Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soul
Soul (ing. soul — can) — ABŞ-də qara insanların populyar musiqisi.
Sous
Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi. Uzun müddət günəşin altında saxlandıqdan sonra qızardılır və ətdə müəyyən sərtlik əmələ gəlirdi.
Sour
Sour — amerikalı müğənni Oliviya Rodriqonun ilk studiya albomu. 21 may 2021-ci ildə Geffen Records tərəfindən buraxılıb. Albom Rodriqo və prodüser Den Niqro tərəfindən hazırlanıb.
Söz
Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səsbirləşməsidir. Günümüz sözlərinin də, günümüz dövlətləri və millətləri kimi mütləq köhnə bir keçmişi vardır sözlər, bir çox dövr içində şəkillənərək günümüzə qədər çatarlar. == Maraqlı faktlar == Azərbaycan dilində ən uzun söz 34 hərfli "elektrikləşdiricilərimizdənsinizmi" sözüdür. Daha bir neçə uzun söz var, məsələn "Azərbaycanlılaşdırılmamışlardansınızmı" 39 hərf var.Söz dilin sematik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz. Dildəki sözlərin mexaniki çoxluğu dilin inkişafından xəbər verir.
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir.Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. == Təsnifatı == Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Crypturellus soui
Kiçik tinamu (lat. Crypturellus soui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Gi Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Kişi sözü
Kişi sözü (film, 1987)
Kouz teoremi
Kouz teoremi — transaksiya xərcləri sıfıra bərabər olduqda bazarın istənilən xarici effektin öhdəsindən gəldiyi yeni institusional iqtisadiyyatın mövqeyi. == Tarix == Bu teorem ilk dəfə 1966-cı ildə Corc Stiqler tərəfindən aşağıdakı şəkildə ifadə olunmuşdur: Stiqler tərəfindən teoremin bu cür ifadə olunması Ronald Kouzun 1960-cı ildə çap olunmuş “Sosial xərclər problemi” (ing. "The Problem of Social Cost" ) adlı məqaləyə əsaslanmışdır.Kouz bu nəzəriyyəni istənilən fəaliyyətin bilavasitə öz iştirakçılarına deyil, üçüncü şəxslərə aid olan kənar nəticələri – eksternalların nəzərdən keçirilməsi nümunəsində sübut etmişdir. Daha əvvəl bu problemi iqtisadçı Artur Piqu “Rifah halının iqtisadi nəzəriyyəsi” (ing. "The Economics of Welfare") kitabında nəzərdən keçirmişdir. Piquya görə, eksternallar maddi nemətlərin mənfi eksternallı təkrar istehsalına və müsbət eksternallı istehsal kəsirinə səbəb olur. O, “bazarın fiaskosu” adlandırdığı bu effektlərin neytrallaşdırılması üçün belə hallarda dövlətin iqtisadiyyata müdaxiləsini tövsiyə edirdi.Kouz eksternalların mütləq “bazarın fiaskosu”na səbəb olması fikrini təkzib edirdi. Onun fikrinə görə, eksternallarla bağlı problemləri neytrallaşdırmaq üçün resurslara mülkiyyət hüququnun dəqiq bölgüsü və transaksiya xərclərinin mnimuma endirilməsi vacibdir. Kouz teoremi mülkiyyət hüquqlarının iqtisadi mənasını ortaya qoyur. Kouza görə, mülkiyyət hüququ nə qədər dəqiq müəyyənləşirsə, xarici xərclər bir o qədər çox daxili xərclərə çevrilirlər.
Li Rouz
Li Rouz (23 oktyabr 1936) — Amerikan basketbol məşqçisi. == Həyatı == Hal-hazırda NBA komandalarından Charlotte Bobcatsin köməkçi məşqçisi olaraq fəaliiyət göstərir.1970-1980 illəri arasında universitet komandalarının məşqçisi olmuşdur. Kentucky şəhərində doğulmuşdur və 1958-cı ildə Transylvania Universitetindən məzun olmuşdur. Məzuniyyətdən dərhal sonra bu komandada bir müddət yardımcı məşqçi postunda çalışmışdır. Sonralar Cənubi Florida Universiteti basketbol komandasında da məşqçi olmuşdur.
Pendirli sous
' 'Pendirli sous -Hindistan mətbəxi. == Hindistan mətbəxi == Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur.Samosa: Şimali Hind mətbəxinə aiddir. Üçbucaq və ya aypara şəklində açılmış xəmir içi ədviyyatlı kartof, qiymə və soğan ilə doldurulmaqla hazırlanır.
