Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acanthephippium sinense
Acanthephippium sinense (lat. Acanthephippium sinense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acanthephippium cinsinə aid bitki növü.
Dendrobium sinense
Dendrobium sinense (lat. Dendrobium sinense) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Saccharum sinense
Saccharum sinense (lat. Saccharum sinense) — qırtıckimilər fəsiləsinin şəkərqamışı cinsinə aid bitki növü.
Taxodium sinense
İkicərgə taksodium (lat. Taxodium distichum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin taksodium cinsinə aid bitki növü. Şimali Amerikada təbii halda bitir. Hündürlüyü 30–35 m-ə çatan, dekorativ ağacdır. Hər il qışda iynəyarpaqlarını tökən bu ağac sonradan özünəməxsus çətir əmələ gətirir. Yarpaqları xətvarı-neştərvarı və ya ensiz-xətvarıdan qabıqşəkilliyə qədər, tək, çox vaxt cod və iynəli, əsasən spiral yerləşmiş, bəzən qarşılıqlı, bir damarcıqlıdır. Qabıqların aşağı kənarları qalın və ya dişciklidir. Strobilləri bir evli, erkək strobilləri-xırda, ucda və ya qoltuqda, mikrosporofilləri spiral şəklində yerləşir. Rüşeymi 2-9 ləpəlidir. Erkək sünbülcükləri 15 sm uzunluğunda olub, salxım formasındadır.
Ligustrum sinense
Çin birgözü (lat. Ligustrum sinense) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == 3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır. == Ekologiyası == May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır.
Sinonim
Sinonimlər (yun. synonimon. "eyni cür adlandırma") — linqvistikada Sinonimlər müxtəlif cür tələffüz olunur və yazılır, ancaq eyni və ya oxşar mənaları olur. Sinonimlər nitq qabiliyyətini zənginləşdirməyə yarayır. Sinonimlər arasında oxşarlıq olsa da, sinonimlər öz fikriifadə zənginliyi, müəyyən stillə bağlılığı və işlədilmə dərəcəsinə görə fərqlənirlər. Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.Məsələn: Hündür - uzun, Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır. Fonetik cildinə, səslənməsinə və eləcə də yazılışına görə fərqli, mənaca yaxın olan sözlərə sinonimlər deyilir. Sinonimlər eyni məfhumu ifadə edir, lakin siqnifikatına görə qismən fərqli məna çalarlığına malik olur. Eyni məfhumu ifadə etdiyinə görə, sinonimlər ümümiləşdirici mənaya malikdir.
Sirenia
Sirenlər (lat. Sirenia) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.
Siyenit
Siyenit — əsasən qələvi çöl şpatları, bir, yaxud bir neçə rəngli minerallardan (xüsusən amfiboldan) ibarət kvarssız, tam kristallaşmış intruziv süxur. Adətən tərkibində az miqdarda plagioklaz (oliqoklaz, andezin) olur. Tərkibində plagioklaz olmadıqda və az miqdarda qələvi rəngli mineral iştirak etdikdə süxur qələvi siyenit, nefelin olanda nefelinli, kvars olanda isə kvarslı siyenit adlanır. Əgər plagioklazın miqdarı qələvi çöl şpatlarına (ortoklaz və b.) nisbətən çox olursa, süxur siyenit-dioritdən dioritə və monsonitdən qabbroya keçir (plagioklazın əsasiliyindən asılı olaraq). Rəngli mineralların miqdarı artdıqca normal siyenit əvvəlcə melanokrat siyenitə sonra isə şoşonitə keçir. Mineroloji tərkibindən asılı olaraq analsimli, libneritli və b. növlərə ayrılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Sınevir
Sınevir (ukr. Синевир) — Ukrayna Karpatı ərazisinin ən məşhur və iri gölüdür. Göl Tereblya çayının yuxarı ararında yerləşir. Su səthinin sahəsi 4-5 hektardır. Gökü əsasən bulaqlar qidalandırır. Dağlardan gələn axarlar gölə tökülür. Göldən isə axan axar Tereblya çayına tökülür. Sinevir gölündə çoxlu sayda forel gölü yaşayır. Ancaq onların ovlanması qadağandırGöl 989 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Orta dərinliyi 10-12 metr təşkil edir.
Şibenik
Şibenik (xorv. Šibenik) — Xorvatiyanın mərkəzi Dalmasiya bölgəsindəki tarixi bir şəhərdir. Krka çayının Adriatik dənizinə tökülən hissəsində qurulmuşdu. Şibenik şəhəri Şibenskо-Kninskаya bölgəsinin inzibati və iqtisadi mərkəzidir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 46,332 nəfərdir. Şibenikdəki mərkəzi kilsə, Müqəddəs Ceyms katedralı, UNESCO-nun Dünya İrsi siyahısındadır. == Tarixi == Şibenik şəhəri 12-ci əsrdə Macarıstan krallığı və 1412-1797 illəri arasında Venesiya knyazlıqları altında yaşamışdır. Bu dövrdən qalma bir çox əsər var. Qısa bir müddət fransız və 1917-ci ilə qədər də Avstriya imperiyası idarə etmişdi.
