Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vitali Skakun
Vitali Vladimiroviç Skakun (ukr. Віталій Володимирович Скакун; 19 avqust 1996, Berejanı[d], Ternopil vilayəti – 24 fevral 2022, Geniçesk[d], Xerson vilayəti) — Ukrayna hərbi qulluqçusu, matros, Ukrayna Qəhrəmanı (2022), kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı. == Həyatı == Vitali Skakun 19 avqust 1996-cı ildə Ternopol vilayətinin Berejanı şəhərində anadan olmuşdur. Berejanı şəhəri 3 nömrəli ümumtəhsil məktəbini, 20 nömrəli Lvov Ali peşəkar məktəbini (2017) və "Lvov Politexnikası" Milli Universitetini bitirmişdir. Rusiyanın Ukraynaya hücumu zamanı 24 fevral 2022-ci ildə kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı, matros Vitali Skakun Xerson vilayətində rus qoşunlarına aid tank kolonunun hərəkətinin qarşısını almaq üçün Geniçesk avtomobil körpüsünü partladan zaman həlak olmuşdur. 26 fevral 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin sərəncamı ilə matros Vitali Skakun ölümündən sonra "Ukrayna Qəhrəmanı" adına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Белякова, И. Виталик, дитя, как??? Что рассказали в Бережанах о Герое Виталие Скакуне, который взорвал мост вместе с собой // 20 минут Тернополь. — 2022. — 25 fevral.
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Yuci Sakakura
Yuci Sakakura (d. 7 iyun 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Brassica saruna
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Hakuna matata
Hakuna matata — "kədərlənmə" və "problem deyil" mənasını verən suahili ifadəsidir. Zənzibar, Tanzaniya və Keniyada yaşayan insanlar bu deyimdən geniş istifadə edirlər. İdiom tez-tez tətil kəndlərində, otellərdə və turizm sənayesində istifadə olunur. Bu deyimin yayılmasında ən böyük amillərdən biri Kral Şir cizgi filmində bu deyimin fəlsəfəsindən istifadə edilməsidir.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Sakuma Kanae
Sakuma Kanae (佐久間鼎, Kanae Sakuma, 7 sentyabr 1888, Çiba prefekturası – 9 yanvar 1970) – Yaponiya dilçisi və psixoloqu. Çiba prefekturasında doğulmuş və Tokio Universitetindən məzun olmuşdur. Kyuşu və Toyo universitetlərində professorluq etmiş, Yaponiya Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir. Geştalt psixologiyasını Yaponiyaya gətirən şəxs kimi tanınır. Müasir yapon dilinin qrammatikasını tədqiq etmiş və Tokio ləhcəsi əsasında yapon dilinin fonetikasını öyrənmişdir.Başlıca əsərlərinə yapon dilinin fonetikası haqqındakı tədqiqatlarından bəhs edən "Nihon onseyqaku" (1929), müasir jestlərin istifadəsindən bəhs edən "Qenday nihonqo no hyoqen to qoho" (1936) və yapon dilinin nəzəri tədqiqindən bəhs edən "Nihonqo no qenqo riron" (1959) daxildir. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh.
Sakura Noşitani
Sakura Noşitani (d. 29 sentyabr 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Sakura Noşitani 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Sakura Noşitani həmdə 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Sakura Noşitani 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sayuri Sugimoto və Kiko Yokota ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Sakura Soqoro
Sakura Soqoro (佐倉惣五郎, 1605 – sentyabr 1653) və ya Sakura Soqo – XVI əsrin ikinci yarısında Yaponiyada yaşamış əfsanəvi fermer. Əsl adı Kiuçi Soqorodur. == Haqqında == Əfsanəyə görə Şimosa əyalətinin Sakura hanında bir kənd başçısı olan Sakura Soqo ağır vergilərdən əziyyət çəkən kəndliləri xilas etmək üçün Sakura daymyosuna müraciət etmiş və regiondakı vergiləri azaltmasını istəmişdir. Lakin müraciəti nəticəsiz qaldıqdan sonra təkbaşına Edo şəhərinə getmiş və birbaşa şoquna müraciət təqdim etmişdir. Həmin dövrdə birbaşa şoquna müraciət təqdim etmək ölümlə cəzalandırılırdı. Deyilənə görə şoqun onun müraciəti müsbət qiymətləndirərək vergiləri azaltmış, lakin Sakura və ailəsini edam etdirmişdir. Sakura Soqoronun real şəxs olub-olmadığı mübahisə mövzusudur və onun mövcudluğu haqqında tarixi dəlillər çox azdır. 1652-ci ilə aid fermer siyahısında Soqo adlı fermer də var. 1722-ci ildə aid "Sakura fudoki" qəzeti Soqoro adlı birinin edamından bəhs etmişdir. Buna baxmayaraq, Sakura Soqoro əfsanəsi kabuki tamaşalarından və populyar ədəbiyyatda çox istifadə edilən mövzuya çevrilmişdir.
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası — Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən böyük xəstəxana kompleksi. Çam ve Sakura adı ilə simvollaşdırılan Türkiyə və Yaponiya əməkdaşlığı ilə birgə hazırlanmışdır. Xəstəxana kompleksi 2020-ci ilin may ayında istifadəyə verilib. == Tarixi == Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası Türkiyənin üçüncü ən böyük səhiyyə investisiya layihəsidir. O, Səhiyyə Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlıq (PPP) modelində həyata keçirilib, Yaponiya Bankı və Nippon İxrac və İnvestisiya Sığortası da daxil olmaqla doqquz müxtəlif qlobal maliyyə korporasiyası tərəfindən maliyyələşdirilib. Layihənin dəyəri 163 milyard yapon yeni (təqribən 1,5 milyard ABŞ dolları) təşkil edib. O, Türkiyənin Rönesans Səhiyyə və Yaponiyanın Sojitz korporasiyası tərəfindən hazırlanıb. Xəstəxana kompleksinin tikintisinə 2016-cı ildə başlanılıb və 2020-ci ildə başa çatdırılıb. Səhiyyə sahəsində investisiya layihəsi Tomson Reuters Fondunun Layihə Maliyyələşdirmə Beynəlxalq Mükafatları çərçivəsində “İlin PPP Müqaviləsi” mükafatına layiq görülüb. Xəstəxananın ilk bölməsi yalnız COVID-19 xəstələrinin müalicəsi üçün 20 aprel 2020-ci ildə istifadəyə verilmişdir.
Kral Şir 3: Hakuna Matata (cizgi filmi, 2004)
Kral Şir 3: Hakuna Matata (ing. The Lion King 3: Hakuna Matata, ABŞ-da:The Lion King 1½) — 2004-cü ildə istehsal olunmuş cizgi filmlərindən biridir. Cizgi filmin tam tərcüməsi "Kral Şir 3: Problem yoxdur" kimi səslənir. Cizgi film Tim Stoppardın "Rozenkrants və Gildenştern ölüdürlər" pyesinin analoquna bənzəyir. Cizgi filmindəki bir çox səhnələr çox qarışıq təsvir olunur. == Məzmun == Cizgi filmin bu seriyasında əsas qəhrəmanlar Timon və Pumbadır. Bu seriyada Timon və Pumbanın ilk görüşü təsvir olunur. Həmçinin, Timonun anası və dayısı Maks cizgi filminin bu seriyasında göstərilir. Cizgi filmində ilk seriyadan çoxlu səhnələr vardır...