növdən biri və hər ikisi hibridizmi yalnız məhdud dərəcədə baş verir. Apennin Yarımadası və Korsikada iki növ əvəzinə, İspan sərçəsi ilə ev sərçəsi arasında olan bir sərçə tipi İtalyan sərçəsi ilə əvəzlənir.
Qırmızı serou
Qırmızı serou (Capricornis rubidus) — keçi-antilop olan Serou cinsinə daxil olan bir növ. Əsasən Banqladeşin cənubu və Birmanın şimalında yaşayırlar. Əvvəllər Sumatra serousunun (C. sumatraensis) yarımnövü hesab edilirdi. Hindistanın Brahmaputra çayı hövzəsində yayılılması müşahidə edilir.
Qısabarmaq sərçə
Qısabarmaq sərçə (Carpospiza brachydactyla) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Yayılma arealı Orta Şərq və Mərkəzi Asiya-nı, həmçinin Şimali Afrikanı əhatə edir. Ortalama uzunluğu 14,5-15,5 sm olan bu quşa daha çox quru (arid) iqlim şəraiti olan ərazilərdə rast gəlmək olar. Görünüşcə Qaya sərçəsi-nə bənzəsə də ondan döşündə zolaqların olmaması ilə fərqlənir. Köçəri növdür, yuvasını ağaclarda və ya sıx kollarda qurur.
Seroz qişa
Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qişası ilə nazik, kövşək birləşdirici toxuma təbəqəsi – serozaltı toxuma – lat. tela subserosa vasitəsilə rabitədədir. seroz qişa həzm kanalının bəzi hissələrini məsələn: mədəni, bağırsaqları xaricdən örtmüşdür. Bu çox nazik, şəffaf, hamar və seroz maye ifraz edən bir qişadır; qarın boşluğuna baxan səthi bir qatlı yastı mezodermal epitel (mezotel) ilə örtülüdür. Bu qişanın əsasını lifli birləşdirici toxuma səfhəsi təşkil edir; bu səfhə az, ya çox miqdarda elastik liflərə malik sərt birləşdirici toxumadan təşkil olunmuşdur. Seroz qişa üzvləri örtdüyü kimi, bəzi boşluqların divarlarını əhatə edir, ona görə iki səfhəyə bölünür: 1) visseral səfhə – lat. lamina visceralis üzvləri örtən səfhə və 2) parietal səfhə – lat.
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. == Həyatı == Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu.Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir.Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür. 1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.
İvan Serov
İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905 və ya 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır. Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır. == Erkən yaşları və hərbi karyerası == Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur. Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir. Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.
Şeron Barou
Şeron Barou — Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi.
Şeron Mitçell
Şeron Mitçell (18 yanvar 1956, Trenton) — ABŞ pornoaktrisası və seksoloqu. 2003-cü ildə pornokaryerasını başa vurub. Bu zaman San-Fransisko Universiteti ona insan seksuallığı üzrə elmlər dokturu adını vermişdir. Mitçell porno karyerası boyu 651 porno filmdə iştirak edib. == Seçilmiş filmoqrafiyası == 1977 Barbara Broadcast 1977 Violation of Claudia 1981 Blue Jeans 1982 Foxtrot 1982 Luscious 1983 Night Hunger 1983 Sexcapades 1983 Suzie Superstar 1984 Never Sleep Alone 1984 Spitfire 1985 Surfside Sex 1987 Barbara Dare’s Roman Holiday 1987 Porsche == Xarici keçidlər == More than a Clinical Sexpert: An Interview with Sharon Mitchell, Ph. D. Arxivləşdirilib 2008-09-25 at the Wayback Machine (ing.) Dr.
Şeron Stoun
Şeron Stoun (ing. Sharon Stone; 10 mart 1958[…]) — ABŞ aktrisası. == Həyatı == O, 10 mart 1958-ci ildə ABŞ-nin Pensilvaniya ştatında dünyaya göz açıb. Soyunmağı xüsusilə sevən xanım uşaqlıqdan qeyri-adi olub. O, 5 yaşında artıq 2-ci sinifdə, 15 yaşında isə universitetdə təhsil alırdı. Elə o yaşlarından Şeron modellik təklifi alır. Bu sahədə o qədər uğur əldə etməyən Şeron aktrisa olmaq arzusu ilə ABŞ-yə qayıdır və istəyinə nail olur. Bu minvalla Şeron bir çox məşhur aktyorlarla birgə saysız-hesabsız filmlərə çəkilir.
Şərfə (Xudafərin)
Şərfə (fars. شرفه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 697 nəfər yaşayır (219 ailə).
Əsl sərçə
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Jül Şere
Jül Şere (fr. Jules Chéret; 31 may 1836[…] – 23 sentyabr 1932[…], Nitsa) — fransız rəssamı və qrafikçi. Müasir poster qurucularından biri. == Həyat və fəaliyyəti == Jül Şere mətbuatçı ailəsində anadan olmuşdur. Ailəyə pul lazım idi və Jül 13 yaşındaykən məktəbdən ayrıldı və üç ildir litoqrafistə yazıldı. Sonra Parisdəki Milli Dizayn Məktəbinə qatılıb. Heç bir sistematik təhsil almadan özünü göstərən bir sənətkar idi. Gənc illərində Şere tez-tez Paris muzeylərində olub; Ona ən böyük təsiri, əsasən, Vatto və Fraqonar olan rokoko rəssamları tərəfindən təmin edilmişdir. 1866-cı ildə sənətçi Parisə qayıdıb, burada çap işi və qrafika açıb. İngiltərədə böyük formatlı plakatlar və posterlər çap etmək üçün maşın alıb J. Şere eyni zamanda rəngli litoqrafiyanın texnoloji prosesini sadələşdirdi və bir "daş" dan iki fərqli rəng ilə təzyiqlər etmək imkanı verdi.
Sere (rayon)
Sere (fr. Céret) — Fransanın Oksitaniya (region) regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şərqi Pireney. Suprefektura — Sere. Rayon əhalisi 2006-cı ildə 70 187 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 74 nəf / km². Rayon sahəsi — 954 km².
Sero Manutsyan
Sero Bərxudaroviç Manutsyan (1890, Şuşa – 1961, Stepanakert) — Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci Katibi (07.07.1923–17.11.1923) == Həyatı == Sero Manutsyan 1890-cı ildə Şuşada doğulub. 1928-1932-ci illərdə Azərbaycan SSR Dövlət Muzeyinin direktoru işləmişdir. 1961-ci ildə Xankəndidə vəfat etmişdir.