Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Solban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Soylan
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Soslan Canayev
Soslan Totrazoviç Canayev (rus. Сослан Тотразович Джанаев, oset. Джанайты Тотрадзы фырт Сослан; 13 mart 1987, Orconikidze) — qapıçı mövqeyində çıxış edən Rusiya futbolçusu. "Soçi" klubunun kapitanıdır. Soslan Canayev futbol oynamağa Vladiqavqaz şəhərinin "Spartak" məktəbində başladı. 1996-cı ildə Moskvaya köçdü və "MOİK Moskva" klubunun idman məktəbinə daxil oldu, məzun olduqdan sonra əsas komandada yer almadı və yalnız klubun ikinci əsas komandasında oynadı və orada keçirdiyi 6 oyun ərzində 6 qol buraxdı. 2007-ci ildə "KAMAZ" klubuna keçid etdi, Rusiya çempionatının birinci divizionunda oynadığı 28 oyunda 17 qol buraxdı, Rusiya Kubokunda isə 2 oyuna 3 qol. 2008-ci ildə "Spartak Moskva" klubuna transfer olundu və 6 avqustda Rusiya Kuboku çərçivəsində keçirilən "Dinamo Bryansk" klubuna qarşı oyunda klubla debüt etdi, həmin turnir ərzində o, 2 oyuna 3 qol buraxmışdır. O, əsasən "qırmızı-ağlar"ın ikinci əsas heyətində çıxış edirdi (18 oyuna 17 buraxılmış qol) və klubla ikinci heyətlər arasında çempionluğu qazandı. 18 aprel 2009-cu ildə (2009 mövsümü) "Terek" klubuna qarşı oyunda Premyer Liqada ilk matçına çıxdı və qapısını toxunulmaz saxladı, bu oyun eyni zamanda Valeri Karpinin "Spartak"ın baş məşqçisi kürsündə ilk oyunu idi.
Soylan rayonu
Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir. Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.
David Soslan
David Soslan (gürc. დავით სოსლანი, Davit Soslani; oset. Сослан-Дауыт / Soslan-Dawyt) — Alaniya şahzadəsi, Gürcüstan çariçası Tamaranın əri və həmkarı, feodal Gürcüstanın ən yüksək çiçəklənməsi dövründə qoşunların baş komandanı. == Həyatı == Tamar birinci əri, Rus knyazı Yuri Boqolyubskidən boşanmış, 1187–1189-cu illərdə Tiflis yaxınlığındakı Didube sarayında David Soslanla evlənmişdir. Erməni salnaməçisi Mxitar Qoşun yazdığına görə, Tamar "Alan çarlığından olan, onun ana tərəfdən qohumu, adı Soslan və Gürcüstan taxtına çıxanda David adını alan adamla evlənmişdir". David Soslanın Tamarın əri statusu, eləcə də incsənətdə, nizamnamələrdə və sikkələrdə adının hallanması çarlığa hakimiyyətdə kişi aspektlərinin zəruriliyi ilə ciddi şəkildə diktə edilmişdi. Buna baxmayaraq, o, Tamarla taxtı paylaşsa da, müstəqil bir hökmdar deyildi və Tamara tabe qalmışdı. David Tamarın ekspansionist siyasətini enerjili şəkildə dəstəkləmiş, həmin illər ərzində bir sıra münaqişələrdə Gürcüstanın hərbi uğurlarına cavabdeh olmuşdur. Orta əsr gürcü mənbələri onun yaraşıqlılığını, hərbi istedadını, şücaətini və Tamara sədaqətini yüksək qiymətləndirirdilər. 1190-cı illərdə David Soslan gürcülərin Bərdə, Ərzurum, Geğarkunik, Beyləqan və Gəncəyə basqınlarına başçılıq etmişdir.
Soylan körpüsü
Soylan körpüsü — Dərələyəz mahalının Paşalı (19.04.1991-ci ildən — Vayk) rayonunda, Soylan (19.04.1991-ci ildən — Vayk) kəndindən 1 km aralıda, Arpa çayı üstündə körpü. Uzunluğu 30 metrə çatan körpünün sağ tərəfi Arpa çayının səthindən 32 metr yüksəklikdə olan sıldırım qayanın üstündə, sol tərəfi isə çayın sol sahilində çay səviyyəsindən 12 m yüksəklikdəki sıldırım qayanın üstündə 13,5×4,5 m ölçüdə daş hörgünün üzərində qərar tutmuşdur. Körpünün XVII yüzilin əvvəllərində çayın bu sahilindən o sahilinə ordu keçirmək üçün azəri türkləri tərəfindən inşa edildiyi ehtimal olunur. Körpünün sağ sahilindən baxanda orta sütunun təqribən 8–9 metrliyində ərəb əlifbası ilə yazılmış kitabə mövcud olmuşdur. Soylan kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, kəndə ilk ermənilər buradakı Azərbaycan türklərinin 1905–1906-cı il soyqırımından sonra köçürülüb gətirilmişlər.
Rəşad Şolan
Rəşad Fərhad oğlu Şolan (Məmmədov Rəşad Fərhad oğlu; 27 iyun 1980, İmişli rayonu) — cərrah-uroloq, transplantoloq, Amerika Uroloqlar Assosiasiyasının və Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü, "Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası"nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi (2019–2021), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti, Respublika Diaqnostika Mərkəzinin "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsinin müdiri (2017–2023), AMEA A. Qarayev adına Fiziologiya İnstitutunun "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyasının müdiri, Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi-Tibb Baş İdarəsi, Elmi Təcrübə Mərkəzinin rəsi, eyni zamanda DTX HTBİ Hərbi Hospitalının "Böyrək Xəstəlikləri və Orqan Transplantasiyası" şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru. Rəşad Şolan 27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1987–1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış, 1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur. 1997-ci ildə təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2000-ci ildə "Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi" mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur. 2002-ci ildə birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. 2003-cü ildə "İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə" mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür. 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin "Urologiya" kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur. 2003–2009-cu illərdə Ege Universitetinin "Urologiya" kafedrasının assistenti olmuşdur.