Silene
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Achillea sinensis
Achillea sinensis (lat. Achillea sinensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Acipenser sinensis
Çin nərəsi (lat. Acipenser sinensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Ailanthus sinensis
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Alligator sinensis
Çin alliqatoru (lat. Alligator sinensis) — iki tanınmış alliqator növündən biridir. Şərqi Asiyada, Çinin Yanszı çayı hövzəsində yayılmışdır. Olduqca nadir növdür, təbiətdə cəmi 200 baş Çin alleqatoru qalmışdır. == Təsvir == Çin alliqatoruı alt çənədə fərqli qara ləkələr olan sarımtıl-boz rənglidir. Qarın açıq boz rəngdədir. Pəncələr qısadır. Barmaqlarının sonucunda dırnaqlar var. Ön ayaqları üzmə membranlarından məhrumdur. Quyruqları uzun, kütləlidir və suda əsas hərəkətverici qüvvədir.
Angelica sinensis
Angelica sinensis (lat. Angelica sinensis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Artemisia sinensis
Artemisia sinensis (lat. Artemisia sinensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Camellia sinensis
Çin çayı (lat. Camellia sinensis) — == Təbii yayılması == Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. == Ekologiyası == Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Citrus sinensis
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. == Botaniki təsviri == Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
Cobitis sinensis
Cobitis sinensis (lat. Cobitis sinensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Təsərrüfat əhəmiyyəti yoxdur.
Cryptolepis sinensis
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. == Sinonimləri == Pergularia sinensis Lour., Fl. Cochinch. 1: 167. 1790. Emericia sinensis (Lour.) Schult., Syst. Veg., ed. 15 bis (Roemer & Schultes) 4: 402. 1819.
Emericia sinensis
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. == Sinonimləri == Pergularia sinensis Lour., Fl. Cochinch. 1: 167. 1790. Emericia sinensis (Lour.) Schult., Syst. Veg., ed. 15 bis (Roemer & Schultes) 4: 402. 1819.
Incarvillea sinensis
Çin inkarvilleyası (lat. Incarvillea sinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin i̇nkarvilleya cinsinə aid bitki növü.
Kadzura sinensis
Çin cırlimonu (lat. Schisandra chinensis) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin cır limon cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Uzaq Şərqindən Çinin şimalı və Yaponiyanın mərkəzi hissələrinə qədər yayılmışdır. == Botaniki təsnifatı == Hündürlüyü 8 m-ə qədər olub, sarmaşan bitkidir. Şar formada, qırmızı rəngli, ikitoxumlu giləmeyvəyə malikdir. Toxumları sarı rəngdədir. Bitki iyun ayından başlayaraq çiçək açır, meyvələri sentyabr-oktyabrda yetişir. Yabanı halda Mancuriyanın iriyarpaq meşələrində, xüsusən meşələrin qalın yerlərində və çay kənarlarında geniş yayılmışdır. Bitkinin meyvələrindən həm təzə dərilmiş, həm də qurudulmuş halda istifadə edilir. Qurudulmuş meyvələri tünd qırmızı rəngdə olub, turş dada malikdir.
Momordica sinensis
Qüdrət narı (lat. Momordica charantia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin momordika cinsinə aid bitki növü. Tropik iqlimi olan bölgələrdə, Amazon hövzəsində, Şərqi Afrikada, Asiyada, Karib adalarında təbii şəkildə bitən, Cənubi Amerikada və Uzaq Şərqdə isə qida və dərman bitkisi kimi kimi becərilən bitki. Avropa ölkələrində acı qovun, acı balqabaq, Afrika xiyarı, balsam alması və ya balsam armudu olaraq adlandırılar. Birillik, sarmaşıq formasında bitki olan Qüdrət Narı, yay aylarında çiçək açır. Kənarları dişli yarpaqları yelpik şəklində, yumşaq olur. Sarı rəngli kiçik çiçəkləri, erkək və ya dişi olaraq, ayrı batırar üzərindədir. Meyvələri kal halda yaşıl, yetişəndə isə turuncu kırmızırenkte, 10–20 sm uzunluğunda, geniş bir mekik tündlündə olub, üzərləri girintili çıxıntılıdır. Meyvə yetkinləşincə, qabığı 3 ayrı parça halında, geriyə bükülərək çox sayda, qırmızı-kahverengi və ya ağ rəngli nüvələri ortaya çıxar. Toxumları (nüvələri) 7–10 mm boyunda, yastıdır.