Ronald Kouz
Ronald Kouz (ing. Ronald Harry Coase; 29 dekabr 1910[…], London – 2 sentyabr 2013[…], Çikaqo) — ingilis əsilli amerikalı akademik. 1991-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Ronald Kouzun həm atası, həm də anası İngilis Krallıq poçt idarəsində işləyirdi. Ronald Kouz 29 dekabr 1910-cu ildə Londonun daxili bölgələrindən olan Uillesdendə anadan olub. Uşaq olarkən ayaqlarındakı zəifliyə görə xüsusi protezlərdən istifadə etmiş və ilk olaraq əlillər üçün nəzərdə tutulmuş məktəbdə oxumuşdu. Buna baxmayaraq yaxşı şagird olduğuna görə 12 yaşında olarkən təqaüd qazanaraq Kilbörn Qrammatika məktəbinə (ing. Kilburn Grammer School) daxil olmuşdu. Bu məktəbdə də özünü sübuta yetirə bilmiş və məktəbin son ilində oxuyarkən London Universitetinin distant tələbəsi olaraq birinci ilini bitirmişdi. Sonra London Universitetinin tabeliyində olan London İqtisadiyyat məktəbində təhsil almış və 1932-ci ildə lisenziya dərəcəsi almışdır.
Rouz Birn
Rouz Birn - Avstraliyalı, Qızıl Qlobus Mükafatına namizəd göstərilmiş aktrisa.
Rubi Rouz
Rubi Rouz Langenheym (20 mart 1986, Melburn) – avstraliyalı model, DJ, sənətkar, aktrisa, tele aparıcı və Meybelline NewYork-un tanınmış siması. == Karyera == Rose əvvəlcə "Suite For Fleur" ilk performansı ilə 2008-ci ildən etibarən aktrisalığa davam etdi. "Around The Black" adlı dramada kiçik bir rol almışdır. == Həyatı == Ruby Katia Langenheim adlı 20 yaşındaki sənətkar ve subay bir qadının qızı olmuşdur. Rose 12 yaşında lezbiyen olduğunu açıqladı. Buna görə dostları ve mekteb yoldaşları tərəfindən sözlü və fiziki tacize məruz qalıb. Belə bir halda Ruby tez-tez intihar etmək qərarını alıb. Həmçinin bir yaxını tərəfindən uşaq təcavüzünə məruz qalmışdır. Ruby-nin bipolar və klinik depressiyası vardır. Uşaqlıqda cinsiyyətini dəyişdirib oğlan olmaq istədiyine görə pul yığdığını deyib, lakin sonra fikrini dəyişmişdir.
Soul Survivor
Soul Survivor (azərb. Ruhun xilaskarı‎) – C. C. Catch tərəfindən 1987-ci ildə ifa edilmiş mahnıdır.
Soyuz-36
"Soyuz-36" (rus. Союз-36, İttifaq-36) ― nəqliyyat pilotlu kosmik gəmisi "Soyuz"un "Salyut-6" kosmik stansiyasına piltolu kosmik uçuşu. Bu, beynəlxalq "İnterkosmos" kosmik proqramı çərçivəsində təşkil olunan beşinci və MXR vətəndaşının kosmonavt qismində iştirak etdiyi ilk kosmik uçuş idi. == Uçuşun parametrləri == Aparatın kütləsi — 6,8 ton Orbitanın əyilməsi — 51,64°. Dövriyyə müddəti — 89,0 (91,4) dəq. Perigey — 197,5 (345,5) km. Apogey — 281.9 (363.3) km.
Stenli Rouz
Stenli Rouz (25 aprel 1895, Uotford – 18 iyul 1986, London) — 1961–1974-cü illərdə FİFA prezidenti Rouz UEFA Kubokunun yaradıcılarındandır. Əvvəllər, referi olan Stenli futbolun qaydalarında bəzi dəyişikliklər edir. Stenlinin ən böyük səhvi inkişaf etməkdə olan ölkələrdə futbolun inkişafına qayğı göstərməməsi idi. Məhz bu amil onu FİFA prezidenti postunda çox saxlamadı.
Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir. Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar. Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz. Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Bernard Şou
Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[…], Dublin, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 2 noyabr 1950[…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist - ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar). == Həyatı == İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir. Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi.
Corc Şou
Corc Şou (ing. George Shaw, 10 dekabr 1757, Bekingemşir, Böyük Britaniya - 22 iyul 1813, London, Böyük Britaniya) - ingilis botanik və zooloqu. == Həyatı == Corc Şou Oksford Universitetində 1786-1791-ci illərdə botanika üzrə mühazirə söyləmişdir. Linney cəmiyyətinin həmtəsisçisi olmuşdur. == Əsas işləri == Zoology of New Holland (1794) Museum Leverianum (1792—1796) General Zoology (1800—1812) The Naturalist’s Miscellany (1789—1813) == Mənbə == DNB, Katalog der Deutschen Nationalbibliothek: George Shaw (alm.) == Ədəbiyyat == Bo Beolens, Michael Watkins, Michael Grayson. The Eponym Dictionary of Mammals. — 2009. — С. 375. William T. Stearn. The Natural History Museum at South Kensington.
Klivlend Şou
"Klivlend şou" (ing. The Cleveland Show) — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend Braun və Donna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı.Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir. Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır. Serial 4 mövsüm sonra ləğv edilmişdir.
Mariama Sou
Mariama Sou (19 may 2000) — Qvineyalı üzgüçü. Mariama Sou Qvineyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mariama Sou birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 39.85 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Maşın Şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou hələ də baxımlı veriliş statusunu saxlaya bilir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya MGP (M Group Production) şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Söz (dəqiqləşdirmə)
Söz
Söz Ver
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.